100
enerji dəyəri orta hesabla 46-70 kkal-dir. Tərəvəz kökünün enerji
dəyəri 56 kkal, pomidorunku isə 18 kkal-dir.
Şirələrə təravətləndirici xüsusiyyəti üzvi turşular-alma, limon,
şərab turşuları verir. Az miqdarda kəhrəba, salisil, benzoy və başqa
turşular da olur. Şirələrdə üzvi turşular 0,5-1% miqdarındadır.
Şirələrdə praktik olaraq yağ olmur, ancaq içkilərdə həyati vacib
zülallar və amin turşuları az miqdarda ( meyvə şirələrində 0,3-
0,7%; tərəvəz şirələrində isə 0,2-0,5% ) da oısa tapılır.
Amin turşuları şirəyə daha harmonik dad verir.
Şirələrin fərq-
ləndirici xüsusiyyətləri onların tərkibində insan orqanizmi üçün
fizioloji və bioloji əhəmiyyət
kəsb edən maddələrin C, B
1
, B
2
, PP,
karotin və başqa vitaminlərin, makro və mikro elementlərin (K,
Na, Ca, Mg, P, Fe, Cu, Zn və s.) qida liflərinin, fenol birləşmələri-
nin olmasıdır. Ayrı-ayrı şirələrdə vitaminlərin miqdarı çox yüksək
ola bilər. Məsələn, askorbin turşusunun (C-vitamini) miqdarı it-
burnuda-400 mq%, qara qarağatda-85,5 mq%, portağalda 40,0
mq% olur.
İnsan orqanizmi üçün şirələrdə olan vacib vitamin A provita-
mini-beta karotindir. Karotin adətən lətli şirələrdə olur. Onun yük-
sək miqdarı ərikdə-1300 mkq%, itburnuda 800 mkq%, yerkö-
kündə 2100 mkq% təsadüf olunur.
Şirələr mineral maddələrlə və vitaminlərlə zəngindir. Şirələr-
də makro elementlərdən ən çox kalium duzları olur. Kaliumun
yüksək miqdarı ən çox ərik, gilas, pomidor, portağal, yerkökü və
alma şirələrində (120-245 mq%) olur. Şirələrdə çox az miqdarda
fosfor, maqnezium və kalsium olur.
Mikroelementlərdən şirələrdə daha çox dəmir (0,3-1,6 mq%)
olur. Dəmir nəzərə çarpacaq dərəcədə qara meyvəli üvəzdə, alma
və itburnuda (1,4-1,6 mq%) tapılır.
Şirələrin qida lifləri pektin formasında olub, fizioloji dəyəri
insan orqanizmindən ağır metalları və radionuklidləri çıxarma-
sıdır. lətli şirələr pektinlə zəngin olur.
Şirələrin fizioloji dəyərini artıran polifenol birləşmələr – ka-
texinlər, antosianlar, flavonollar (rutin, kversetin) və başqalarıdır.
Bunlar antioksidant xüsusiyyətinə malik olmaqla şüalanmanın
101
neqativ nəticələrinin qarşısını almağa köməklik edir.
Üzüm və alma şirələrində polifenolların olması P vitamini
aktivliyini artırır.
Bəzi sortların kimyəvi tərkibi və qidalılıq dəyəri cədvəl 3.9-da
verilmişdir.
Lətli şirələrin qidalılıq dəyəri şəffaf şirələrə nisbətən xeyli
yüksəkdir. Bu onunla izah olunur ki, şirədə lətli meyvə hissəsi çox
olur. Eyni zamanda duruldulmuş şirələr daha yaxşı təravətləndirici
və susuzluğu yatırmaq qabiliyyətinə malik olurlar.
Bəzi şirələr pəhriz və müalicəvi qidalanmada istifadə edilir.
Məsələn, qara qarağat şirəsi C vitamini və kalsiumla zəngin olub,
tərkibində karotin və pektin maddələri olmaqla, inkişafda olan
orqanizm üçün faydalıdır. Onu sınqa və bağırsaq xəstəliliklərinə
qarşı istifadə edirlər. Ərik şirəsi xeyli kaliuma malik olub, ürək-
damar xəstəliklərindən və qan azlığından əziyyət çəkən, vəzləri
xəstə olan xəstələr üçün çox qiymətlidir. Alma şirəsi P vitamini
aktivliyinə malik olub, mineral elementlər mənbəyidir. Xüsusilə
nefrit və padaqranın müalicəsində faydalıdır. Alma şirəsinin
tərkibində olan pektin həzm orqanlarının işinə müsbət təsir edir.
Yerkökü şirəsi karotin, C vitamini, dəmir, kalsium, kalium və
digər mineral maddələrin yüksək miqdarda olması səbəbindən
sağlamlığı zəifləmiş insanlar üçün xüsusilə faydalıdır.
Dostları ilə paylaş: