Manqan – bir çox fermentativ sistemlər üçün vacibdir. Poli-
saxaridlərin, xolesterinin, hemoqlobinin sintezində iştirak edir.
Sink - fermentlərin tərkibinə daxil olub hipoviz vəzinin, böy-
rəküstü və mədəaltı vəzilərin normal funksiyası üçün vacibdir. O,
yağ mübadiləsinə təsir edir, qara ciyərin piylənməsinin qarşısını
alır. Sinkin çatışmazlığından gənc orqanizmlərin böyüməsi daya-
nır. Yuxululuq və iştah zəifliyi müşahidə olunur, sinkin artıqlığı
orqanizmdə müxtəlif fizioloji pozuntular və zəhərlənmələr yara-
dır.
Selen – immun sistemini aktivləşdirir və detoksidantdır. Onun
fizioloji rolundan biri də qlütationperoksidaza fermentini aktiv-
ləşdirməsidir ki, bu da antioksidant sisteminin komponetlərindən
biridir. Orqanizmi lipidlərin peroksid-oksidləşmə sərbəst radikal-
larının zəncirvarı reaksiyalarından qoruyur.
Selenin çatışmazlığı yod çatışmazlığını dərinləşdirir və bəd
xassəli xəstəliklərin yaranmasına şərait yaradır. Selenin çatışmaz-
lığından ürək-damar sistemi əziyyət çəkir və müalicə olunmayan
kardiopatiya xəstəliyi yaranır.
Kobalt – kobaltın fizioloji dozaları dəmirin mənimsənilməsinə
40
şərait yaradır, qan yaranmasını və immunoloji aktivliyi stimullaş-
dırır, əsəb sisteminin degenerativ dəyişməsinin qarşısını alır.
Kobalt fizioloji aktiv formada B
12
fermentinin tərkibinə daxil olur.