6. Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı,
gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular
cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını təbliğ etməklə təsirini
möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din
naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə
etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan
Azərbaycanda da ayrı-ayrı xeyriyyə təşkilatlarının bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd
edilməlidir.
Buradan aydındır ki, yalnız institutların bütün funksiyalarıni, o cümlədən latent funksiyalarını öyrənməklə
biz onların əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə
hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən
maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun
üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin
sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir.