F. Q. Vahidov, T. B. Ağayev


Sosial mobilliyin inkişaf kanalları



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə65/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   131
sosiologiya

3. Sosial mobilliyin inkişaf kanalları 
 
Sosial mobillik həm fərdin özündən, həm də yaşadığı  cəmiyyətin strukturundan asılıdır. Nəzərə almaq 
lazımdır ki, yüksək statuslu vəziyyətə keçmək üçün mübarizəyə hazır olmayan fərdə açıq sinifli cəmiyyət çox az 
kömək edir. Bəzi cəmiyyətlərdə  gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan 
yarana bilir. Lakin elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha 
çox yol əldə edə bilərlər. Yüksək vəziyyətin yolları etnik və ya sosial-sinfı fərqlə, fərdin öz şəxsi xüsusiyyətləri ilə, 
bacarığını tətbiq edə bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, 
[144 - 145] 
yeni, daha 
yüksək sosial vəziyyətə malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı  əlaqələri qurmaq 
prosesində çətin problemlər yaranır. Mədəniyyət və əlaqə maneələrinin aradan qaldırılması üçün lazım olan üsulları 
fərdlər sosial mobillik prosesində həyata keçirirlər. 
Yeni sosial vəziyyətə çatmış  fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə 
bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq 
məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, 
televizor və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli 
vasitələrdən biri olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində  həmin vasitə öz 
əhəmiyyətini itirir. 
Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfı təbəqəyə daxil olması mütləq 
həmin təbəqənin davranışını özündə  əks etdirməlidir. Məsələn,  əməliyyat müvəkkili bölmə  rəisi keçdikdə yeni 
şəraitə uyğun dəyişməlidir və s. 
Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə 
sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan 
fərdin  şəxsi bacarığını göstərməsi üçün yaxşı imkanlar yaradır.  İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz 
irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin 
mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial 
maneələri dəf etməkdə böyük imkan verir və onların elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda 
yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə 
bilməyəcəkdir. Çünki belə olan halda yuxarı mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» 
[145 - 146] 
hesab 
etməyəcəklər. 
İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması  əhəmiyyətlidir, lazımdır və 
mədəniyyətin ayrılmaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı insanlarına sosial həyatda 
daha fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə 
əhəmiyyətli və münasibdir. 
Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydaların 
yerinə yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda 
yüksək ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə  cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» 
keçinə bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəruridir. Lakin açıq sistemin 
mobilliyi ona daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər. 


60 
 
Açıq stratifıkasiya sisteminə malik cəmiyyətlərdə sosial mobilliyin qərarlaşmış kanalları mövcuddur. 
Məsələn, hamı bilir ki, ali təhsil almaq nisbətən sadə  və kifayət qədər etibarlı kanaldır. Savadsız ailədən çıxmış 
adam bu kanalla irəliləyərək öz statusunu yüksəldə bilər və ixtisaslı, nüfuzlu əməklə məşğul olmaq imkanı qazana 
bilər. Hər bir hərbçi bilir ki, mərkəzdən uzaqda yerləşən və təhlükəli olan yerlərdə qulluq etmək mobillik kanalıdır, 
çünki bu, yüksək rütbələrə tez çatmaq imkanı verir. 
Digər mobillik kanalı ruhani karyerası ola bilərdi: böyük fılosof, kardinal Nikolay Kuzanski kasıb balıqçı 
ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı. 
Dominantlıq edən sinfə mənsub olmaq üçün ailə kapitalına malik olmaq çox vacibdir. O müxtəlif formada 
ola bilər: iri maliyyə və sənaye müəssisələri, iqtisadi, siyasi, sosial və ailə münasibətlərinin şəbəkəsi, mədəniyyət 
vasitələrinə müyəssərlik və i.a. Əksər hallarda dominantlıq edən sinfin üzvləri öz aralarında nikah bağlayırlar, eyni 
məktəblərdə  və ya 
[146 -147]
 nüfuzlu universitetlərdə oxuyurlar, ayrı-ayrı müəssisələrdə eyni inzibati şuralara 
daxil olurlar və s. Məhz bu üç əsas element, yəni böyük iqtisadi vərəsəlik, geniş münasibətlər dairəsi və ailə 
tərəfındən əhəmiyyətli dəstək siyasi və iqtisadi hakimiyyətin hakim siniflərin əlində olmasını təmin edir. Məsələn, 
D. Berto Fransada maliyyə oliqarxiyasının mövcud olmasını qeyd edir. Bu məhdud sayda ailələr fantastik varidata 
malikdirlər və onları idarə edirlər. Onlar fransız cəmiyyətində misli görünməmiş dərəcədə hakimiyyət sahibidirlər. 
Bu insanlar bir-birinə pulla və qohumluqla bağlıdırlar. Onlar iqtisadiyyatın başında durmaqla yanaşı, həm də 
hakimiyyəti öz əllərində saxlayırlar. Bank işi və oliqarxiyanın tarixi üzrə mütəxəssislər göstərirlər ki, axırıncı 170 il 
ərzində Fransada maliyyə resursları  və deməli, real siyasi hakimiyyət XVIII əsrin sonunda Napoleon Bonapartın 
hakimiyyətə gəlməsi anından etibarən eyni ailələrin əlində cəmləşmişdir. Hakim sinfin daxilində olmaq üçün yaxşı 
olar ki, orada doğulasan və ya bu sinfə mənsub olan insanla nikah bağlayasan. 
Beləliklə, sosial iyerarxiyanın yüksək sferalarına giriş asan olmayan bir işdir. Sosial mobilliyə konyuktura 
(böhran və ya iqtisadi artım şəraiti), eləcə də cəmiyyətin strukturu böyük təsir göstərir. Bunu ondan görmək olar ki, 
mobillik barədə suallara cavab çox vaxt sosial təşkilatlanmanın təhlilindən tapılır. Hindistanda olduğu kimi, 
ənənəvi cəmiyyətlərdə bu və ya digər sinfə mənsubluq əsas fakt kimi qəbul edilir. Bu halda söhbət, çox ehtimal ki, 
silkdən gedir: silk daxilində doğulur, nikah bağlayır və ölürlər. Silkə əsaslanan cəmiyyətlərdə sosial siniflər digər 
siniflərdən olan insanlar üçün tam qapalıdır. Bu qapalı sosial strukturlarda fərdlərin hansı yaxşı  cəhətlərə malik 
olmalarından asılı olmayaraq, onlarda sosial mobillik mümkünsüzdür. 
Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə siniflər daha açıqdır. Sosial nərdivan üzrə qalxmaq və enmək 
mümkündür; bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Mobilliyi bir adamın həyatı 
çərçivəsində də nəzərdən keçirmək 
[147 - 148]
 olar. Əgər günəmuzd işləyən insan informatika sahəsində mütəxəssisə 
çevrilibsə, bu, intragenerasiya mobilliyidir (yəni bir nəslin hüdudlarındakı mobillikdir). Lakin mobilliyə başqa cür 
də baxmaq olar. Məsələn, atası xarrat olan müəllimi götürək. Burada intergenerasiya mobilliyi göz qabağındadır 
(yəni, iki nəsli bir-birinə bağlayan mobillik). Bəs belə hesab edə bilərikmi ki, biz elə açıq cəmiyyətdə yaşayırıq ki, 
bütün sosial trayektoriyalar mümkündür? Bizim valideynlərimizin sosial statusu bizim sosial piramidanın zirvə-
sinə çata bilmək imkanımıza necə təsir edir? 
Bu suallara cavab vermək üçün iqtisadi, siyasi və sosial konyukturanı  nəzərə almaq lazımdır: müəyyən 
etmək lazımdır ki, o, nəsildən-nəslə  dəyişərək mobillik üçün daha artıq və ya daha qapalı struktura gətirib 
çıxarırmı? Qeyd etmək olar ki, xalqın içərisindən çıxan bəzi fərdlər sosial piramidanın zirvəsinə çatmağa müvəffəq 
olurlar. Deməli, iradə, enerji, istedad, ailə mühiti, uğur kimi fərdi amillər öz rolunu oynayır. Lakin bu amillər elə 
şərait və sosial strukturda fəaliyyətə başlayır ki, burada aşağı siniflərdən olan fərdlər bu keyfiyyətləri cəmiyyətin 
üstünlük verdiyi təbəqələrindən olan fərdlərdən daha artıq dərəcədə göstərməlidirlər. Çünki onlar lap əvvəlcədən 
iqtisadi, mədəni və sosial kapital cəhətdən daha az üstünlüyə malikdirlər. 
Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanın sosial vəziyyətinin yüksəlməsinə daha çox imkan 
verir, lakin sosial mobilliyin deqradasiyası qorxusunu da yaradır. Belə ki, fərd öz aşağı vəziyyətinə görə cəmiyyəti 
məzəmmət edə bilmir, amma aşağı  vəziyyətin bütün məsuliyyətini özü daşıyır. Fərd öz vəziyyətinin yüksəlməsi 
üçün çalışsa da onun aşağı vəziyyətinin saxlanmasına heç bir təminat yoxdur. Nə üçün başqaları yuxarı vəziyyətdə 
ola bilərlər, o isə yox? Bir çox Avropa və Amerika ölkələrində sosial vəziyyətindən narahat olan ənənəvi olaraq ən 
çox orta sinifdir. 
Nisbətən açıq tipli sosial cəmiyyətdə  təbəqələr arasında bəzi adamlar sosial mobillikdə çox böyük sürət 
götürərək, 
[148 - 149]
 yaxşı mənsəb sahibi olurlar, digərləri isə mənəvi cəhət-dən pozğunlaşaraq içkiyə, narkotik 
maddələrin qəbuluna aludə olurlar. Bəzi fərdlər öz vəziyyətlərini saxlamaq məqsədilə sosial mobilliyin şaquli 
istiqaməti üzrə bir sıra maneələr fıkirləşirlər. Məsələn, həmkarlar ittifaqı, sahibkarlar ittifaqı, aktyorlar cəmiyyəti, 
hüquqşünaslar cəmiyyəti və s. həmin maneələrdəndir. Bəzi fərdlər öz elmi adları, dərəcələri ilə, aktyorlar, 
müəllimlər, hərbçilər onlara verilən adlarla özlərini müdafiə edirlər. 
Şaquli sosial mobillikdə irəliləmə  təkcə güzəranın yaxşılaşmasa və imtiyazlar yox, həmçinin yeni 
məhdudiyyətlər, məsuliyyət yaradır. Yeni vəzifənin yaradacağı əlavə gərginliyə və məsuliyyətə görə bəzi adamlar 
onlara təklif olunan yüksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda  əsəbilik və stresslər 


61 
 
istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu 
əmələ gətirə bilər. 
Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial 
vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil 
olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə 
söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir;  ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən 
yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa 
düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır. 
Mobillimin deqradasiyası  fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın 
qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s. 
[149 a 150]
 


62 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin