Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə75/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   71   72   73   74   75   76   77   78   ...   239
Çaytikanı yağı (şəkil 3. 21) yarımdoymamış yağ turşularının 
və  karotinoidlərin  təbii  mənbəyidir.  Yağ  həzm  aparatının  yuxarı 
şöbəsinin selikli qişasının vəziyyətinə təsir edir, eroziyalı – xora 
zədələnmələrinin  riskini  azaldır,  iltihab  peosesinə  qarşı  effektli 
təsir göstərir.  
Yunan qozu yağı (şəkil 3.22) əvəzolunmayan yarımdoymamış 
yağ  turşularından  omeqa-6  və  omeqa-3-ün  təbii  mənbəyidir.  Bu 
yağ turşularının nisbəti, məsləhət görülən rasional qidalanmadakı 
nisbətə  (5:1)  yaxındır.  Kliniki  tədqiqatların  nəticələrinə  görə 


138
 
orqanizmin qeyri-spesifik müdafiəsinə müsbət təsir edir və ürək-
damar xəstəlikləri riskini azaldır. 
Buğda rüşeyminin yağı, tokoferolun miqdarına görə (300 mq 
%-dək) öndədir. Bir çox kliniki müşahidələrin nəticələrinə görə E 
vitamininin ürək-damar  sisteminə, cinsi orqanların  funksiyasına, 
orqanizmin  iş  qabiliyyəti  və  müx-
təlif  infeksion  xəstəliklərə  davam-
lılığına müsbət təsiri məlumdur. 
Palma  yağı,  yağlı  palma  (şəkil 
3.23)  meyvələrinin  lətindən  alınır. 
O, çoxlu miqdarda karotinlərə malik 
olduğundan  narıncı-qırmızı  rəng-
dədir. Bu yağ xoşagələn spesifik iyli 
olub,  bənövşənin  iyini  xatırladır. 
Onun  əsas  xüsusiyyəti  öz-özünə 
hidroliz 
olunmasıdır. 
Yağ 
turşularından  tərkibinə  görə  olein, 
palmitin  və  linol  turşuları  üstünlük 
təşkil edir.  
 
Şəkil 3.21. Çaytikanı 
(Hippophae 
L.
) 
Şəkil 3.22. Yunan qozu 
(
Juglans 
L.
) 
Şəkil 3.23. Palma 
(Elaeis guineenisis 
Jacq.) 


139
 
Palma yağı, 5000 ildir ki, istifadə edilir. Bu yağ asanlıqla pal-
ma oleinininə (maye halda) və palma stearininiə fraksiyalaşır.  
“Karotino” adlı palma yağı 80% karotin və E vitaminini özün-
də  saxlamağa  qadirdir.  Qırmızı  palma  yağı  “Karotino”  bu  gün 
dünyada  100%  təbii  yağ  olub,  A,  E,  Q
10 
vitaminlərinə  və  digər 
maddələrə malikdir. Öz tərkibinə və xüsusiyyətinə görə çaytikanı 
yağına bənzəyir. Fransa tibb mərkəzində müəyyən edilmiş aşağı-
dakı müsbət xüsusiyyətlərini qeyd etmək olar:  

 
 güclü antioksidantlara (A, E, Q
10
) malik olması;  

 
diabet, piylənmə, hipertoniya, ürək-damar xəstəlikləri, dəri 
xəstəlikləri və göz kataraktının profilaktikası və müalicəsi; 

 
 boğaz,  ciyər,  süd  vəzi,  mədə  və  düz  bağırsaq  xərçənginin 
qarşısını alması; 

 
 immun sistemini möhkəmlədir, trombların əmələ gəlməsi-
nin qarşısını alır, orqanizmin qocalma prosesini ləngitməsi; 

 
 uşaq infeksion və mədə-bağırsaq xəstəliklərinin yaranması-
nın və inkaşıfının qarşısını alır. 
“Nutroolein Zlata Palma” yeni texnologiya ilə alınmışdır. Bu 
texnologiya  faydalı  komponentlərin  80%  saxlanılmasını  təmin 
edir. Bu yağ alfa-karotinin, yüksək miqdarı ilə seçilir ki, o da bəzi 
dəri  və  qara  ciyər  xərçənginin  inkişafını  ləngidir;  tokoferolların, 
güclü antioksidantların mənbəyi rolunu oynayır. Bunlar da ateros-
klerozun  profilaktikasında  və  ürək-damar  xəstəliklərinin  müa-
licəsində  səmərəlidir.  Bu  yağda  ubixinonun  olması  immunitetin 
möhkəmlənməsinə köməklik edir, ürək-damar xəstəliklərinin pro-
filaktikasında və hipertoniyanın azalmasında müsbət rol oynayır. 
Kokos  yağı  (hind  qozu  yağı)  –  hind  qozunun  (şəkil  3.24) 
qurudulmuş rüşeymlərindən alınır. Hind qozu yağı xoşagəlməyən 
dada, şirintəhər iyə malikdir. Konsistensiyasına görə inək yağını 
xatırladır. Rafinləşmədən sonra ağ qar rəngli olur. 
Onun  tərkibində  laurin  və  miristin  turşuları  üstünlük  təşkil 
edir. Hind qozu və palma rüşeym yağının xüsusiyyəti onun tərki-
bində  yüksək  miqdarda  kiçik  molekullu  doymuş  turşuların 
olmasıdır.  
 


140
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin