45
BAƏ-in çoxunda, məsələn qida və dərman bitkilərinin və di-
gər təbii xammal növlərinin mürəkkəb kompleksindən alınan
ekstraktlarda, ümumiyyətlə aktiv komponentlər identifikasiya
olunmamışdır.
Dərman yüksək aktiv təsirli bitkilərindən ibarət olan parafar-
masevtiklərin təyin olunması zamanı dəqiq olmayan doza və təsir
mexanizmi çox hallarda kompensator-adaptasiya xarakterli reaksi-
yasına görə adekvat olmaya bilər. O, ya güclü və ya zəif ola bilər.
Bu isə orqanizmdə patoloji dəyişikliklərin yaranmasına gətirib
çıxarır. Məsələn, əgər ümumi adaptasiya sindromunda qlükokorti-
koidlərin sekresiyası artıq olduqda, onda onlar immunoloji, spesi-
fik olmayan müdafiə reaksiyalarının (iltihabın) inkişafının qarşısı-
nı alır və bu zaman xeyli xəstəlikıərin yaranma riski artır, çünki
immun sisteminin funksional aktivliyi kifayət qədər olmur.
BAƏ - parafarmasevtiklər çox hallarda qidanın təbii kompo-
nent mənbəyi olsa da, qida dəyərinə malik olmur. Ancaq qidalan-
manın əvəzolunmayan amili qida və dərman bitkilərinin, dəniz
məhsullarının və heyvani toxumaların üzvü komponentləridir.
BAƏ - parafamasevtiklərə aid olan məhsullara mikroorqa-
nizmlərin kompozisiyası əsasında hazırlanan məhsullar aid edilir.
Bu məhsullar bağırsağın mikrobiosenozunu saxlayan və normal-
laşdıran (eubiotiklər/probiotiklər) məhsullardır. BAƏ-in təsiri
spesifik olaraq ayrı-ayrı orqanları və sistemləri fizioloji cəhətdən
saxlayır və nizamlayır. BAƏ açıq satışda ərzaq mağazalarının xü-
susi şöbələrində və apteklərdə reseptsiz realizə olunur. BAƏ para-
farmasevtiklər xəstə insanın diaterapiyasında köməkçi vasitə və ya
spesifik profilaktiki vasitə kimi istifadə edilməzdən əvvəl həkim-
mütəxəssislə məsləhətləşmək lazımdır.
Qablanmış bioloji aktiv maddələrin etiketi üzərində aşağı-
dakılar əks olunmalıdır:
-
məhsulun adı və növü;
-
texniki şərtlərin №-si;
-
istifadə sahəsi;
-
istehsalçı təşkilatın adı və ünvanı;
-
məhsulun
kütləsi və həcmi;
46
-
məhsulun tərkibinə daxil olan inqredientlərin siyahısı (qida
əlavələri daxil olmaqla);
-
qida dəyəri;
-
saxlanma şəraiti;
-
yararlılıq müddəti və hazırlanma vaxtı;
-
istifadə üsulu;
-
istifadəsinə tövsiyə, dozası;
-
istifadədən yaranan zərərli təsir və əlavə ikinci dərəcəli
təsir.
Dostları ilə paylaş: