41
qram pektin 160-420 mq stronsiumla əlaqəyə girib onu kənarlaş-
dıra bilir. Pektin müxtəlif mədə xəstəlikləri üçün faydalıdır. O, ba-
ğırsağın faydalı mikroorqanizmlərinin fəaliyyətini stimullaşdırır
və eyni zamanda orqanizmdən zərərli bakteriyaları kənarlaşdırır.
Liqnin-hüceyrə qlafının karbohidratsız maddəsi olub, aro-
matik spirtlərdən ibarətdir. Liqnin insan orqanizmində öd turşu-
sunu və digər üzvi maddələri özündə birləşdirərək bağırsaqda qida
liflərinin adsorbsiyasını ləngidir.
Dostları ilə paylaş: