Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Sosial sferası sahələrinin strateji planlaşdırılmasmın vəzifələri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə76/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   72   73   74   75   76   77   78   79   ...   90
YourFileName

7.2.Sosial sferası sahələrinin strateji planlaşdırılmasmın vəzifələri 
 
 
Məlumdur  ki,  uzun  illər  sosial  irrkişafa,  sosial  sahələrə  ikincidə-  rəcəli 
əhəmiyyət  verilmiş  və  keçmiş  ittifaq  dövründə  ona  "qalıq"  prinsipində  vəsait 
ayrılmışdır,  həm  yuxarı,  həm  də  aşağı  pillələrdə  sosial  sahələrə  münasibət  yaxşı 
olmamışdır.  Buna  görə  də  hə
min
  sahələrin  planlaşdırılmasmın  nəzəri  və  praktiki 
problemlərinin tədqiqinə də az fikir verilmişdir. 
Respublikamızın  iqtisadi  müstəqilhyi  və  bazar  iqtisadiyyatı  şəraitində  sosial 
problemlərin  həlli  ön  plana  çəkilir.  Belə  ki,  xalqın  həyat  səviyyəsinin 
yüksəldilməsi,  şəxsiyyətin  hərtərəfli  inkişafı  yalnız  məqsəd  olaraq  qalır,  o, 
obyektiv zəruri vasitəyə şərtə çevrilir. 
Son  illərə  qədər  mövcud  mənbələrdə  ölkədə  həyat  səviyyəsinin  daim 
yüksəlməsi qeyd olunurdu. Əlbəttə, bu, müəyyən şəkildə həqiqətə uyğun idi. Belə 
ki,  əvvəlki  illərə  nisbətən  bu  sahədə  ciddi  dəyişikliklər  görünürdü.  Ümumtəhsil 
məktəbləri,  orta  ixtisas  və  ali  məktəblər  şəbəkəsi  genişlənir,  əhali
n
i
n
  savadhhq 
səviyyəsi yüksəlir, səhiyyə idarələri şəbəkəsi genişlənir, müxtəhf ixtisaslar üzrə ali 
və orta ixtisaslı tibb işçilərinin sayı, xəstəxana çarpayılarının miqdarı artır, mənzil 


  
tikintisi  genişlənir  və  mənzilə  ehtiyacın  ödənilməsində  ciddi  dəyişikliklər  əmələ 
gəlir, ticarət və ictimai iaşə müəssisələri şəbəkəsi genişlənir, yeni, mütərəqqi ticarət 
formaları yaranır və bütövlükdə xidmət sferası sahələri ildən-ilə inkişaf edir. 
Bu baxımdan sosial inkişafda irəliləyiş var idi. Lakin bu, sosial normalardan 
xeyli  aşağı  idi.  Azərbaycan  Respublikası  hətta  1975-  1985-ci  illərdə  adambaşına 
düşən real gəlirin artım sürətinə görə keçmiş İttifaq respublikaları arasında birinci 
yerdə  gedirdi.  Lakin  bu  göstəricinin  həyat  səviyyəsi  ilə  bağlı  digər  göstəricilərlə 
müqayisəsi  göstərirdi  ki,  respublika  xeyli  geridədir.  Həmin  dövrdə  fəhlə  və 
qulluqçuların  minimum  və  orta  aylıq  əməkhaqqı,  adambaşına  mal  dövriyyəsinin 
həcmi göstəricilərinə görə, habelə, əhalinin hər 10000 nəfərinə düşən çarpayıların 
sayı,  ictimai  iaşə  müəssisələrində  oturacaq  yerlərinin  miqdarı,  bir  nəfərə  düşən 
mənzil  sahəsi,  xidmətlərin  dəyəri,  nəqhyyat  və  rabitə  xidmətləri  və  s.  görə 
Azərbaycan xeyh geri qalırdı. 
Sosial  inkişafa  resursların  ayrılmasına  «qahq»  prinsipində  yanaşılması  bir 
sıra  neqativ  halların  meydana  gəlməsi  və  artmasına  səbəb  olmuşdu.  Belə  hallara 
əhali
n
i
n
  pul  gəlirləri  ilə  xərcləri  arasında  balans  əlaqələrinin  pozulması,  mal  və 
xidmət çatışmazlığı, gizli iqtisadiyyatın genişlənməsi və s. daxil etmək olar. 
Qeyd  etmək  laz
ım
dır  ki,  bazar  iqtisadiyyyatma  keçidin  müasir şəraitində  bu 
neqativ  hallar  yenə  də  artmışdır.  Əhahnin  xərclərinin  artun  sürəti  gəhrləri  xeyh 
qabaqlayır,  insanların  70-75  faizi  yoxsulluq  şəraitində  yaşayır.  Əlbəttə,  bunu 
müəyyən  şəkildə  uzun  müddət  davam  edən  müharibəyə  də  bağlayırlar,  burada 
müəyyən  həqiqət  var.  Lakin  xalq  təsərrüfatı
n
ı
n
  maddi-istehsal  sahələrində 
yaranmış  hərc-  mərchk,  istehsahn  xeyh  azalması,  maddi  resursların  çalışmaması, 
işsizhk,  idarəetmə  və  tənzimləmə  mexanizminin  müasir  səviyyəyə  cavab  verən 
formada  quruhnaması,  müvafiq  qanunvericilik  aktlarının  olmaması,  mövcud 
qanunlara riayət edilməməsi, bazar mexanizminə və bazara keçidə münasibət və s. 
amillərin təsirini yaddan çıxarmaq ohnaz. 
Qeyd  etdiklərimizi  nəzərə  alaraq  müasir  dövrdə  əhalinin  gəlirləri  ilə  mal 
resurslarının  balanslaşdırılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bütün  sosial 
problemlərin  həlli  və  insanların  bazar  iqtisadiyyatına  inamım  artırmaqda  bu 
balanslaşdırma  həlledici  əhəmiyyət  kəsb  edir.  Lakin  bu  problemi  tezhklə  həll 
etmək  olmaz.  Belə  ki,  əhalinin  pul  gəlirlərinin  və  mal  təklifinin  artım  sürətləri 
arasında mövcud olan disproporsiya birdən-birə meydana gəlməmiş, 70-ci illərdən 
başlayaraq uzun bir dövrü əhatə etmişdir. 
Xalq  təsərrüfatının  inkişafında  qeyri-bərabərliyin,  geriliyin  getdikcə  davam 
etməsi  istehsal  işçiləri  ilə  qeyri-istehsal  sferasında  çalışanların  və  xüsusilə  də 
büdcədən  maliyyələşən  elm,  maarif,  mədəniyyət,  təhsil,  səhiyyə  işçilərinin 
əməkhaqları arasında uyğunsuzluq- ların meydana gəlməsinə səbəb olmuşdu. 
Hal-hazırda  səhiyyə  işçilərinin  orta  aylıq  əməkhaqqı  sənaye  işçilərinin 
əməkhaqqının  72%-ni  təşkil  edir.  Əməkhaqqı  artırıldıqdan  sonra  ümumtəhsil 
məktəb müəllimləri
n
i
n
 əməkhaqqı sənaye işçilərindən 41 faiz aşağıdır. Ali və orta 
ixtisas  məktəblərində  də  vəziyyət  gərgindir.  Ali  məktəblərdə  professor-müəllim 
heyətinin orta aylıq əməkhaqqı sənaye işçilərinin əməkhaqqından 37,6% azdır. 
Ayrı-ayrı  peşələrdə  çalışanların  əməkhaqqı  ilə  müqayisədə  bu  göstərici  daha  da 
aşağıdır.  Belə  ki,  təhsil,  səhiyyə  və  sosial  xidmətlərdə  çalışanların  orta  aylıq 
əməkhaqqı  mədənçıxarmada  işləyənlərin  əməkhaqqının  20-24%-ni,  maliyyə 


  
işçilərinin  31-33%-ni,  neft  hasilatında  işləyənlərin  32,34%-ni,  hava  nəqliyyatı 
işçilərinin 15-17%-ni təşkil edir. 
Respublikada əhalinin həyat səviyyəsində həm bütövlükdə, həm də şəhər və 
kəndlərdə böyük  fərqlər əmələ  gəlmişdir. Eyni  zamanda, bu  sahədə  respublikanın 
zona və regionlarında da kəskin fərqlər vardır. 
Mühüm  və  kəskin  problemlərdən  biri  əhalinin  təminatıdır.  Respublika 
əhalisinin  66,6%-i  demək  olar  ki,  aztəminathdır.  Bu  qrupa  aid  olan  əhalinin 
istehlak büdcəsi yaşayış minimumundan 1,7-2,3 dəfə azdır. 
Son  illərdə  həm  minimum  əməkhaqqının,  həm  də  ayrı-ayrı  kateqoriyalarda 
əhalinin əməkhaqqının, pensiya və təminatların artmasına baxmayaraq qiymətlərin 
artması ilə əlaqədar bu sahədə sanbalh dəyişiklik olmamışdır. 
Beləliklə, respublikanın sosial sferasında müasir vəziyyətin təhlili göstərir ki, 
respublika  hökumətinin  təsərrüfat  və  qeyri-rəsmi  təşkilatların  qarşısında,  habelə 
bütün Azərbaycan xalqının qarşısında bilavasitə insanların gündəlik həyatı ilə bağlı 
olan  məsələlərinin  həllinə  yönəldilmiş  tədbirlər  görmək  kimi  böyük  bir  problem 
durur. Bazar münasibətlərinə keçidlə əlaqədar sahibkarlıq, müştərək müəssisələrin 
inkişafı,  inflyasiya  və  işsizliyin  aradan  qaldırılması,  bölgü  münasibətlərinin 
tənzimlənməsi,  xarici  əlaqələrin  gücləndirilməsi  və  s.  məsələlərin  tam  həlli  üçün 
dövlətmiqyash  tədbirlərin  həyata  keçirilməsi  vacibdir.  Bu  tədbirlərin  həyata 
keçirilməsi sosial problemlərin həllində də mühüm əhəmiyyət kəsb edəcəkdir. 
Əvvəllər  olduğu  kimi  yenə  də  sosial  inkişaf  və  əhalinin  həyat  səviyyəsinə 
görə respublikanın zonaları və rayonları, şəhər, qəsəbə və kəndləri kəskin fərqlənir. 
Bu məsələ xüsusi tədqiqat obyektidir və qısa da olsa onu şərh etməliyik. 
Hər  bir  ölkənin  milli  iqtisadiyyatı  sistemində  əhalinin  sosial  və  mənəvi 
tələbatının ödənilməsi prosesinə xidmət edən kompleks sahələr mövcuddur. Həmin 
sahələrin  fəaliyyəti  ilə  əlaqədar  insan  bir  tərəfdən  cəmiyyətin  istehsal  və  istehlak 
qüvvəsi kimi formalaşır, eyni zamanda, şəxsiyyət kimi yetişir. 
Azərbaycan  Respublikasında  sosial  sferası  sahələrinə  təhsil,  mədəniyyət  və 
incəsənət,  səhiyyə,  turizm,  istirahət,  bədən  tərbiyəsi  və  idman,  mənzil-kommunal 
təsərrüfat daxildir. Bu sahələrin hamısı dövlət tənzimləmə və strateji planlaşdırma 
obyektləridir,  onların  inkişafı,  sosial  siyasəti  müvafiq  istiqamətləri  ilə  müəyyən 
edilir. 
Azərbaycan  Respublikasının iqtisadiyyatının dəyişdirilməsi  istiqamətində  aparılan 
islahatlar sosial sferada da köklü dəyişikliklərin aparılmasını təbb etdi. Bu sahədə 
strateji  məqsədlər,  taktiki  vəzifələr  və  tədbirlər  sistemi  qəbul  olunmuş  müvafiq 
qanunlarda, fərmanlarda, sərəncamlarda və qərarlarda öz əksini tapmışdır. 
Sosial sfera sahəsində sosial siyasətdə nəzərdə tutuhnuş məqsədlər və həmin 
məqsədlərə  nail  olmaq  üçün  görüləcək  tədbirlər  müxtəlif  sənədlərdə,  o  cümlədən 
respublika,  regional  və  yerli  büdcələrdə  məqsədli  kompleks  proqramlarda  və 
proqnozlarda öz əksini tapır. 
Azərbaycan 
Respublikasında  təhsil  sisteminin  inkişafının  strateji 
planlaşdırılması bu sahə üzrə başlıca məqsədin, Azərbaycan vətəndaşlarının təhsilə 
tələbatının  ödənilməsi,  şəxsiyyətin  və  insanın  yaradıcılıq  qabiliyyətinin  harmonik 
inkişafını, ölkənin intellektual və mədəni potensialının artmasını təmin etməkdir. 
Plan  hesablamaları  Azərbaycan  təhsil  sisteminin  bütün  struktur  sistemləri 
üzrə aparılır: məktəbəqədər, ibtidai, doqquziUik, ümumtəhsil orta, peşə təhsili, ali 
təhsildən  sonrakı  və  əlavə  təhsil  növləri  (magistratura,  aspirantura,  doktorantura, 


  
dissertant  və  s.)  üzrə  hesablamalarda  aşağıdakı  məqsədli  göstəricilərdən  istifadə 
edi
li
r: 
-  bütün  tiplərdə  təhsil  idarələrinin  miqdarı,  siniflərə,  kurslara,  ixtsaslara 
bölünməklə təhsil alan şagirdlərin (tələbələrin) sayı, bu təhsil ocaqlarına qəbul və 
onların buraxılışı funksional təyinatına müvafiq olaraq təhsil müəssisələrində I və 
II  növbələrdə  təhsil  alan  şagirdlərin  və  tələbələrin  sayı,  məktəblərin 
yataqxanalarında yaşayan şagird və tələbələrin miqdarı və s. 
Ali  və  orta  ixtisas  təhsili  və  ali  təhsildən  sonrakı  və  əlavə  təhsil  növlərinin 
inkişafı region və yerli özünüidarə səlahiyyətlərindən kənarda olduğuna görə həm 
də  "Strateji  planlaşdırma",  "Sosial  sfera
n
ı

iqtisadiyyatı  və  planlaşdırılması" 
fənlərində  daha  ətraflı  izah  edildiyinə  görə  onların  strateji  planlaşdırılması 
məsələlərini 
açıqlanmağı 
qarşımıza 
məqsəd 
qoymadıq. 
Bu, 
eynilə 
mədəniyyət,incəsənət, istirahət, bədən tərbiyəsi və idman sahələrinə də aiddir. 
 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin