Firuddin cəFƏrov hasil fəTƏLİyev


Süd məhsullarının zülal maddələri



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə83/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   79   80   81   82   83   84   85   86   ...   239
Süd məhsullarının zülal maddələri. Süd məhsullarının zülal 
maddələri qida nöqteyi nəzərdən daha qiymətli olub, kazeindən və 
zərdab zülalları-albumin və qlobulindən ibarətdir. Onlardan başqa 
süd  məhsullarına  yağ  kürəciklərinin  qılafının  zülalları  və  bəzi 
digər az öyrənilmiş zülali maddələr, həmçinin azotlu birləşmələr 
də daxildir. 
Süd məhsullarının zülalları fövqəladə dərəcədə yararlı sayda 
və  keyfiyyətdə  aminturşu  tərkibinə  malikdir.  Onların  arasında 
əvəzolunmayan aminturşuları da vardır. Buna görə də süd məhsul-
larını tam dəyərli məhsullara aid edirlər. Bundan bağqa süd zülal-
ları digər heyvani zülallardan fərqli olaraq nisbətən asan əmələ gə-
lir  və  daha  ucuz  sayılır.  Bu  da  ondan  qeyri-süd  məhsulları  üçün 
qida əlavəsi kimi istifadə etməyə və bunu ilbəil artırmağa imkan 
verir. 


169
 
Süd zülalı amin turşularının tərkibinə görə “ideal” zülalı üstə-
ləyir  ki,  bu  da  onun  yüksək  fizioloji  dəyərini  müəyyənləşdirir 
(cədvəl 3.26). 
Cədvəl 3.26 
Süd züllarının amin turşusu tərkibi və kimyəvi skoru 
 
 
Aminturşuları 
ÜQT/ÜTT-nın sorğu 
şkalası 
İnək südü 
q/100q 
zülalda 
aminturşuları
nın miqdarı 
 
Kimyəvi 
skor 
q/100q 
zülalda 
aminturşuları
nın miqdarı 
ÜQT/ÜTT-nın 
şkalasına nisbətən 
kimyəvi skor, % 
İzoleysin 
4,0 
100 
4,7 
117 
Leysin 
7,0 
100 
9,5 
136 
Lizin 
5,5 
100 
7,8 
147 
Metionin-sistin 
3,5 
100 
3,3 
94 
Fenilalanin+tir
ozin 
6,0 
100 
10,2 
170 
Treonin 
4,0 
100 
4,4 
110 
Valin 
5,0 
100 
6,4 
128 
Triptofan 
1,0 
100 
1,4 
140 
Histidin 


2,7 
104 
 
Kazein süd məhsullarının əsas zülallarındandır. Ümumi zülal-
ların 80 %-ni təşkil edir. Süd məhsullarında kazein Ca-la birləşmiş 
formada, həll olan kalsiumkazeinat şəklində olur. Kazeinin tərki-
binə daxil olan fosfor daha çox mənimsənilir.  
Albumin  süd  məhsullarında  az  miqdarda  olur.  Qlobulin  də 
həmçinin sadə zülallara aid olub, albuminə nisbətən onun miqdarı 
3 dəfə az olur. Qlobulinin bir neçə fraksiyası vardır: betalaktoqlo-
bulin, evqlobulin və psevdoqlobulin. Evqlobulin və psevdoqlobu-
lin  immunlu  qlobinlərə  aid  olub,  antitelə  malikdir.  Süd  məhsul-
larında evqlobulinin və psevdoqlobulinin olması (xüsusilə ayranda 
və zərdabda) onun yüksək fizioloji dəyərə malik olmasından xəbər 
verir.  
Fizioloji nöqteyi nəzərdən zərdab cövhəri bitki mənşəli zülal-
lara  nisbətən  daha  tam  dəyərlidir.  Onlarda  balanslaşmış  şəkildə 
əvəzolunmayan amin turşuları – fenilalanin və tirozin olur ki, bu 


170
 
da zərdabın farmakoloji təsirini müəyyənləşdirir. Əvəzolunmayan 
kükürdlü amin turşusu olan sistin, qlobulində kazeinə nisbətən 7 
dəfə, albumində isə 19 dəfə yüksəkdir. Zərdab zülalında lizin çox 
olub, orqanizmin müdafiə reaksiyasında mühüm rol oynayır. On-
lar əlavə arqinin, histidin, triptofan və leysin mənbəyi rolu oyna-
yıb, tam qiymətli zülallar sayılır və orqanizm tərəfindən maddələr 
mübadiləsində istifadə edilir.  
Canlı  orqanizm  zərdab  zülalını  tez  həzm  etməyə  qadirdir. 
Həm  də  bu  proses  ballast  maddələr  yaratmadan  həyata  keçirilir. 
Buna görə də o, aclığın aradan qaldırılması üçün yararlıdır. Zərdab 
zülalları  immun  və  antiseptik  xüsusiyyətlərin  daşıyıcıları  olub, 
mikroorqanizm  və digər  yadcinsli  hüceyrələri  yapışdırmaq qabi-
liyyətinə malikdir. 
Süd zərdabı və məhsulları qidalılıq dəyəri ilə yanaşı pəhriz və 
müalicəvi xüsusiyyətlərə də malikdirlər. Ənənəvi və xalq təbabə-
tində ondan dizenteriya, kolit, azturşuluqlu qastrid, sidik-daş xəs-
təliyi,  gemoroy,  damarların  varikoz  genişlənməsi,  bronxit  və  s. 
xəstəliklərinin profilaktikasında istifadəyə dair böyük təcrübə top-
lanmışdır.  
Süd zərdabında antibiotik maddələr vardır. Belə ki, şor cövhə-
rindən dondurma yolu ilə nizin antibiotiki alınmışdır ki, onun da 
təsiri biomisinin təsiri ilə eynidir.  
Süd məhsullarının zülalları daha çox fizioloji dəyərli kompo-
nent  olub,  parçalanmasından  əmələ  gələn  amin  turşular  orqa-
nizmdə hüceyrə fermentləri və hormonların immunitet hadisəsi za-
manı yaranan antitellərin qurulması üçün material rolunu oynayır.  
Onlar lipotrop xüsusiyyətə malik  olub,  yağ mübadiləsini ni-
zamlayır, qidanın balanslaşmasını və digər zülalların mənimsənil-
məsini  artırır.  Amfoter  xüsusiyyətinə  malik  olmaqla,  süd  zülalı 
orqanizmi zəhərli maddələrdən qoruyur. Orqanizm ağır metallarla 
zəhərləndikdə  kazein  onlarla  reaksiyaya  girərək,  həll  olmayan 
duzlar əmələ gətirir və onları orqanizmdən çıxarılır.  
Zülal  ən  çox  şorda  olur  ki,  bu  da  onun  yüksək  bioloji  və 
fizioloji  dəyərli  olmasını  göstərir.  Tərkibində  kükürd  olan  amin 
turşuları – metionin, lizin və xolin olması şoru aterosklerozun, bəzi 


171
 
qaraciyər,  böyrək  xəstəliklərinin  müalicəsində  istifadə  edilməsi 
vacib olan vasitəyə çevirir. 
Pendirdə  zülallar  asan  mənimsənilən  formada  olub,  orqa-
nizmdə  həzm  olunma  üçün  artıq  enerji  tələb  etmir.  O,  96-98% 
həzm olunur. Bundan başqa pendirdə sadə zülal və qeyri-zülal bir-
ləşmələri də olur ki, bunlar da südün zülallarına nisbətən asan və 
tez  mənimsənilir.  Zülalların  parçalanmasından  əmələ  gələn 
ekstrakt maddələri həzm vəzlərinə güclü təsir edir və mədə şirəsi-
nin ifrazını stimullaşdırır. Bu da iştahanıı artırır və bütün istifadə 
edilən  məhsulun  hamısının  onunla  birgə  həzm  olunmasını 
yaxşılaşdırır. Yeməkdən əvvəl pendir yeyilməsi məsləhət görülür, 
xüsusilə iştahası zəif olan insanlar bundan istifadə etməlidirlər.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin