Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə71/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   67   68   69   70   71   72   73   74   ...   239
Günəbaxan yağı – günəbaxanın (şəkil 3.8) toxumundan alınır. 
Günəbaxanın vətəni Şimali Amerikadır. Hal-hazırda MDB ölkə-
lərində günəbaxanın 70 sort və hibridindən istifadə edilir. Bunlar 
yağın  triqliserid tərkibindən asılı  olaraq bir neçə qrupa bölünür: 
linol tipli günəbaxan, (linol turşusunun miqdarı 70%-dək, sort – 
Peredovik);  olein  tipli  günəbaxan  (olein  turşusunun  miqdarı  – 


126
 
70%-dək,  sort-Pervenes);  qənnadı  tipi  (iri  meyvəli  sort 
“Saratovskiy”  82);  günəbaxan  hibridləri  (“Poçin”,  “Kazaxstan-
skiy” 334, “Donskoy” 342 və s). 
Əmtəə günəbaxanının 2 növü vardır. Yağlı qara toxumlu yük-
sək  yağa  (50%  və  daha 
çox)  malik  olan,  və  yağ, 
şrot  alınması  üçün  emal 
edilən  yağsız  (qənnadı,  iri 
meyvəli),  iri,  ağ-qara  to-
xumlu, müxtəlif qida məh-
sulları  hazırlanması  üçün 
istifadə  edilir.  Günəbaxan 
toxumunun qida və bioloji 
dəyərinin  olması  məlum-
dur. Günəbaxan toxumun-
dan qida zülalının alınması 
hal-hazırda  sənaye  əhə-
miyyəti  daşıyır.  Qidalan-
mada təbii nüvənin birbaşa 
istifadə  edilməsi  də  çox 
vacib sayılır. Bu, yağ və zalalla yanaşı, zəngin bioloji aktiv birləş-
mələr  kompleksinin  istifadə  edilməsinə,  o  cümlədən  vitamin, 
provitamin  təbiətli  (tokoferollar,  steroidlər,  karatinoidlər),  suda 
həll  olan  vitaminlər,  (teamin,  riboflavin,  piridoksin),  fol  və 
pantoten turşuları, müxtəlif fosfolipid kompleksi, unikal makro – 
mikro və ultramikroelementlər istifadə olunmasına imkan yaradır.  
Hətta digər qiymətli məhsullarla müqayisədə (müxtəlif qoz və 
toxum növləri, günəbaxan nüvəsi) bəzi əsas nutrientlərin-fol tur-
şusunun,  E  vitamininin,  selenin  yüksək  miqdarına  görə  seçilir 
(cədvəl 3.13). 
 100 q nüvənin qidalılığı təxminən 570 kkal, yağsızlaşdırılmış 
nüvəninki isə - 450 kkal olur. Bu baxımdan günəbaxan şokolada 
və  kartof  cipsilərinə  yaxın  olub,  ancaq  az  doymamış  yağlara  və 
daha çox sellülozaya, dəmirə, sinkə və zülala malik olur. 
 
Şəkil 3.8. Günəbaxan  
(Helianthus annus L.) 


127
 
 Cədvəl 3.13 
100 q məhsulda kimyəvi tərkib komponetlərinin miqdarı 
(ABŞ kənd təsərrüfat nazirliyinin məlumatı) 
Məhsul 
Fol 
turşusu, 
mkq 
Vitamin E, 
mq 
Selen, 
mkq 
Dəmir, 
mq 
Sink, 
mq 
Günəbaxan 
nüvəsi 
227,35 
40 
59,5 
6,77 
5,04 
Qaragilə 
6,38 
0,99 
0,6 
0,18 
0,1 
Küncüt 
toxumu 
96,67 
2,26 
5,71 
14,53 
7,76 
Badam 
28,99 
26,17 
7,9 
4,3 
3,35 
Yunan qozu 
97,98 
2,93 
4,58 
2,93 
3,1 
Pekan – qozu 
22 
3,69 

2,54 
4,51 
Fındıq 
113 
15,2 
3,98 
4,69 
2,47 
 
Beləliklə, günəbaxan nüvəsi funksional qida məhsullarına aid 
edilə bilər, çünki o, insan orqanizminə əsas qida maddələrinin da-
xil olmasını təmin edir və ayrı-ayrı xəstəliklərin qarşısını ala bilir 
və  ya  sağlamlığı  yaxşılaşdıra  bilir.  İki  xörək  qaşığı  miqdarında 
toxumun qəbul edilməsi orqanizmin gün ərzində E vitamininə olan 
tələbatını ödəyir. 
O, antioksidant faktoru kimi onkoloji, ürək və katarak xəstə-
liklərinin riskini azaldır. Günəbaxan nüvəsinin antikanserogen və 
antioksidant xüsusiyyətləri həm də onun tərkibində xlorogen tur-
şusunun olmasından da asılıdır. Xolinin olması yaddaşı və beyinin 
tanıma  funksiyasını  yaxşılaşdırır.  Bundan  başqa  nüvə  həm  də 
yaxşı  liqnin  mənbəyidir.  O,  “pis”  xolesterinin  və  triqliseridlərin 
səviyyəsini aşağı salır. Günəbaxanda hər hansı allergen xüsusiyyət 
aşkar edilməmişdir. 
Günəbaxan yağında triqliseridlər, linol və olein turşuları əsas 
təşkil edir. 
Günəbaxan  yağı  rafinləşmiş  və  rafinləşməmiş  şəkildə  emal 
olunur. Günəbaxan yağı aşağıdakı markalara bölünür: 

 
rafinləşmiş,  dezodorlaşmış  “Premium”,  “Vısşiy  sort”, 
“Pervıy sort” ; 

 
rafinləşmiş, dezodorlaşmamış; 


128
 

 
rafinləşməmiş, “Əla sort”, “Birinci sort” ; 

 
sənaye emalı üçün rafinləşməmiş. 
Digər növlərdən fərqli olaraq günəbaxan yağı çox vaxt digər 
yağlarla kupaj edilir. Günəbaxan yağının yağçiçəyi yağı ilə kupaj 
edilməsi perspektiv istiqamət sayılır. Yağçiçəyi  yağının əsas xü-
susiyyəti onun tərkibində omeqa-3 yağ turşusunun və tokoferolun 
miqdarının çox olmasıdır. 
Rusiya üçün kətan və çətənə yağları ənənəvi sayılır. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin