B 2 vitamini - (riboflavin) oksidləşmə-reduksiya proseslərində,
adenozinüçfosfat turşusunun (AÜF) sintezində iştirak etməklə A
vitamini ilə birgə normal görməni təmin edir, əsəb sisteminə,
dərinin selikli qişasına, böyrəklərin funksiyasına müsbət təsir edir,
qan yaranmasını stimullaşdırır, tənəffüs fermentlərinin tərkibinə
daxil olur.
Onun çatışmazlığı inkişafı dayandırır, gözü, selikli qişanı xəs-
tələndirir, qan yaranma funksiyasını və iştahanı pozur.
B 3 vitamini - (pantoten turşusu) maddələr mübadiləsinə, yağ-
ların, amin turşularının, xolesterinin, böyrəküstü vəzi hormonları-
nın, əsəb gərginliyi ötürücüsü-asetilxolinin əmələ gəlməsində və
parçalanmasında iştirak edir. O, bir çox fermentlərin tərkibinə da-
xildir. B
3
vitamini əsəb sistemi və bağırsaqların hərəkət funksiya-
sına təsir edir.