Qarpız yağı (şəkil 3. 28) linol qrupuna aiddir. Onun tərkibində
üstünlük təşkil edən turşulardan aşağıdakıları göstərmək olar:
palmitin – 4,0-12,6%; stearin-5,8-15,2%; olein – 6,3-43% və linol
-26-71%
.
Pomidor cecəsinin yağı fosfolipidlərə, karotinoidlərə, alfa-toko-
ferollara malikdir. Yağın çıxarılma dərəcəsi preslə - 15%-dək,
ekstraksiya üsulu ilə isə 20%-dək təşkil edir .
143
Şəkil 3.28. Qarpız (Citrullus lanatus L.)
Tədqiq edilmiş qarpız, yemiş, xiyar və bu fəsilədən olan digər
bitki toxumlarının yağı, yağ turşusu tərkibinə görə bir-birindən az
fərqlənir. Yunan qabağı (kabaçki) və balqabaq yağlarının tərkibin-
də sortdan asılı olaraq xeyli variasiyalar müəyyən olunmuşdur.
Qeyd olunan birinci yağda qliseridlər üstünlük təşkil edir. Bunlar
linol turşusunun radikalları tərəfindən yaranır. Yunan qabağı toxu-
munun yağında olein turşusunun payı nisbətən artaraq praktiki ola-
raq linol turşusunun payına bərabər olur.
Qarpız toxumu yağını həkimlər böyrəklərin xəstəliyi zamanı,
maddələr mübadiləsinin normallaşması üçün; balqabaq yağını –
qastritlərdə, qaraciyərin serrozunda, prostat vəzinin iltihabında,
stomatit və anginanın müalicəsində məsləhət görürlər.
Üzüm toxumunun yağı (şəkil 3.29) xeyli miqdarda biofla-
vonoidlərə malikdir ki, bu da damarları möhkəmləndirir, sərbəst
radikalları kənarlaşdırır. Tədqiqatlar göstərir ki, belə yağın salat-
larda istifadə edilməsi dərinin vəziyyətinə müsbət təsir edir, onu
sığallı və dartılan edir.
Amarant yağı qədimdən (şəkil 3.30) məlumdur. Yunanlarda
bu yağ ölməzlik simvolu sayılırdı. Amarant yağı zəngin skvalen
(15%-dək) mənbəyidir. Skvalen izoprenoid birləşmələrə aid olub,
strukturuna görə beta – karotinə bənzəyir. O, aralıq metabolit kimi
144
xolesterinin sintezində iştirak edir.
Şəkil 3.29. Üzüm toxumu (Vitis Vinifera)
Şəkil 3.30. Amarant (Amaranthus caudatus)
Kliniki tədgiqatlarda qeyd olunmuşdur ki, skvalen ateros-
klerozun yaranmasına səbəb olur, xolesterinin ümumi miqdarının
və aşağı sıxlıqlı lipoproteidlərin azalmasına effektli təsir edir.
Rastoropşi yağı eyni adlı bitkinin meyvəsindən alınır. Bioloji
aktiv əlavə kimi qidaya qatmaq üçün geniş istifadə edilir.
Əvəzolunmayan linol turşusu ilə yanaşı efir yağlarına, qətrana,
145
biogen amillərə, misə, sinkə, selenə malikdir. Rastoropşi meyvələ-
rindən flavonoid supstansiyası-silamirin ayrılır ki, bu da hepa-
toprotektor xüsisyyyətinə malik olur. E vitamini rastoropşi yağının
tərkibində antioksidant təsirə malik olur.
Dünyada hər il kofe dənələri istehsalı 5 mln tonu keçir. Sənaye
emalında 1 ton dənin emalından 0,5 tondan çox tullantı alınır. Bu-
nunla bahəm 2-2,5 ton güclü nəmlənmiş, utilləşməyən kofe şlamı
da əmələ gəlir ki, bunun da tərkibində quru maddələrin miqdarı
25% təşkil edir. Qeyd etmək lazımdır ki, şlamın tərkibi yağla çox
zəngin olur və o, yüksək bioloji aktivliyə malik olur. O, qida ətriy-
yat-kosmetika və əczaçılıq sənayesi üçün qiymətli xammal ola
bilər.
Çeşidlərin artırılmasında üçüncü istiqamət – bitki yağlarının
kupajıdır. Məsələn: “Altero” – günəbaxan və zeytun yağının qarı-
şığıdır. “Voljskoye” – xardal və günəbaxan yağının qarışığıdır.
Son zamanlar süd yağının bitki yağı ilə əvəz olunması bazarda
özünə müvəffəqiyyətlə alıcılar tapmaqdadır. Bitki yağlarının isti-
fadə edilməsi, tək iqtisadi və xammal problemi ilə əlaqəli olmayıb,
eyni zamanda ölkə əhalisinin sağlamlıq böhranının aradan qaldı-
rılması üçün də lazımdır.
Bitki yağlarından istifadə edilərək hazırlanan məhsulların qi-
dalılıq dəyəri, yağ turşuları və yağın triqliserid tərkibi, onda olan
kompleks fizioloji maddələrin, məsələn, fosfatidlərin, yağda həll
olan vitaminlərin, sterolların, karotinoidlərin və s. olması ilə
müəyyən olunur.
Bitki yağlarının süd sənayesində tətbiqi getdikcə daha möh-
kəm mövqe qazanır. Süd məhsullarının çeşidi mürəkkəb xammal
tərkibi ilə daimi genişlənir. Müxtəlif yağ payına malik olan şorlu
– bitki yağlı, bitki yağlı-şorlu və tərkibində yağın miqdarına görə
yağsız – (2-3,8%), normal yağlı (4,0-18,0%) və yağlı (19% və
daha çox) südlü şirələnmiş məhsullar hazırlana bilər.
Digər bir istiqamət – yaddaşı yaxşılaşdırmaq, qanın mikro
dövr etməsini, ürək-damar xəstəliklərini normallaşdırmaq və qara
ciyəri bərpa etmək üçün əczaçılıq preparatlarının yaradılmasıdır (
məsələn: “Vitol”, “Veykon”) .
146
İstiqamətlərin biri də – marqarin, mayonez, sous və qənnadı
məmulatlarının (günəbaxan fosfatid konsentratı, soya fosfatid
konsentratı, lyuksara 5625) istehsalı üçün yaxşılaşdırıcı- əlavələr
istehsalıdır.
Yağ sənayesi inkişafının perspektivliyi artıq heç kimdə şübhə
yaratmır.
Dostları ilə paylaş: |