1. Daxili diaspora (öz respublikalarından kənarda yaşayanlar).
2. Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar).
3. Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar).
4. Milli - ərazi qurumları olmayan diasporalar (kürdlər, qaraçılar və s.).
Bu və ya digər sosial-etnik birliyin tərkibində olan etnoqrafık qruplar özünəməxsusluğu ilə seçilir. Onlar
əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər.
Milli azlıqlar bir qayda olaraq miqrasiya (könüllü və ya məcburi), həm də bütöv xalqın deportasiyası
nəticəsində əmələ gəlir. Bu, Rusiyada yunanların, inquşların, Dağıstanda
[153 - 154]
yaşayanların və başqa
xalqların başına gəlmişdir. Qeyd etməliyik ki, məhz buradan da, milli azlıqlar problemi, onların yaşadıqları mövcud
dövlət quruluşunda hüquq və azadlıqlarının reallaşması ilə bağlı problemlər yaranır. Onları elmi əsaslarla
demokratik prinsiplərə və sivil qaydalara arxalanmaqla həll etmək lazımdır.
İnsan birliklərinin sosial və etnik xüsusiyyətlərinin üzvi vəhdəti, onların rəngarəngliyi və qarşılıqlı əlaqəsi
onlar arasındakı münasibətləri ayrı - ayrı ictimai - iqtisadi formasiyalarda və müxtəlif dövlətlərdə millətlər, xalqlar
arasındakı iqtisadi, ərazi, hüquqi, mədəni və dil, eləcə də digər münasibətləri müəyyən etməyə imkan verir.
Sosial-etnik birliklər arasındakı münasibətlərin bu cür izahı (ədəbiyyatda bu çox vaxt milli məsələ
adlandırılır), həm də onların özünəməxsusluğunu şərtləndirir. Yəni, əvvəla, birliklər arasındakı qarşılıqlı
münasibətlər hər şeydən əvvəl ictimai münasibətlərin iqtisadi, siyasi, sosial və mənəvi istiqamətləri vasitəsilə
təzahür edir. İkinci xüsusiyyət sosial-etnik birliklər arasındakı münasibətlərdə iki tərəfın mövcudluğunda üzə çıxır:
daxili (ərazi - dövlət qurumları çərçivəsində münasibətlər) və xarici (müxtəlif ərazi - dövlət qurumları sistemində
münasibətlər).
Sonuncu amil keçmiş SSRİ-də mühüm yer tuturdu, çünki onun tərkibində 200-ə qədər millət, xalq və etnik
qrup yaşayırdı. Bu həm də postsovet respublikaları, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Burada bir neçə
sosial-etnik qrupun nümayəndələri yaşayır. Məsələ təkcə müxtəlif birliklərin sayının çox olmasında deyildir, həm
də bundadır ki, 90-cı illərin əvvəlində SSRİ-nin dağılması nəticəsində yerli xalqların müəyyən hissəsi öz tarixi
vətənlərindən kənarda qaldı. Bəzi respublikalarda millətçi - separatçı qüvvələrin səyləri nəticəsində yaranmış
problemlər (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və s.) daha da mürəkkəbləşmişdir.
[154 - 155]