33
yağ və xolesterin mübadiləsində iştirak edir. Kollagen zülalının
əmələ gəlməsi üçün vacibdir, çünki o, damar hüceyrələrinin, sü-
mük toxumasının, dərinin əmələ gəlməsində iştirak edir və yaranı
sağaldır.
O, böyüməni stimullaşdırır, mərkəzi əsəb sisteminin funksiya-
sına, endokrin vəzlərə, xüsusilə böyrəküstü vəzlərə müsbət təsir
edir, qaraciyərin funksiyasını yaxşılaşdırır, dəmirin mənimsənil-
məsinə və normal qan yaratmağa təsir edir, bir çox vitaminlərin
mübadiləsinə, orqanizmin neqativ təsirlərə (infeksiya, kimyəvi
maddələrin intoksikasiyasına, artıq isinməyə, soyumağa, oksigen
çatışmazlığına qarşı dözümlüyünü artırır. C-vitamini, artıq həzm
prosesi zamanı yaranan sərbəst radikalların təsirini neytrallaşdırır,
güclü kanserogen təsirə malik olan nitrat və nitrozaminlərin əmələ
gəlməsinin qarşısını alır.
C vitamininin çatışmazlığı yorğunluq riskinin artmasına, əsəb
və fizioloji pozuntunun yaranmasına (dişlərin tökülməsi, sümük-
lərin kövrəlməsi) və xəstəliklərin (sinqa və s.) əmələ gəlməsinə sə-
bəb olur. Eyni zamanda askorbin turşusunun piylənmənin qarşısını
almağı barədə də fikirlər mövcuddur. C qrup vitaminləri bir çox
vacib maddələr mübadiləsi reaksiyalarında: biosintezdə, yağ tur-
şuları və steroidlərin oksidləşməsi və digər çevrilmələrində, azot
mübadiləsində, metioninin, purin əsaslarının, timidinin biosinte-
zində, bir çox mühüm fizioloji birləşmələrin əmələ gəlməsində iş-
tirak edir.
Dostları ilə paylaş: