B 1 vitamini - (tiamin) orqanizmdə karbohidrat mübadiləsini
nizamlayır, amin turşularının mübadiləsində, karbohidratların ya-
ğa çevrilməsində iştirak edir. Mərkəzi və periferik əsəb sistem-
lərinin normal fəaliyyəti, ürək-damar, mədə-bağırsaq və endokrin
sistem üçün vacibdir. O, orqanizmin infeksiyalara və digər əlve-
rişsiz xarici mühit amillərinə qarşı dözümlüyünü artırır. B
1
vitami-
ninə tələbat pisixi-əsəb gərginliyində, ağır fiziki işlərdə, isti və ya
soyuq iş şəraitində, bəzi kimyəvi maddələrlə (civə, arsen, hidrogen
sulfid ) işləmə zamanı artır. O, beri-beri və yuxu xəstəliyinin qar-
şısını alır. Onun çatışmazlığı zamanı, toxumalarda natamam kar-
bohidrat mübadiləsi məhsulları toplanır, orqanizmin infeksiyalara