44
Nutrisevtiklərin profilaktiki səmərəliliyini çox hallarda eks-
periment və ya kliniki müşahidələrlə qiymətləndirməyə ehtiyac
yoxdur. Bu məhsulların reseptlərinin ekspert qiymətləndirilməsi-
nin əsasında məlum olan ümumi ədəbiyyat məlumatları durur.
Nutrisevtiklərin funksional rolu aşağıdakı kimi istiqamətlən-
mişdir:
- essensial qida maddələrinin çatışmazlığının aradan qaldırıl-
ması;
- maddələr mübadiləsinin
istiqamətli dəyişdirilməsi;
- orqanizmə ətraf mühitin əlverişsiz amillərinin təsirinə qarşı
spesifik olmayan rezistentliyinin artırılması;
- immunmodullaşdırma;
- ksenobiotiklərin əlaqələndirilərək
kənar edilməsi;
- müalicəvi qidalanma.
Təhlükəsizlik və effektliyin qiymətləndirilməsi aparılarkən,
gündəlik BAƏ ilə qidaya əlavə edilən nutrientlər tərəfindən
təmin
olunan tələbat payı müəyyən olunmalıdır.
A, D, B
1
, B
2
, B
6
, B
12
vitaminlərinin, niasinin,
foli və pantoten
turşularının, biotinin miqdarı gündəlik tələbat normasından 3, E və
C vitaminlərininki isə 10 dəfədən artıq olmamalıdır.
BAƏ-in qidada tətbiqi geniş yayılmış piylənmə, ateroskleroz,
ürək-damar, bədxassəli şişlərin, immunçatışmazlığı və digər və-
ziyyətlərin ilkin və təkrar pəhriz profilaktikasının effektli metodu-
dur.
Dostları ilə paylaş: