174
edir. Belə insanların süd turşusu məhsulları istifadə etmələri
məsləhət görülür. Çünki həmin məhsullarda laktoza qismən qıc-
qırmış vəziyyətdə olur.
Vitaminlər. Süd məhsullarında suda həll olan vitaminlər
qrupundan – B
1
, B
2
, B
3
, C və PP vitaminləri olur.
Yağda həll olan
vitaminlərdən A, D, E vitaminləri yüksək yağlı südlərdə olur.
Yağda həll olan vitaminlər smetanda, yağlı şorda, qaymaqda, inək
yağında və pendirdə olur.
A vitamini (retinol) süd məhsullarında xeyli miqdarda olur.
Onlarda A vitamini ilə yanaşı karotin də olur.
D vitamini (kalsiferol) süd məhsullarında ultrabənövşəyi
şüaların təsirindən heyvan toxumalarında olan 7-dehidroxoleste-
rindən alınır.
B qrupu vitaminləri süd məhsullarında kifayət qədərdir. İnsan
üçün süd məhsulları laktoflavin və pantoten turşuları mənbəyidir
ki, bu da onları funksional qida məhsullarına aid etməyə əsas verir.
Propion və sirkə turşusu bakteriyalarının köməkliyi ilə alınan süd
məhsullarında (xüsusilə pendirlər) B
12
vitamininin (kobalamin)
miqdarı südə nisbətən xeyli çox olur.
C vitamini (askorbin turşusu) süd məhsullarında çox deyildir.
Bu vitamin oksidləşməyə az dözümlü olub, onun miqdarı nəqlet-
dirilmə, saxlanma və pasterizə zamanı kəskin surətdə azalır.
Dostları ilə paylaş: