F. Q. Vahidov, T. B. Ağayev


Sosial təşkilatların əsas elementləri



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə81/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   131
sosiologiya

2. Sosial təşkilatların əsas elementləri 
 
Sosial təşkilatlar dəyişkən və  mürəkkəb daxili struktura malikdir. Bu strukturun təhlilinə  aşağıdakı 
modeldən başlamaq olar: 
[183 - 184]
 
                                                 
1
 Bax: С. С. Фролов. Социология. M., 2002. c. 196. 


75 
 
 
Göründüyü kimi, sosial struktur istənilən təşkilatın mərkəzi elementidir. O, təşkilatın iştirakçıları arasındakı 
qarşılıqlı münasibətlərin tənzimləyicisi kimi çıxış edir. Bu məsələ ilə bağlı  ədəbiyyatda müxtəlif baxışlar 
mövcuddur. Onlardan K. Devisin mövqeyi daha orijinaldır. O, hesab edir ki, insan cəmiyyətində ikiqat reallıq 
adlana bilən bir sistem mövcuddur: bir tərəfdən sual yaradan normativ sistem, digər tərəfdən isə sual yaradan 
faktiki qaydalar. Hər bir fərd çoxsaylı qaydalar, qadağalar və icazələrlə  əhatə olunmuşdur. Onlar ictimai həyatı 
nizamlamaq üçün zəruridir. Lakin həmişə qaydalar üzrə yaşamaq sadəcə olaraq mümkün deyildir. Bizim həyatımız 
müəyyən qədər qaydalardan kənara çıxmağa istiqamətlənir. 
Təşkilatın strukturunda mühüm ünsürlərdən biri də  məqsədlərdir. Belə ki, təşkilatlar müəyyən məqsədləri 
həyata keçirmək üçün yaradılır; onların fəaliyyəti də hər şeydən əvvəl, öz məqsədlərinə nail olub-olmamasına görə 
qiymətləndirilir. Bununla yanaşı, məqsədlər təşkilatın  əsl məramının anlaşılmasında mühüm amillərdən biridir. 
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, məqsədlər təşkilati davranışın təhlilində xüsusilə  zəruridir, başqaları isə 
əksinə, onların əhəmiyyətini kiçiltməyə çalışrrlar. 
[184 - 185]
 
Ümumilikdə götürdükdə  təşkilatın məqsədlərini yüksək qiymətləndirən mövqe daha geniş yayılmışdır. 
Məqsəd təşkilatın  əldə etməyə çalışdığı  əsas nəticə hesab olunur. Fərdlərin birgə  fəaliyyəti onlarda müxtəlif 
səviyyəli və  məzmunlu məqsədlər yaradır. Təşkilati məqsədlərin qarşılıqlı surətdə  əlaqəli olan üç növü vardır: 
məqsəd-vəzifə, məqsəd-istiqamət və  məqsəd-sistem. Birinci daha yüksək səviyyəli təşkilat tərəfindən verilən və 
təşkilatın təyinatını  əks etdirən proqramlar, planlar və tapşırıqlardır. Bu məqsədlər prioritet əhəmiyyət kəsb edir. 
Onların əldə olunması səviyyəsi təşkilatın fəaliyyətinin uğurluluğunun əsas meyarı kimi qiymətləndirilir. Məsələn, 
məktəbdə  dərs demək, xəstələrin xəstəxanaya qəbulu və müalicəsi müvafiq təşkilatlar mövcudluğunun mənasını 
müəyyən edən məqsəd-vəzifələrdir. Məqsəd-istiqamətlər iştirakçıların ehtiyac və maraqlarının ödənilməsi ilə bağlı 
olan, eləcə də təşkilat tərəfindən reallaşdırılan xüsusi məqsədlərdir. Buraya kollektivin ümumi məqsədi ilə yanaşı, 
həm də təşkilatın hər bir üzvünün konkret məqsədi daxil olur. Nəhayət, məqsəd-sistemlər təşkilatın bütövlüyünün
sabit fəaliyyətinin, inteqrativ keyfıyyətlərinin təmin edilməsi zərurətindən irəli gələn məqsədlərdir. Sistem kimi 
götürülən təşkilatın məqsədləri məqsəd-vəzifə və məqsəd -istiqamətlərlə üzvi şəkildə qarşılıqlı əlaqədədir. 
Sosial təşkilatın üzvləri və ya iştirakçılar hər bir təşkilatın mühüm tərkib hissələridir. Onlar təşkilatın sosial 
strukturunda müəyyən mövqe tutur və müvafıq sosial rol yerinə yetirirlər. Bunun üçün zəruri keyfiyyət və vərdişlər 
toplusuna malik olurlar. Bu fərdlərin potensialının birləşdirilməsi nəticəsində yüksək nailiyyətlər  əldə etmək 
mümkündür. 
Qeyd olunmalıdır ki, hər bir təşkilat müəyyən mənada süni xarakter daşıyrr, yəni o insanlar tərəfindən 
yaradılır. Buna görə də onun strukturunu və texnologiyasını daim təkmilləşdirməyə ehtiyac vardır. Bu, qeyri-formal 
səviyyədə  və ya özünüidarə  səviyyəsində  təşkilat üzvlərinin hərəkətlərinə effektiv nəzarəti çətinləşdirir. Odur ki, 
təşkilatın fəaliyyətinin 
[185 - 186]
 elmi surətdə idarə edilrnəsi ən ciddi və zəruri problemlərdən biridir. 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin