Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə58/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   54   55   56   57   58   59   60   61   ...   239
Mineral  sular  -  Mineral  sular  təbii  yeraltı  sular  olub,  daimi 
kimyəvi  tərkibi  ilə  xarakterizə  olunur.  Onların  tərkibi  mürəkkəb 
olub, burada faktiki olaraq D.İ.Mendeleyev cədvəlinin bütün ele-
mentlərinə təsadüf olunur.  
İnsanların məişətində yeraltı sular vacib əhəmiyyətə malikdir. 
Yeraltı sular içərisində mineral sular xüsusi rol oynayır. Yer kürə-
sində  suların  ümumi  miqdarı  1,8  mld  km
3
-dir.  Bunun  400  mln 
km
3
-i yeraltı su olmaqla, çoxunu mineral su təşkil edir.  
Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbəyi Hacı-
kənddə, İstisu, Turşsuda, Şuşada, Naftalanda, Badamlıda, Sirabda, 
Vayxırda və digər ərazilərdə yerləşmişdir. Respublikamızda 1000-
dən çox mineral su bulağı vardır.  
Son illər Qalaaltı, Sərkar, Qax mineral sularının buraxılmasına 
başlanmışdır.  
Abşeron  yarımadasında  çoxlu  şəfa bulaqları  qaynayır. Sura-
xanı, Sabunçu və Şıx bulağından çıxan mineral sular böyük müali-
cəvi əhəmiyyətə malikdir.  
Naxçıvan  Muxtar  Respublikasında  200-dən  çox  mineral  su 
bulağı  vardır.  Bu  mineral  su  öz  hidrokimyəvi  tərkibi  ilə  seçilir. 
Əsas su mənbələri Gədəbəy, Kəlbəcər, Hacıkənd, Naxçıvan, Şuşa, 
Daşkəsən, Qax, Tovuz, Qazax və başqa rayonlardadır. Ən qiymətli 
mineral sulardan, Sirab, Badamlı, Slavyanka, Narzan, Qax və baş-
qalarını göstərmək olar.  
Dağlıq  Qarabağın  mineral  suları  Turş  su,  Şirlan,  Çərəktar, 
Kolataq və sairdir.  
Laçın-Kəlbəcər  bölgəsinin  mineral  su  yataqlarına  –  Yuxarı 
istisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və s. aiddir. 


95
 
Gəncə ətrafı mineral sulara Hacıkənd yaxınlığında karbon tur-
şulu bulaq və çoxlu sayda su çeşmələri aiddir. 
Şamaxı  bölgəsinin  ən  qiymətli  suyu  Xaltan,  Jimi  və  Həşim 
(Quba  rayonu)  suları,  Çuxuryurd  (Şamaxı),  Bum  və  Xalxal 
(Qəbələ) sularıdır.  
Şəki-Zaqatala  bölgəsinin  sularından  ən  məşhuru  Qax  rayo-
nunun ilisu bulaqlarıdır. Qədim vaxtlardan bu sular müalicə məq-
sədilə istifadə edilir. 
Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Bu bulaqlar 
Babazənən dağlarında yerləşir. Bu bulaqlar hidrogen-sulfidli, me-
tanlı, xloridli, kalsiumlu, isti və soyuq mineral sulardan ibarətdir. 
Aparılan  tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  Azərbaycan 
mineral sularının tərkibində xeyli qaz vardır. Respublikamızda çox 
yayılan mineral sular qaz tərkibinə görə 5 qrupa bölünür: karbonlu, 
hidrogen sulfidli, metan qazlı, azotlu, radonlu. 
Azərbaycan mineral  sularının tərkibində  ən çox HCO
3
, SO
4

Cl, Na, Ca və Mg ionları vardır. Təbii sularda 26-ya kimi element 
həll olmuşdur. Bunlar 5 qrupa bölünür: 
1.
 
Suyun əsas tərkib hissəsi:  
K, Na, Ca, Mg, Fe, Al, Cl, S, N, O, H, C, Si. 
2.
 
Sularda az miqdarda təsadüf edilən elementlər: 
Zn, Rb, Sr, Ba, Pb, Ni, Mn, Cu, Br, J, F, B, P, As. 
3.
 
Nadir tapılan elementlər: 
U, Zn, Ga, Ge, Zr, Ti, W, Hg, Bi, Cd, Se, Te, Mo, Ag, An, Pt, 
Sn, Sb 
4.
 
Radioaktiv elementlər: 
Ra, Th, Rn və s.   
5.
 
Üzvi maddələr 
Mineral maddələr, bioloji aktiv elementlər, qazlar, üzvi birləş-
mələr suların əsas komponentləridir ki, bunlar da geniş profilaktik 
və müalicəvi təsir spektrinə malikdirlər. Mineral maddələr suyun 
tərkibində asan mənimsənilən formada olur. Təbii sularda kimyəvi 
elementlər müxtəlif ion, molekul, kolloid və kompleks birləşmələ-
ri  əhatə  edən  qeyri  üzvi  formada  olurlar.  Mineral  suların  profi-
laktik və müalicəvi xüsusiyyəti ilk növbədə suyun ion tərkibindən, 


96
 
xüsusilə  də  Na
+
,  Ca
2+
,  Mg
2+
  kationlarından  və  Cl,  SO
4
,  HCO
3
 
anionlarından asılıdır. 
Natrium  kationları  su-duz  mübadiləsində  iştirak  edir,  xlorid 
ionları  ilə  birlikdə  isə  mineral  suda  osmos  təzyiqinin  normallaş-
masına şərait yaradır, həzm prosesini yaxşılaşdırır. 
 Kalsium kationu hüceyrə membranının nüfuzetmə qabiliyyə-
tini azaldır, iltihaba qarşı təsirə malikdir, bəzi fermentlərin aktiv-
liyini artırır, sümüklərin böyüməsini və dişlərin vəziyyətini yaxşı-
laşdırır.  
Maqnezium  kationu  karbohidratların  anaerob  mübadiləsini 
aktivləşdirir, əsəb sistemi gərginliyini azaldır.  
Sularda  kationların  miqdarı  fərdi  olur.  Məsələn,  müalicəvi, 
süfrə  mineral  suyu  olan  “Yesentuki  №4”  də  və  “Borjomi”-də 
natrium  və  kalsium  kationlarının  yüksək  miqdarı  uygun  olaraq 
2500-2900 və 1200-2000 mq/dm

təşkil edir. “Narzanda” ən çox 
kalsium kationu – (300-400 mq/dm
3
) olur. Natrium və kaliumun 
cəmi miqdarı isə 130-200 mq/dm
3
 səviyyəsində olur.  
Mineral sularda maqneziumun miqdarı 50-120 mq/dm
3
 arasın-
da dəyişir. Süfrə sularında kationların miqdarı müalicəvi-süfrə su-
larına nisbətən xeyli az olur. 
Mineral suların tərkibində hidrokarbonatlar iltihab prosesini, 
mədə şirəsinin turşuluğunu azaldır, ödqovucu təsir göstərir. Hid-
rokarbonata  malik  olan  sular  qastrit,  mədə  xorası  xəstəliyi  üçün 
faydalıdır. Bundan başqa, hidrokarbonatlı sular bağırsaqlarda də-
mirin və digər mikroelementlərin sorulmasını yaxşılaşdırır və qan-
da şəkəri azaldır (cədvəl 3.8).  
Sulfat  ionunun  mineral  sularda  fizioloji  rolu  öd  turşularının, 
xolesterinin  ayrılmasını  gücləndirmək,  öd  daşının  əmələgəlmə 
imkanını azaltmaq, mübadilə proseslərini yaxşılaşdırmaqdır.  
Xlor anionu natrium kationları ilə birləşərək mədənin sekretor 
və  mədəaltı  vəzində,  fermentlərin  funksiyasını  yüksəldir.  Həzm 
prosesi, zülalın, yağın, karbohidratların mənimsənilməsi və orqa-
nizmin böyüməsi yaxşılaşır. 


97
 
 


98
 
Müalicəvi-süfrə  suları  olan  “Yesentuki”  və  “Borjomi”  üçün 
hidrokarbonatların  yüksək  miqdarı  səciyyəvi  olub,  müvafiq  ola-
raq, 3500-5000 və 3600-4500 mq/dm
3
 təşkil edir. “Narzan” mine-
ral  suyu  sulfatlarla  zəngin  olub,  miqdarı  300-500  mq/dm
3
  təşkil 
edir. 
Mineral suların bioloji aktiv komponentləri, həmçinin mikroe-
lementlərdən dəmir, mərgümüş, bor, kremnium, brom,  yod və s. 
ibarətdir. 
Bu mikroelementlər endokrin vəzlərdə əsəb və digər toxuma-
larda toplanır, hormonların, fermentlərin, vitaminlərin strukturuna 
daxil olub, sintez prosesində iştirak edir. 
Mineral  sular  tərkibindəki  mikroelementlərin  miqdarından 
asılı  olaraq:  mərgümüşlü  (0,7  mq/dm
3
-dan  çox),  borlu  (35 
mq/dm
3
-dan az olmayan), dəmirli  (10 mq/dm
3
-dan az olmayan), 
yodlu  (5  mq/dm
3
-dan  az  olmayan),  bromlu  (25  mq/dm
3
-dan  az 
olmayan) və kremniumlu (50 mq/dm
3
-dan az olmayan) olur. 
Mərgümüşlü  su  orqanizmi  möhkəmləndirir.  Tonuslaşdırıcı 
təsir edir, böyüməni tarazlaşdırır, qan yaranmasını və qara ciyərin 
funksiyasını yaxşılaşdırır. 
Bor  qanın  daimi  komponenti  sayılır.  Bor  piylənməyə 
köməklik  edir.  Bununla  əlaqədar  olaraq  borlu  sular  piylənməyə 
meyilli olan insanlar üçün məsləhət görülmür. 
Dəmirli sular qanda hemoqlobinin miqdarını artırır və anemi-
yanın müalicəsi üçün məsləhət görülür. 
Yod qalxanvari vəzdə toplanır, onun vasitəsilə yaranan tirok-
sinin tərkibinə daxil olur, mərkəzi əsəb sisteminə və digər həyati 
vacib orqanlara təsir edir. 
Bromun müalicə-profilaktik xüsusiyyəti qalxanvari vəzin  və 
əsəb sisteminin fəaliyyətini nizamlamaqdır.  
Kremnium  dayaq  funksiyasını  yerinə  yetirir.  Orqanizmdən 
sidik turşusunun çıxarılmasını sürətləndirir, sümük və tükün böyü-
məsini yaxşılaşdırır. 
Mineral suların tərkibinində həyati vacib mikroelementlərdən 
sink,  selen,  mis,  aliminium,  litium,  berillium,  nikel,  kobalt  və  s. 


99
 
olur. Mineral suların funksional xüsusiyyətləri qazları gücləndir-
məkdir ki, bu da insan orqanizmində fizioloji prosesləri aktivləş-
dirir. 
Karbon  qazına,  hidrogen  sulfidə,  radona  malik  olan  sular 
həzm orqanlarının funksiyalarını stimullaşdırır.  
Mineral  suların  tərkibində olan karbon qazı  mədənin,  bağır-
saqların sekresiya funksiyasını yaxşılaşdırır, iştahanı artırır, bağır-
saqdan qida maddələrinin sorulmasını gücləndirir. 
Tərkibində  hidrogen  sulfid  olan  sular  orqanizmdə  kükürd 
mübadiləsini yaxşılaşdırır, bağırsağın sekresiya və mühərrik fun-
ksiyasını artırır.  
Bəzi  mineral  sular  üçün  radioaktiv  mənşəli  qazlar  (radon, 
helium,  arqon)  xarakterikdir.  Radonlu  su  iltihabın  qarşısını  alır, 
hüceyrə qılafının nüfuzetmə qabiliyyətini azaldır, qalxanvari vəzin 
funksiyasını azaldır, mədənin sekresiya və mühərrik funksiyalarını 
yaxşılaşdırır.  
Fizioloji funksiyalı komponetlərin geniş spektrinə malik olan 
mineral  sular  həzm  orqanlarının  həmçinin  ürək-damar,  əsəb  sis-
temi  xəstəliklərində,  maddələr  mübadiləsinin  pozulmasında,  yu-
xarı tənəffüs yollarının xəstəliklərində istifadə imkan olunur. 
Müalicə  üçün  mineral  sulardan  həkimin  məsləhətilə  istifadə 
etməyə  üstünlük  verilir.  Müalicəvi-süfrə  suları  süfrə  içkisi  kimi 
istifadə  olunmalıdır.  Mineral  suların  artıq  içilməsi  su-duz  balan-
sının pozulmasına səbəb ola bilər.  
Süfrə mineral sularında funksional inqredientlərin miqdarının 
yüksək olmasına görə onları funksional içkilər sırasına daxil etmək 
olmaz. Ancaq onların bəzilərinin istifadəsinin müntəzəm qaydada 
aparılması su-duz mübadiləsini yaxşılaşdırmaqla qaraciyər, böy-
rək və digər orqanların funksiyasına yaxşı təsir edir. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin