Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin, məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir. Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır. [152 - 153]
Millətlərin xalqları tarixi əvəzləməsi o demək deyildir ki, ikincilər yer
üzündən silinmişdir. Xalq tarixən insanların tayfa birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun
meydana gəlməsinin başlanğıcı quldarlıq quruluşunun dağılması dövrünə təsadüf edir. Əgər tayfa birliklərinin
səciyyəvi cəhəti onların qan qohumluğuna əsaslanan əlaqələri idisə, xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir.
Xalq anlayışı sözün əsl mənasında feodalizm cəmiyyətinin məhsuludur. Lakin xalqlar sonrakı cəmiyyətlərdə də
mövcuddur. Çünki onlar bir sıra səbəblərdən (azsaylı olma, inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin
milli dövlət qurumunu yarada bilməmələri və s.) millət kimi formalaşa bilməmişlər.
Müasir elmi ədəbiyyatda sosial-etnik münasibətləri səciyyələndirərkən həmçinin «milli azlıq», «yerli» və
«gəlmə» kimi anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz millətinin ərazisindən kənarda yaşayan milli
(sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s.
Bu qrupların öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları həmçinin diaspora da
adlandırırlar):