134
Zeytun yağı zeytun ağacının (şəkil 3.16) meyvələrindən hazır-
lanır. Avropa zeytunu təsərrüfat əhəmiyyətinə malikdir. Krım əra-
zisində zeytun ağacı XIII əsrdən məlumdur. Hal-hazırda zeytun
bağlarına Krasnodar vilıayətində rast gəlinir. Zeytun və zeytun ya-
ğının dünya bazarında əsas istehsalçısı İspaniya, İtaliya, Yunanıs-
tan, Tunis, Mərakeş və Əlcəzairdir.
Yetişmiş meyvələri rəngindən asılı olaraq, qara, bənövşəyi,
qırmızı və ağ olur. Əksər zeytun meyvələri zeytun yağı almaq
üçün yararlıdır. Zeytun yağı digər yağlardan orqanizm tərəfindən
yüksək mənimsənilməsinə görə fərqlənir. O, öd qovucu xüsusiy-
yətə malikdir. Onu ürək-damar xəstəlikləri profilaktikası üçün
pəhrizin tərkib hissəsi kimi, istifadə edir, kosmetik və əczaçılıq
sənayesində geniş tətbiq olunur. Zeytun yağı xoşagələn dad və ətrə
malikdir. Zeytun yağının triqliseridlərinin tərkibində olein, pal-
mitin və lenol turşuları üstünlük təşkil edir.
Şəkil 3.16. Zeytun (
Olea europea
Dostları ilə paylaş: