Şərtləşdirilmiş kütlə əvvəldən planlaşdırılmış və müəyyən struktura malik insanlar toplusudur. Bu hal kütlə
üzvlərinin davranışının əvvəlcədən müəyyən edilmiş sosial normaların təsiri altında olması ilə şərtlənir. Məsələn,
tamaşaya toplanmış kütlə teatrda, stadionda, iclasda və s. özünü müxtəlif şəkildə aparır. Bütün bunlar
şərtləndirilmiş kütlə növləridir.
Ekspressiv kütlə. Bu, sosial kvaziqrupdur. Adətən burada kütlənin üzvlərinin şəxsi təminatı və insanların
fəallığı məqsəd və nəticəni bildirir. Məsələn, rəqslər, dini mərasimlər və s.