IX FƏSİL
SOSİAL İNSTİTUTLAR
1. «Sosial institut» anlayışı
Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca - institutum)
təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim
edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi
kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onların köməyi
ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub
saxlayır.
1
Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən
qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları,
tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər
simvollar sistemi daxildir.
Sosial institut dedikdə, insanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük
başa düşülür. O, cəmiyyətin əsas tələbatlarının ödənilməsində dəyərli ictimai sərvət və prosedurları özündə
birləşdirən əlaqə və sosial normaların təşkil olunmuş sistemi kimi çıxış edir. İstənilən sosial institut bu və ya digər
sosial tələbatın nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda
[169 - 170]
həmin institutun
varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin ətalətlilik prinsipi üzrə bir
müddət fəaliyyət göstərsələr də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar.
İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin
timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri
aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu şərəf institutu zadəganın öz şərəfini qorumaq və həmin ictimai
təbəqənin nümayəndələri arasında münasibətlərin nizamlanması tələbatından yaranmışdı. Tədricən prosedur və
normalar sistemi inkişaf edir, özbaşına yaranan dava-dalaşlar ixtisaslaşdırılmış rolları olan (əsas göstəriş verən,
sekundantlar, təbiblər, xidmət göstərən personal) yüksək dərəcədə formalaşmış döyüşlərə və yarışlara çevrilirdilər.
Bu institut əsasən cəmiyyətin yüksək təbəqəsində qəbul edilmiş zadəgan şərəfı ideologiyasını əsas tuturdu. Duel
institutu şərəf kodeksinin müdafiəsi üçün kifayət qədər ciddi qaydalar nəzərdə tuturdu: duelə çağırış alırmış
zadəgan ya duelə gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist
münasibətləri inkişaf etdikcə cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan şərəfinin əldə silahla müdafiəsi
lazımsız oldu. Nəticədə bu institut öz mövcudluğunu itirdi.
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, ictimai həyatda qarşıya çıxan müvafıq təlabatların
öyrənilməsində və ödənilməsində sosial institutların mühüm əhəmiyyəti vardır. Sosioloqlar göstərirlər ki, hər bir
cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:
1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.
2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.
3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutları. Bunlar
həyata
[170 - 171]
yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə
ötürülməsi üçün cavabdehdirlər.
4. Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar
istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə, həmçinin onların yerinə
yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formaları kimi çıxış edir.
Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir.
Cədvəldən göründüyü kimi, hər bir sosial institutun özünəməxsus spesifik xüsusiyyətləri, həmçinin başqa
institutlarla ümumi olan əlamətləri vardır. Hər bir sosial institut öz funksiyalarının yerinə yetirilməsində mövcud
imkanları nəzərə almalı, davranış standartını formalaşdırmalı, əsas prinsiplərə sadiq qalmalı, digər institutlarla
əlaqələrini genişləndirməlidir.
Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə,
məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq
ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.
1
Радклиф-Браун А. H. Структура и функция в примитивном обществе. Очерки и лекции. М., 2001, c.231-232
.
70
Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə
institutu üçün nişan üzüyü, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir. Sənaye
müəssisəsinin təsvirini yığcam şəkildə onun adından və ya ticarət markasından əldə etmək olar. Musiqi də simvolik
ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnıları, toy marşı müvafiq institutun təsvirinin
formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər. Çünki vətəni, məscid,
[171 - 172]
[172 - 173]: [173 - 174]
71
mədrəsə tikilisi olmadan islam dinini, məktəbsiz təhsili, prezident iqamətgahı (hökumət evi) olmadan dövləti
təsəvvür etmək çətindir. Beləliklə, sosial institutun mədəni simvolik əlamətləri həmin institutun əsas səciyyəvi
cəhətlərini daha yığcam şəkildə əks etdirən və onun tam təsvirini yaradan istənilən maddi və qeyri-maddi
mədəniyyət elementləri ola bilər.
Dostları ilə paylaş: |