Firuddin cəFƏrov hasil fəTƏLİyev


Dərman  bitkiləri  əsasında  hazırlanan  içkilər



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə63/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   59   60   61   62   63   64   65   66   ...   239
Dərman  bitkiləri  əsasında  hazırlanan  içkilər.  Funksional 
içkilərin  yaradılmasında  perspektiv  istiqamətlərdən  biri  geniş 
əczaçılıq  istiqamətli  maddələrə  malik  olan  bitki  xammalından 
alınan cövhər və ekstraktlardan istifadə edilməsidir. İçkilərin tərki-
bində olan bitki ekstraktları orqanizmin tonusunu, əsəb sisteminin 
adaptiv imkanlarını artırmaqla orqanizmi ətraf mühitin əlverişsiz 
amillərinə müqavimətini gücləndirir, həmçinin antioksidant xüsu-
siyyətlərə malik olur. 
Ənənəvi, şəkərli, texniki-dərman xammalından alınan cövhər 
və  ekstraktlara  malik  olan  içkilərdən  “Tonuslaşdırıcı  sayanlar”, 
“Tərxun”, “Sumax”, “Dəfnə yarpaqlı” və s. göstərmək olar.  
Təbii fizioloji aktiv komponetlərlə zənginləşdirilmiş və insan 
orqanizmində onların  müəyyən miqdar səviyyəsini  yaradan içki-
lər, insan orqanizminə sağlamlaşdırıcı və profilaktik təsir göstərir. 
İçkilərin istifadəsi orqanizmi ağır metal ionlarından təmizlə-
yir,  ion  şüalanmasının  neqativ  təsirini,  qanda  xolesterinin  miq-
darını, toksinləri azaldır, orqanizmin ətraf mühitin əlverişsiz amil-
lərinə qarşı davamlılığını artırır. 
Belə içkilərə “Baykal”, “Peresvet”, “Tayejnıy rodnik”, “Soz-
vezdye”, “İspolin” və s. aiddir. 
Bu içkilərdən ən məşhuru “Baykal”dır. Onun tərkibində biyan 
kökü  və  qax  otunun  ekstraktlı  maddələri  ilə  və  limon,  evkalipt, 
dəfnə, ağ şam ağacının efir yağlarının müvəffəqiyyətli uyğunluğu 
vardır.  İçkinin  bütöv  təbii  komponetlərinin  hər  biri  ekstrakt 
maddələrinə görə dozaları reqlamentləşdirilir. 
Hal-hazırda  klassik  “Baykal”  ilə  yanaşı  təbii  şirinləşdirici-
steviaziddən  istifadə  edilir.  Bu  içkinin  kalorisi  olmasa  da  onun 
tonuslaşdırıcı xüsusiyyəti vardır. 
Qədim  zamanlardan  məlumdur  ki,  təzə  meyvələrin  şirələri 


115
 
nəinki  xəstəlikləri  müalicə  edir,  hətta  onların  qarşısını  da  alır. 
1939-cu  ildə  Amerikalı  naturoloq  Normann  Uokerin  “Şirələrlə 
müalicə” kitabı nəşr olunmuşdur. Müəllif qeyd edirdi ki, şirələrdə 
90 % su var. Bu su əsl dirilik suyudur. O, insan orqanizmində vita-
minlərin, mikro elementlərin, üzvi turşuların miqdarının artmasına 
səbəb olur.  İstənilən şirə  mədə  şirəsinin fəaliyyətini tənzimləyir, 
qanda  xolesterinin  miqdarını  normallaşdırır  və  toksinləri  orqa-
nizmdən  kənarlaşdırır.  Şirələrin  tərkibində  olan  fitonsidlər  anti-
mikrob  xüsusiyyətinə  malik  olduğundan,  mədədəki  zərərli  mik-
robları  məhv  edə  bilir.  Təzə  hazırlanmış  şirələrdə  C  vitamini  və 
kalsiumun miqdarı çox olur. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin