47
İKİNCİ FƏSİL
MÜALİCƏVİ-PROFİLAKTİKİ QİDALANMA (MPQ)
2.1. MÜALİCƏVİ-PROFİLAKTİKİ MƏHSULLARIN
HAZIRLANMA TEXNOLOGIYASI
MPQ orqanizmdə zərərli maddələrin toplanmasını məhdud-
laşdırır, onun müəyyən peşə ilə bağlı zərərlərə qarşı müqavimətini
artırır.
Bu və ya digər qida məhsulları zəhərlərin təsirini sürətləndirir
və ya zəiflədir, onların orqanizmdən çıxarılmasını sürətləndirir,
onun ümumi dözümünü artırır, ən çox zərər çəkən orqanın vəziy-
yətinə təsirini artırır, əlavə enerji sərfini konpensasiya edir. Buna
görə də insan orqanzimində baş verən pozulmaların qarşısını al-
maq, peşə ilə bağlı zərərli amillərin təsirini azaltmaq üçün müali-
cəvi-profilaktiki qida məhsulları işlənib hazırlanmalıdır.
MPQ-da əsas rol zülallara məxsusdur. Kükürdlə zəngin olan
aminturşular orqanizmdə asan həll olan və orqanizmdən tez kənar
olunan birləşmələrin yaranmasına səbəb olur ki, bu da zəhərli
maddələri birləşdirmək qabiliyyətinə malikdir. Digər tərəfdən, bə-
zi intoksikasiyalar zamanı (karbon-sulfid, hidrogen-sulfid) rasion-
da zülalı azaltmaq tələb olunur, çünki zəhərin detoksikasiya pro-
sesi pozulur.
MPQ-da yağların rolu müxtəlifdir. Tərkibində yarımdoyma-
mış yağ turşuları və antioksidant təsirli vitaminlər olan yağlar or-
qanizmə profilaktiki təsir göstərir. Turşumuş yağlar isə əks təsir
göstərir.
Karbohidratların biokimyəvi rolu onun qlükuron turşusu əmə-
lə gətirməsidir. Bu da zəhərli maddələrin və onların metabolitləri-
nin birləşməsinə və orqanizmdən kənar olunmasına səbəb olur.
Vitaminlər orqanizmin bir çox kimyəvi zəhərlərə qarşı dö-
zümlüyünü artırır. Askorbin turşusunun, A-vitamininin, B-qrupu
vitaminlərinin detoksikasiya xüsusiyyəti məlumdur. E-vitaminin
48
qəribə, təbii antioksidant xüsusiyyətinin olduğu bəllidir.
MPQ qidalanma rasionu orqanizmə təsir edən peşə amillərin-
dən asılı olaraq tərtib edilir. Bu zaman balanslaşdırılmış qidalan-
manın ümumi prinsiplərinə riayət olunur.
MPQ-nın işinin xarakterindən asılı olaraq, 7 rasiondan biri tə-
yin olunur. Onların xarakterizəsi və tərkibində olan məhsulların
siyahısı 2.1 və 2.2 saylı cədvəllərdə verilmişdir.
Cədvəl 2.1
Müalicə-profilaktiki qida rasionunun xarakterizəsi
Rasio-
nun
№ si
Müalicəvi-profilaktiki
qidalanmaya səbəb olan zərərli
amillər
Vitaminlərlə əlavə
zənginləşdirilənlər
1.
Rentgen şüaları və radioaktiv
maddələr
150 mq C vitamini
2.
Qeyri-üzvi, konsentrasiyalı
turşular, qələvi metallar, xlor və
onun qeyri-üzvi birləşmələri,
fosgen və s.
qələvi metallarla, xlorla, sianidlə
və azot oksidləri ilə işlədikdə -
2mq A vitamini və 100 mq C
vitamini; Florla işlədikdə - 2mq A
və 150 mq C- vitaminləri;
Fosgenlə işlədikdə - 100 mq C
vitamini
3.
Kimyəvi allergenlər, o cümlədən
xrom və onun birləşmələri
2 mq A vitamini, 100 mq C
vitamini, 15 mq PP -vitamini, 25
mq U-vita-Mini
4.
Qurğuşun və onun qeyri-üzvi
birləşmələri
150 mq C - vitamini
5.
Xlorlaşdırılmış karbohidrogen-
lər, mərgümüş tellur, selen,
kremnium və s. birləşmələr
mərgümüş və tellur birləşmələri
ilə işlədikdə 150 mq C vitamini, 4
mq B
1
vitamini, 450 mq C
vitamini
6.
Benzolun amin-nitrobirləşmələri
B
1
və B
2
vitaminləri 2 mq; B
6
vitamini-3mq, PP vitamini 20 mq,
E vitamini 100 mq.
7.
Civə və onun qeyri-üzvi birləş-
mələri tetraetilqurğuşun, brom-
laşmış karbohidrogenlər, kar-
bon-sulfid, tiofos, manqan bir-
ləşmələri, berillium, barium və
s.
B
1
-vitamini 4 mq,
C-vitamini 150 mq
49
Cədvəl 2.2
Müalicə-profilaktiki məhsulların məsləhət görülən gündəlik
çeşidi
Məhsullar, q
Müalicəvi-profilaktiki qida rasionu
N 1 N2 N3 N4
N5
N6
N7
Buğda çörəyi
-
100 100 100
100
75
100
Çovdar çörəyi
100 100 100 100
100
75
100
Buğda unu
10
15
6
15
15
16
3
Kartof unu
1
-
-
-
-
-
-
Yarma, makaron
25
40 15/0 35
15
10/8
20
Paxlalılar
10
-
-
-
-
-
-
Şəkər
17
35
5
35
45
15
40
Ət
70 150 81 100
100
74
100
Quş
-
-
-
-
-
37
-
Balıq
20
25
-
25
50
40
35
Qaraciyər, ürək
30/0 25/0 40
20
-
20
25
Yumurta
3/4 1/4
-
1/3
1/4
1/4
1
Qatıq
200 200 156 200
200
-
200
Süd
70
-
-
-
-
142
-
Şor
40
-
71
80
110
40
35
Pendir
10
25
-
-
-
-
-
Tərəvəz
-
-
274 160
25
270
100
Xama
10
-
32
7
20
28
10
Heyvan piyi
-
-
-
-
-
-
-
Heyvani yağlar
20
15
13
10
15
18
17
Bitki yağı
7
13
20
5
10
13
15
Kartof
160 100 120 100
150
170
125
Kələm
150 150
-
-
-
-
-
Kök
90
-
-
-
-
-
-
Göy noxud
-
10
-
-
-
-
-
Tomat-püre
7
2
-
5
3
8
3
Təzə meyvə
130
-
73 100
-
10
-
Şirə
-
-
-
-
-
60
-
Quş üzümü
5
-
-
-
-
-
-
Limon
-
-
-
-
-
2
-
Meyvə qurusu (qara gavalı, ərik qurusu,
mövüc)
-
-
7
-
-
-
-
Suxarı
5
-
-
-
-
-
-
Duz
5
5
4
5
5
5
5
Çay
0,4 0,5
-
0,5
0,5
0,1
0,5
Mineral su (“Narzan” tipli)
-
-
100-
150
-
-
-
-
50
Bir sıra istehsal sahələrinin işçiləri üçün ancaq vitamin
preparatlarının verilməsi (yüksək temperatur və intensiv istilik və
şüalanmaya məruz qalanlar üçün) nəzərdə tutulur: 2 mq A
vitamini, 3 mq B
1
və B
2
, 150 mq C vitamini və 20 mq PP -vitamini
təyin edilir; tütün-tənbəki və nikotin istehsalında nikotin tozuna
məruz qalanlar üçün – 2mq B
1
-vitamini və 150 mq C -vitamini
məsləhət görülür.
MPQ və vitaminlərin verilməsinə tibbi-sanitar və sağlamlıq
məntəqələrinin işçiləri nəzarət edirlər.
Mülaicəvi-profilaktiki qidalanma ilə yanaşı toksiki maddələr-
lə təmasda olan fəhlələr üçün də hər gün süd verilməsi nəzərdə
tutulur.
Müalicəvi-profilaktiki qidalanma rasionunun tərtibi müxtəlif
qida komponentlərinin kimyəvi birləşmələrə detoksikasiyanın ef-
fektli təsirinə və fiziki amillərin zərərli təsirini azaltmaq qabiliy-
yətinə əsaslanır. Zərərli maddələr bu zaman onların təsir mexaniz-
minə görə təsnifləşdirilir. Rasionların profilaktiki istiqamətlənmə-
si balanslaşdırılmış qidalanmanın əsas konsepsiya prinsiplərinə
riayət olunmadan təmin oluna bilməz. Buna görə də istənilən
rasion özünün enerji dəyərinə və kimyəvi tərkibinə görə, bütöv-
lükdə gündəlik qidalanma ilə peşəkar əhali qrupunun ayrı-ayrı qi-
da komponentlərinə təlabatını ödəməlidir.
Müalicəvi-profilaktiki qidalanma rasionlarının enerji dəyəri
gündəlik təlabatın təxminən 45%-ni təşkil etməlidir. Müalicəvi-
profilaktiki qidalanmanın rasionunda orta hesabla, zülallar - 60 q,
yağlar - 50 q, karbohidratlar -160 q, enerji dəyəri isə - 5,86 MC
(1400 kkal)-dur.
Pulsuz isti səhər yeməkləri yeyən işçilərə, vitaminlər yeməklə
birgə verilir. Ancaq vitamin verilməsi işi yeməkxanalarda təşkil
olunur. Bu zaman aşağıdakı qaydalara əməl olunmalıdır:
1.
C
,
B
1
, PP - vitaminləri kristal formada istifadə olunmalıdır.
Çünki draj və həbb formasında onların həm qiyməti baha olur,
həm də işçilərin qəbuluna nəzarət də çətinləşir.
2.
Vitaminlərin su məhlulunda hazır xörəyə qatılması məslə-
51
hət görülür. Vitamin məhlulu hər gün elə hazırlanır ki, çay qaşı-
ğında (4 ml) lazım olan bir vitaminin və ya hamısının birgə dozası
olmuş olsun.
3.
Vitamin payı yeməkxanada həkim və ya tibb bacısının nə-
zarəti altında hazırlanmalıdır. Müəyyən dozaya malik olan vitamin
tozları isti suda ancaq lazım olan təqdirdə həll edilir, çünki, məhlul
saxlanılarkən hətta bir neçə saat ərzində C vitamini parçalanır.
Məhlulun 50 adam üçün hazırlanması məsləhət görülür.
4.
Əgər müalicə-profilaktiki qida isti səhər yeməyi for-
masında verilirsə, onda vitamin məhlulu çay və ya kofeyə əlavə
edilir. Əgər tək vitamin verilməlidirsə, onda onların məhlulu (1
çay qaşığı) şorbaya və ya şirin xörəyə tökülür.
A-vitamini yağda həll edilir və isti xörəklərin qarnirinə
(bişmiş səbzəvat) adambaşına 2 mq (və ya 6600 ME) olmaqla qa-
tılır. Sex yeməkxanaları olmayan zavodlarda ümumi zavod ye-
məkxanaları olur. A-vitamini işçilərin sayı nəzərə alınmaqla yağda
və ya qarnirdə həll edilir. Bəzi hallarda vitaminlərin həb və ya draj
formasında verilməsinə icazə verilir.
Dostları ilə paylaş: |