Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə72/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   68   69   70   71   72   73   74   75   ...   239
Çətənə və ya kənaf yağı əsasən Rusiyanın Oryol vilayətində 
hazırlanır. Çətənə yağı mədə bağırsaq iltihabında, xora, yanıq və 
radikulitdə həmçinin damarların təmizlənməsində məsləhət görü-
lür.  Kətan  yağı  kətan  (şəkil  3.9)  toxumundan  alınır.  Tərkibində 
fosfolipidlər və selik tipində maddə-
lər  vardır.  Kətan  yağı  55-58%  linol 
turşusuna  malikdir.  Onun  unikal 
kimyəvi  tərkibi  bu  yağın  bioloji  və 
fizioloji dəyəri ilə izah olunur. 
Belə  məlumat  vardır  ki,  kətan 
yağının  istifadə  edilməsinin  səmə-
rəliliyi yalnız təkcə turşuların nisbəti 
ilə yox, həm də digər sineqrik effekt 
verən  maddələrin  olması  ilə  müəy-
yən olunur. Kətan yağını təzə soğan-
la, sarımsaqla, yoğurtla, soyalı şorla 
birgə qəbul etmək məsləhət görülür. 
Hal-hazırda  Rusiyada  “Tverskoe” 
kətan yağının soyuq presləmə üsulu 
ilə alınması mənumsənilmişdir. 
Soya yağı birillik paxlalılar fəsiləsinə aid olan ot bitkisindən 
(şəkil 3.10) alınır. Mədəni soyanın vətəni Şərqi Asiyadır. Soya çox 
qiymətli  bitkilərə  aid  olub,  onun  paxlaları  lipidlərlə  yanaşı,  tam 
qiymətli  zülallara  da  malik  olur.  Soya  yağı  ən  qədim  yağlardan 
olan palma yağı ilə həmyaşıddır.  
Qədim Çin kitabı olan “Materiya medika”da bizim eradan əv-
vəl V əsrdə soya haqqında sehirli dərman bitkisi kimi qeyd olunur. 
Şəkil 3.9. Kətan
 
(Linum pubescens L.)
 


129
 
Rusiyada soya ilk dəfə 1878-ci ildə Xersonda və  Tavriya quber-
niyasında becərilmişdir. Sənaye əhəmiyyətli istehsala 1927-ci il-
dən başlanılmışdır. Hal-hazırda əsas soya əkinləri Uzaq Şərqdə və 
Krasnodar vilayətində yerləşir. Soyanın 4 yarım növü olan Man-
curiya, Çin, Yapon və Hindistan soyalarından ən çox əhəmiyyətə 
malik olanı Mançuriya soyasıdır. 
 
 
 
Şəkil 3.10. Soya (Glycine hispida Moench) 
 
Soya yağının triqliserid tərkibində əsas yeri linol və olein tur-
şuları tutur. Soya yağının yağ turşuları tərkibinin özünəməxsuslu-
ğu ondan ibarətdir ki, bu turşular balıq yağının tərkibindəki turşu-
larla uyğundur. Müəyyən edilmişdir ki, bu yağdan istifadə edildik-
də  turşulara  görə  ürək-damar  xəstəlikləri  riski  azalır.  Soya  yağı 
pəhriz məhsulu kimi qəbul edilir və uşaq qidalanması üçün məslə-
hət görülür. 
 Raps yağı, xaççiçəklilər fəsiləsindən olan raps (şəkil 3.11) to-
xumundan alınır. Raps hələ 4 min il əvvəl Hindistanda becərilirdi. 
Avropada raps yağlama və işıqlandırma vasitəsi kimi istifadə edi-
lirdi. Sonralar raps yağından qida kimi istifadə edilməyə başlandı.  
Bioloji tədqiqatlarla müəyyən edilmişdir ki, raps yağı insan və 
heyvan  orqanizminə  mənfi  təsir  göstərir.  Belə  ki,  eruk  turşusu 


130
 
insan orqanizmi tərəfindən yaxşı mənimsənildiyinə görə ürəkdə li-
pidoz  yaradır,  ürək  əzələlərində  lokal  nekroz  şəklində  dəyişiklik 
əmələ gəlir, qanda trombositlərin miqdarı azalır. Trioqlikozid izo-
sianatın  parçalanma  məhsulları  cavan  orqanizmlərin  böyümə  və 
inkişafını tormozlayır, qalxanvari vəzdə funksional  və morfoloji 
dəyişikliklər yaradır, həmçinin öyümə və enterokolitlər əmələ gə-
tirir.  Bundan  başqa  izosianatlar  yağa  spesifik  kəskin  iy  və  dad 
verir. 
 
 
 
Şəkil 3.11. Raps (Brassica napus 
L.

 
 
Beynəlxalq Ərzaq Təşkilatı (FAO) aparılan tədqiqatlara əsas-
lanaraq  qida  yağlarında  eruk  yağının  miqdarının  5%,  tioqliko-
zidlərin isə 3%-dən artıq olmaması nəticəsinə gəlmişdir.  
Kanadada  eruksuz  raps  sortlarının  yaradılması  ilə  əlaqədar 
əsas  seleksiya  işləri  1960-cı  ildə  başa  çatmışdır.  Bundan  sonra 
dünya bazarına eruksuz Kanada yağı olan “Kanola” çıxmağa baş-
ladı. Kanada seleksiyaçılarından sonra Avropada da eruksuz raps 
sortları meydana gəldi. Bu raps sortlarının yağ turşusu tərkibinin 
əsas fərqli xüsusiyyəti ondan ibarətdir ki, onların tərkibində eruk 
turşusunun və tioqlikozidlərin miqdarının kəskin azalması və eyni 


131
 
zamanda olein turşusunun miqdarının 3-4 dəfə artması nəzərə çar-
pır. Eruksuz yağın tərkibində 24% triolein, 18% linoleodiolein və 
14% linolenodiolein və həmçinin digər triqliseridlər olur. 
Rusiya TEA-nın Qida institutunun mütəxəssisləri təsdiq edir-
lər  ki,  öz  xüsusiyyətlərinə  görə  zeytun  yağı  kanol  (raps)  yağını 
praktiki olaraq, üstələyə bilmir.  
Almaniya istehsalı olan “Brolio”, bütöv kompleks yağ turşu-
larına malik olub, onların yarısından çoxunu (65%-dək) olein tur-
şusu təşkil edir. Həmçinin onun tərkibində həm də linol və linolen 
turşularının da (müvafiq olaraq 28% və 14%) miqdarı çoxdur.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin