179
süni və ya qarışıq yemləndirilmədə olan 1 yaşlı uşaqların
(3 aylığından) qidalandırılması;
uşaqlarda erkən yaşlarında eksidativ diatezin və allergiya
reaksiyasının
kliniki müəyyən edilməsi;
antibiotiklərin uzun müddət tətbiqinin vacibliyi;
kəskin leykozlarla xəstələnmiş xəstələrin qidalanması
(leykoza qarşı aktiv terapiya zamanı müalicəvi pəhriz məhsulu
kimi);
profilaktiki qidalanma.
“Tonus” – təbii inək südündən simbiotik bakteriya ilə
turşudulması yolu ilə alınır. Tərkibində süd turşusu streptokokları,
propion turşusu və sirkə turşusu bakteriyaları olur.
“Tonus”un istifadə edilməsi, qanın tərkibinin yaxşılaşmasına,
mübadilə proseslərinin aktivləşməsinə, orqanizmin immun aktiv-
liyinin yüksəlməsinə, damar və proktoloji (yogun və düz bağırsaq)
xəstəliklər riskinin azalmasına səbəb olur.
“Tonus” hazırlandığı gündən etibarən 6
0
C temperaturdan yük-
sək olmayan şəraitidə, qapalı qablaşdırmada 14 gün istifadəyə
yararlıdır. Məhsul homogen konsistensiyalı və xoşagələn süd
turşusu tamlı (turşuluq 100
0
T-dək olmalı) olur.
Aşağıdakı hallarda istifadəsi məqbul sayılır:
uşaqların (3 yaşından) və böyüklərin profilaktiki qidalan-
ması;
həzm orqanlarının funksional və iltihabı
xəstəlikləri;
bağırsağın disbakteriozu.
“Bifiton” – təbii inək südündən simbiotik bakteriya acıtması
ilə turşudulması yolu ilə alınır. Tərkibində propion bakteriyaları,
həmçinin bakteriya acıtması ilə və ya bifidobakteriya bakterial
konsentratı ilə zənginləşmiş olur. “Bifiton Forte” iki süd turşusu
məhsulları olan “Bifilin – M” və “Tonus”un kompozisiyasından
ibarətdir. Məhsul homogen konsistensiyalı, xoşagələn tamlı (tur-
şuluğu 100
0
T-dək) olur. “Bifiton” hazırlandığı gündən soyudu-
cuda qapalı qablaşdırılmış vəziyyətdə 6
0
C-dək temperaturda
saxlandıqda 14 gün istifadəyə yararlıdır. Aşağıdakı hallarda
istifadə oluna bilər:
180
uşaqların (3yaşından) və böyüklərin profilaktiki qidalan-
ması;
kəskin bağırsaq infeksiyalarının müxtəlif formaları;
bağırsağın disbakteriozu;
həzm orqanlarının funksional və iltihabı xəstəlikləri;
uşaqlarda ekssudativ diatezin kliniki meydana çıxması;
antibiotiklərin uzun
müddət istifadəsinin vacubliyi;
kəskin leykoz xəstələrinin qidalanması (leykoz əleyhinə
aktiv terapiya zamanı müalicə-pəhriz məhsulu kimi);
Omsk Aqrar Unuversitetində yağsızlaşdırılmış süd əsasında
prodietik qidalanma üçün fitosüdturşusu içkisi işlənib hazırlan-
mışdır. Yağsızlaşdırılmış süd
L.Acidophilus, B.Longum və ya B.
Bifidus (“Bifilakt A” preparatı) bakterial kulturları ilə turşudul-
muşdur. Fito kompozisiyanın biokorrektoru kimi, itburnu, yemşan
meyvələri və limon otunun yarpaqlarından əlavə kimi istifadə edil-
mişdir.
“Bimm – Bill – Dann” kompaniyası bazara “Neo” məhsulları-
nın yeni xəttini buraxmışdır.
“Majitel” – yeni meyvəli-südlü içkidir. Onda təbii süd və təzə
meyvə şirələrinin ahəngdar uyğunluğu yaradılmışdır. Bundan baş-
qa o, 10-a qədər vitamin kompleksi
ilə zənginləşdirilmişdir;
“Bio-Vit” – süd turşusu məhsulu olub, əsasını məhsulun
vitaminlərlə və biokulturlarla ikiqat zənginləşdirilməsi ideyası
təşkil edir ki, bu da onu sağlamlıq üçün qəribə faydalı məhsul edir.
“Jou-fit” – az yağlı bioyoqurtun və təbii meyvə şirəsinin qeyri-
adi birləşməsidir. Bu həmişə əla formada qalmaq istəyənlər üçün
gözəl imkandır. Məhsul bifidokulturlarla, A, C və E vitaminlər
kompleksi ilə zənginləşdirilmişdir;
“İmmunele” – xüsusi seçilmiş
Laktobacillus casei və
Laktobacillus rhamnosus kompleksi ilə zənginləşdirilmiş müali-
cəvi probiotik məhsuldur. Onun gündəlik istifadə edilməsi orqa-
nizmin müdafiə gücünün möhkəmlənməsinə və həzmin yaxşılaş-
masına səmərəli təsir edir.
Dostları ilə paylaş: