Dən xammalı əsaslı alkoqolsuz içkilər. Dən xammalı əsasın-
da alkoqolsuz içkilər emalı çox orijinaldır. Orlov Dövlət Texniki
Universitetində dənlilərdən qarabaşaq, yulaf və darının emal məh-
sullarının ekstraktının istifadə imkanları öyrənilmişdir. Dənli
bitkilərin emal məhsullarının ekstraksiyasını 2 mərhələdə-dən küt-
ləsini fermentativ hidrolizi və su-spirt ekstraksiyası etməklə başa
çatdırırlar. Alkoqolsuz içkilərin reseptinə dənlərin ekstraktının
əlavə edilməsi, hazır məhsulun qida və bioloji dəyərinin yüksəl-
məsinə səbəb olur. Qıcqırmış tərəvəz şirələrinin və dən xammalı substratlarının
istifadəsinin tədqiqi də təqdirəlayiqdir. Xüsusi işlənmiş yulaf
substratının və cuğundur şirəsinin süd turşusu bakteriyaları ilə qıc-
qırdılması içki əsası kimi istifadə edilə bilər. Məsələn, şəkər şər-
bəti və süd cövhəri ilə, həmçinin sərbəst istifadə üçün yulaf yüksək
qidalılıq dəyərinə malikdir. Çünki onun tərkibində aşağıdakı
maddələr optimal nisbətdədir: zülallar, yağlar bə karbohidratlar,
həmçinin vitamin, riboflavin, piridoksin, nikotin və pantoten tur-
şuları, biotin, E vitamini və beta-karotin.
Mətbəx çuğundurunun tərkibində vitaminlər (tokoferol,
niasin, piridoksin, askorbin turşusu), makro və mikroelementlər
(Ca, K, Mg, P, S, B, Y, Co, Fe, Mn, Mo, F, Se), pektin və digər
maddələr vardır.