Göy noxud – Pisum sativum L. Dünya florasının tərkibində paxlalılar fəsiləsinin 600-ə qədər cinsi, 12000-ə qədər növü
yayılmıĢdır. Paxlalılar fəsiləsinin növlərinə dünyanın hər yerində rast gəlmək olar. Fəsilənin
Qafqazda 550, o cümlədən Azərbaycanda 400 növü var. Paxlalılar fəsiləsi (lobya, soya, noxud,
maĢ) biz insanların əsas qidasını təĢkil edir. Bunlardan qida və müalicə xüsusiyyətlərinə malik olan
cinslərdən biri də göy noxuddur.
Noxud – Pisum L. cinsinin dünya florasının tərkibində 7
növü (2 növü mədəni halda əkilib-becərilir) yayılmıĢdır.
Göy noxudun tərkibindən 22-34% zülal, 20-48%
niĢasta, 0,7-1,5% yağ, 5,2-7,7% sellüloza, 2,5-3,5 kül maddəsi,
60% azotsuz birləĢmələr aĢkar edilmiĢdir.
Göy noxud - Pisum sativum L. Bu birillik ot bitkisi olub
duz, yaxud gövdəsinin əsasından budaqlanandır.
Dünyada elə insan tapılmaz ki, ömründə heç olmasa bir
dəfə göy noxuddan hazırlanan xörəkdən yeməsin. Göy noxud
öz qidalıhq keyfiyyətinə görə heç də ətdən geri qalmır. «Çətin
çeynənilməsinə baxmayaraq bunu yedikdə bütün günü özünü
tox hesab edirsən». Domostro kitabında evdar qadınlara məsləhət görür ki, göy noxuddan sıyıq və
yaxĢı pendir növləri hazırlayıb ailə üzvlərini yedirsinlər. Bu zaman bütün ailə üzvləri sağlam və
güclü bədən sahibinə malik olacaqlar. Buxarda və yaxud yağda biĢirilmiĢ noxud içindən
hazırlanmıĢ qoğal və fəsəlini həmiĢə insanlar həvəslə yeyirlər. Göy noxuddan hazırlanmıĢ xörək
növləri həmiĢə böyük rus çarı I Pyotrun və onun atası Aleksey Mixayloviçin ən sevinıli yeməkləri
sayılırdı.