38
Maqneziumun artıqlığı orqanizmdən kalsiumun kənarlaşdırılması-
nı sürətləndirir və sümüyün strukturunun pozulmasına gətirib çı-
xara bilir.
Kalium – toxumaların su saxlama qabiliyyətini nizamlayır.
Kalium ionları ürək əzələlərinin tonusunu və avtomat rejimdə iş-
ləməsini, böyrəküstü vəzlərin funksiyasını tənzimləyir. O, orqa-
nizmdən suyu və natriumu çıxara bilir. Buna görə də kalium nat-
riumun fizioloji antoqonistidir. Kalium
həmçinin maddələr müba-
diləsi prosesində seziumun analoqudur və bununla əlaqədar olaraq
kalium çatışmazlığı sezium-137-nin toplanmasını asanlaşdırır. O,
hüceyrədaxili proseslərdə böyük rol oynayır, membranı parçalan-
madan qoruyur, qocalma prosesinin və digər pozulmaların qarşısı-
nı alır.
Natrium – hüceyrələrdə osmotik təzyiqin saxlanılmasında, su-
duz mübadiləsində, turşu-qələvi müvazinətinin nizamlanmasında,
əsəb impulslarının ötürülməsində iştirak edir, qida-həzm ferment-
lərinin tərkibinə daxil olur.
Fosfor – kalsiumla birgə sümük toxumasının hüceyrə mem-
branının qurulmasında iştirak edir, karbohidrat və enerji mübadi-
ləsini, fosfor tərkibli birləşmələrin (AÜF, AİF və s.) köməkliyi ilə
təmin edir. Fosfor turşusu birləşməsi fermentativ proseslərdə, fer-
mentativ kataliz mexanizmində iştirak edərək vitaminlərin
biokimyəvi funksiyalarının yaranmasını, maddələr mübadiləsini,
əsəb impulslarının keçirilməsini və əzələ qısalmasını təmin edir.
Kalsiumun fosfora 1:1,5 nisbəti optimal sayılır. Fosforun həddən
artıq çox olması kalsiumun orqanizmdə azalmasına səbəb olur.
Fosfor radioaktiv stronsiumun toplanmasının qarşısını alır.
Dəmir - orqanizmdə vacib zülalların qurulmasında iştirak edir.
Bunlardan hemoqlobini (bütün orqanizmdə olan dəmirin 75-80%-
i), mioqlobini (5-10%), həmçinin 70-dən çox müxtəlif fermentləri,
o cümlədən tənəffüslə bağlı olanları qeyd etmək olar. Dəmir he-
moproteid-sitoxromun tərkibinə daxil olub insan orqanizminə dü-
şən yadcinsli maddələrin zərərsizləşdirilməsində iştirak edir. Pe-
roksidaza fermentind’ olan dəmir immunitetin saxlanmasında işti-
39
rak edir. Tərkibində dəmir olan ferment tireoperoksidaza qalxan-
vari vəzinin hormonlarının sintezində iştirak edir. Dəmirin çatış-
mazlığından
anemiya inkişaf edir, hemoqlobinin qatılığı
və qanda
eritrositlərin miqdarı, həmçinin dəmir tərkibli fermentlərin aktiv-
liyi azalır.
Mis – dəmirlə yanaşı qan yaranması prosesində mühüm rol
oynamaqla, oksidləşmə prosesini stimullaşdırır, fermentlərin tər-
kibinə daxil olur, B qrupu vitaminlərini aktivləşdirir. Qidalanmada
misin artıqlığı zəhərlənmə yarada bilir. Bunun da əlamətləri ürək
bulanması və qusmadır. Buna görə də qida maddələrində misin yol
verilən qatılıq həddi çox ciddi nəzarətdə saxlanılır.
Yod – qalxanvari vəzdə, qanda, əzələ və sümük toxumalarında
olur. O, qalxanvari vəzin hormonunun tərkibinə daxil olub orqa-
nizmdə mübadilə proseslərini stimullaşdırır. Qidada yodun çatış-
mazlığından böyümə ləngiyir, fiziki və psixi pozuntular müşahidə
olunur və zob xəstəliyi əmələ gəlir.
Dostları ilə paylaş: