42
laktulozanı, ksiliti, rafinozanı, pektini, inulini, amin turşularını,
üzvi turşuları, doymamış yağ turşularını və digər maddələri gös-
tərmək olar.
Simbiotiklər - probiotik və prebiotiklərin müştərək kombina-
siyasıdır.
Funksional inqredientlərə həmçinin üzvi turşular, bioflavo-
noidlər, dabbaq maddələri, qlükozidlər və digər birləşmələr aiddir.
Üzvi turşular (alma, limon, şərab, süd və s.) qida lifləri ilə bir-
gə bağırsaqda çürümə və qıcqırma proseslərinin qarşısını alır. On-
lar həzm sisteminə qıcıqlandırıcı təsir göstərir. Limfanın dğvr et-
məsini yaxşılaşdırır, qan dövranını stimullaşdırır, zərərli maddələ-
rin (ağır metallar, radioaktiv elementlər) kənarlaşmasına köməklik
edir.
Üzvi turşular maddələr mübadiləsində iştirak edir, bağırsağın
hərəkət aktivliyini yaxşılaşdırır. Onlar adətən əlavə turşu yükü ya-
ratmır, ferenlə (üzvi reagent) oksidləşir, mikrofloranın müəyyən
tərkibdə formalaşmasına, mühitin pH-nı aşağı salmaqla təsir edir,
mədə şirəsinin orqanizmdə ifraz olunmasını stimullaşdırır.
Sübut olunmuşdur ki üzvi turşular orqanizmdə nitrozaminlərin
əmələ gəlməsinə mane olur ki, bu da onkoloji xəstəliklərin yaran-
ma riskinin azalmasına səbəb olur.
Limon turşusu orqanizm tərəfindən kalsiumun yaxşı mənim-
sənilməsinə, ayrı-ayrı fermentlərin aktivləşməsinə səbəb olur. Li-
mon və alma turşuları qanda və toxuma mayesində mübadilənin
turş məhsullarının toplanmasına maneçilik törədir. Bu məhsullar
beyində cəmləşərək yorğunluq əmələ gətirir. Benzoy, salisil və
sorbin turşuları antiseptik təsirə malik olurlar. Kəhrəba turşusu hü-
ceyrədaxili tənəffüs
prosesini aktivləşdirir,
etanolun toksiki təsiri-
ni azaldır, askorbin turşusunun mənimsənilməsini artırır.
Bioflavonoidlər – (kversetin, rutin, piknoqenol və s.) antiok-
sidant
aktivliyinə malikdir ki, bu da fenolların ağır metalların ion-
larını davamlı komplekslərə çevirməsinə, onların katalitik təsirlə-
rinin ləğv olunmasına əsaslanır. Bioflavonoidlər həmçinin antiba-
kterisid, antivirus, immunstimullaşdırıcı, damar genişləndirici tə-
sirlərə malikdir.
43
P
vitamini aktivliyinə malik olan flavonoid birləşmələr xüsu-
silə, katexinlər qan damarlarının divarlarını möhkəmlədir, kapil-
yarların kövrəkliyinin qarşısını alır.
Dostları ilə paylaş: