36
vacibi beta- karotindir. Beta-karotinin
orqanizmdə rolu xeyli yük-
səkdir. O, yalnız A-provitamin olmayıb, eyni zamanda antioksi-
dant xüsusiyyətlərinə də malikdir. Beta-karotin mütəmadi olaraq
qəbul edildikdə ürək-damar sisteminin fəaliyyətində pozuntular
olmur və çox nadir hallarda insult halları baş verə bilir.
Qida rasionunda beta-karotinlə təminatla, yoğun bağırsağın
xərçəngi xəstəliyinin yayılması arasında əks asılılığın olması
müəyyən edilmişdir.
D vitamini (kalsiferol) kalsium, fosfor mübadiləsini nizam-
layır, onların mənimsənilməsinə və sümükdə toplanmasına səbəb
olur. Normal sümük əmələ gəlməsi üçün vacib olub, membranın
kalsium ionları və digər kationlar üçün nüfuzetmə qabiliyyətinə
təsir edir.
D-vitamininin funksiyası kalsium ionları və qeyri-üzvi fosfo-
run bağırsaqlarda hüceyrə membranından sorulması və böyrək ka-
nalcıqlarında reabsorbsiya ilə nəql olunmasına və sümük toxuma-
sından səfərbər olunmasına əsaslanır.
E vitamini - (tokoferol) toxuma tənəffüsü, zülal, yağ və kar-
bohidrat mübadiləsi üçün vacibdir. O, yağların, A və D vitaminlə-
rinin
mənimsənilməsini
yaxşılaşdırır. Tokoferol hüceyrə
membranını, subhüceyrə strukturunu stabil saxlayır, membran li-
pidində doymamış yağ turşularının turşumasının qarşısını alır, cin-
si və digər endokrin vəzlərin funksiyasına təsir edir, onların is-
tehsal etdiyi hormonları artıq turşumaqdan qoruyur. E vitamini
güclü antioksidant olub orqanizmdə şüalanma və kimyəvi təsirdən
yaranan onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə
edilir. Əzələlərin fəaliyyətini stimullaşdırır, onlarda qlükogen top-
lanmasına şərait yaradır, eritrositlərin davamlığını artırır və qocal-
manı ləngidir.
K vitamini - (filloxinon) qanın laxtalanması prosesində iştirak
edir. Onun çatışmazlılğından dərialtı və əzələdaxili qan sızmaları
baş verir.
Dostları ilə paylaş: