61
kütlə 3 dəfə artanadək, arpa yarması 40-50 dəqiqə ərzində kütlə
3,5 dəfə artanadək, düyü 15-20 dəqiqə ərzində kütləsi 2,5 dəfə
artanadək bişirilir. Arpa və düyü yarması axar suda yuyulur, nazik
diskili doğrayıcıda və ya kolloid dəyirmanda xırdalanır. Hazırlan-
mış yarmalar sürtgəcə ötürülür.
Ot cövhərinin hazırlanması səhiyyə orqanlarının tövsiyəsinə
uyğun həyata keçirilir.
Çobansüzgəci, ayıqulağı, qırxbuğum və çəfəri kökü üzərinə
istiliyi 98
0
C olan su tökülür (çobansüzgəci və qırxbuğum-10
dəqiqə, ayıqulağı-20 dəqiqə, cəfəri kökü-15dəqiqə qaynadılır.
Ardic, mərsin yarpaqları, gicitkan, peyğəmbərçiçəyi, ladan
ağacı, tozağacı tumurcuğunun üzərinə 98
0
C temperaturlu
su tökü-
lür və cövhəri çəkilir: ardıc və peyğəmbərçiçəyi-20 dəqiqə, mərsin
yarpağı və ladan ağacı-30 dəqiqə, gicitkan 15 dəqiqə, tozağacı tu-
murcaqları isə 2 saat dincə qoyulur.
Hər bir halda otların üzəri su ilə doldurulduqda, ot kütləsi və
suyun həcmi 13,5:100 nisbətində götürülür.
İtburununun meyvələri vallar vasitəsilə əzilir və üzərinə 98
0
C
temperaturlu su tökülür, 15 dəqiqə qaynadılır və 24 saat ərzində
cövhəri çəkilir.
Alınmış cövhərlər deşiyinin diametri 0,7-0,8 mm olan torlu
süzgəcdən keçirilir, qaynar su ilə həcmi 100 litrə çatdırılır, sousun
və ya şirənin bişirilməsinə verilir. Otların çövhəri sous və ya şirəyə
suyun resept miqdarına əsasən əlavə edilir.
Suda həll olan vitaminlər sousa bişirmənin sonunda əlavə edi-
lir. Əvvəlcədən o, 2-3dm
3
həcmli, temperaturu 70
0
C olan suda həll
edilir. Yağda həll olan E vitamini konservlərə bitki yağı qarışığı
ilə birgə əlavə edilir (100 kq bitki yağına 0,0167 kq E vitamini).
Sürtülmüş və homegenləşmiş konservlərdə komponentlər re-
septə uyğun qarışdırılır. Bundan sonra homogenləşmə üçün nəzər-
də tutulan qarışıqlar homogenləşdirilir və isidilir. Sürtülmə üçün
nəzərdə tutulan konservlər deaerasiya edilir, 85
0
C-dək isidilir və
qablaşdırılmağa göndərilir.
Iri xırdalanmış və bərk hissəcikli komponentli konservlər
istehsalında yağlı faza reseptə uyğun olaraq qarışdırıcıya verilərək
62
qarışdırılır, 85-87
0
C temperaturadək isidilir və qablaşdırılır. Bərk
fazanın maye faza olmadan isidilməsinə və qablaşdırılmasına ica-
zə verilir.
Bitki yağını birbaşa bankalara dozalaşdırıcı vasitəsilə qablaş-
dırırlar. Konsevlərin bərk fazasının sous, şirə və bitki yağı ilə
nisbəti 57:40:3 olmalıdır.
Bütün növ konsevlərin qablaşdırılması zamanı temperatur
80
0
C-dən aşağı olmamalıdır. Konservlər həcmi 0,25dm
3
-dan az ol-
mayan şüşə taraya qablaşdırılır və laklanmış metal qapaqlarla bağ-
lanır.
Püreyəbənzər armud, gavalı, alma, qabaq-alma və yulaf yar-
ması ilə birgə olan konservlərin saxlanma müddəti 2 il, qalan kon-
servlərinki isə 1,5 ildir.
Dostları ilə paylaş: