2. Sosial nəzarətin strukturu
Sosial nəzarət insanların davranışını sosial cəhətdən tənzimləməyin və ictimai qayda yaratmağın xüsusi
mexanizmidir. Elmi ədəbiyyatı araşdırdıqda məlum olur ki, bu mexanizmin strukturu birmənalı izah edilmir.
Bəziləri sosial nəzarəti dinamik model kimi nəzərdən keçirir və onun aşağıdakı ünsürlərini qeyd edirlər:
- fərd;
- sosial birlik (qrup, sinif, cəmiyyət);
- fərdi (nəzarət olunan) fəaliyyət;
[201 - 202]
- sosial (nəzarətedici) fəaliyyət.
Zənnimizcə, bu struktura müəyyən dərəcədə haqq qazandırmaq olar. Çünki sosial nəzarət əslində fərdin,
sosial qrupun və onların rəngarəng fəaliyyətinin zəminində bütöv, dinamik sistem kimi çıxış edə bilir. Lakin sosial
nəzarətin belə başa düşülməsində müəyyən natamamlıq hiss olunur. Belə ki, əvvala, həm fərd, həm də sosial qrup
sosial nəzarətin subyekti ola bilər. İkincisi, həm fərdi fəaliyyət, həm də sosial fəaliyyət nəzarət olunan və
nəzarətedici xarakter kəsb edə bilər. Başqa sözlə, fərdi fəaliyyət heç də həmişə nəzarət olunan fəaliyyət, sosial
fəaliyyət isə heç də həmişə nəzarətedici fəaliyyət deyildir. Konkret situasiyalarda vəziyyət dəyişə, başqalaşa bilər.
Görünür müəlliflər təklif olunan strukturun natamamlığını hiss edərək, iki məqamın nəzərə alınmasını vacib
sayırlar:
Birincisi, fərdi fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti məsələsidir. Müəlliflərin fıkrincə, fərdi
fəaliyyətlə sosial fəaliyyətin qarşılıqlı münasibəti nəzarətolunan və nəzarətedici fəaliyyət kimi başa düşülsə də,
qarşılıqlı təsir prosesinin xüsusiyyəti nəzərə alınmalıdır. Başqa sözlə, həmin münasibət müqabil əlaqəsi olmayan
biristiqamətli nəzarət kimi başa düşülməməlidir. Sosial nəzarətedici fəaliyyət aktı fərdi nəzarətolunan davranışa
reaksiya kimi sosial nəzarət sisteminə qoşularaq, öz növbəsində sosial stimul funksiyasını yerinə yetirir (bu pozitiv
və ya neqativ ola bilər), fərdi fəaliyyətin sonrakı aktlarının xarakterini irəlicədən müəyyən edə bilər. Nəticədə fərdi
fəaliyyət aktları sosial fəaliyyətə reaksiya kimi çıxış edir.
İkincisi, sosial nəzarət sistemi ünsürlərinin qarşılıqlı təsirinin sosial-psixoloji xarakterli bir sıra mühüm
xarakteristikalardan asılı olmasıdır. Həmin xarakteristikalar sırasına ilk növbədə sosial persepsiya, qavrayış
ustanovkası aid edilir. Eyni bir sosial reallığı fərd (fərdi persepsiya) və sosial qrup (qrup persepsiyası) məhz həmin
prizmadan qavrayır. Situasiyanın qiymətləndirilməsi və qavramanın xarakteri
[202 - 203]
əsasında fərdin və
müvafiq sosial qrupun özünüqiymətləndirməsi formalaşır.
Elmi ədəbiyyatda sosial nəzarətin strukturunun 3 başlıca ünsürdən ibarət olması fıkri geniş yayılmışdır:
1. hakimiyyət;
82
2. normalar;
3. sanksiyalar.
1
Zənnimizcə, bu nöqteyi-nəzər mahiyyəti daha dəqiq əks etdirir.
Əvvəlcə qeyd edək ki, sosial nəzarət və hakimiyyət bir-biri ilə sıx bağlı olan anlayışlardır. Bu anlayışlardan
hansının daha geniş, hansının daha məhdud olmasını demək cətindir. Bəzi müəlliflər belə hesab edirlər ki
hakimiyyət daha geniş anlayışdır; o, nəzarəti özünün bir funksiyası kimi ehtiva edir. Bu fikir o halda doğrudur ki,
söhbət təşkilatdan gedir. Lakin söhbət cəmiyyətdən getdikdə vəziyyət dəyişir: sosial nəzarət anlayışı daha geniş
məzmun kəsb edir, hakimiyyət isə nəzarəti həyata keçirmək vasitəsi kimi çıxış edir. Çünki hökumət, parlament,
kütləvi informasiya vasitələri, sıravi vətəndaşlar və s. sosial nəzarətin həyata keçirilməsində özünəməxsus yer
tuturlar. Hakimiyyət sayəsində normalar yaratmaq (məsələn, hüquqi qanunlar və ya davranış qaydaları), habelə
onların yerinə yetirilməsi üzərində nəzarət qoymaq, səmərəli sanksiyalar sistemi tətbiq etmək mümkün olur.
Hakimiyyət əslində əhatəedici anlayış kimi təzahür edir, sosial nəzarətin digər iki çox mühüm ünsürünü-normaları
və sanksiyaları sıx birləşdirə bilir.
Diqqət yetirsək, aydın müşahidə etmək olar ki, əslində cəmiyyətin hər bir üzvü öz üzərinə müəyyən
hakimiyyət funksiyaları götürür. Məsələn, yaşlı adam zibili küçəyə atan bir cavana irad tutursa, o, bir növ
hakimiyyət funksiyası təzahür etdirir. Lakin polis, məhkəmə, parlament, hökumət, ordu daha böyük hakimiyyətə
malikdir. Bu halda hakimiyyət funksiyaları başqasını düz yola dəvət edən yaşlı
[203 - 204]
adamın hərəkəti ilə
müqayisədə daha təsirli, daha realdır. Çünki onların nəinki əmrlər, göstərişlər vermək (sosial normalar yaratmaq)
səlahiyyətləri vardır, həm də həmin əmrlərin, göstərişlərin (sosial normaların) icrası üzərində səmərəli nəzarət
imkanları mövcuddur.
İstənilən cəmiyyətdə yuxarıların və aşağıların hakimiyyət uğrunda mübarizəsi gedir. Aşağılar həmişə
çalışırlar ki, hakimiyyətə nəzarət etsinlər, onun hər addımını izləsinlər ki, mümkün sui-istifadələrin sayını
maksimum azaltsınlar. Azlığın hakimiyyəti isə əksinə, çalışır ki, əhatəedici nəzarətdən yayınsın, daha çox maneələr
yaratsın, bir növ keçilməz olsun. Bu mənada yuxarıların və aşağıların mənafeləri diametral əkslik təşkil edir. Elə
cəmiyyətlər var ki, onlar müxtəlif istiqamətli mənafeləri barışdıra bilir və elə mexanizmlər və ya institutlar
yaradıblar ki, onlar sosiumun münaqişələr, toqquşmalar, müharibələr nəticəsində dağılmasına imkan verməsinlər.
Bəzi cəmiyyətlər isə buna nail ola bilmirlər.
Etiraf etməliyik ki, biz «hakimiyyət» sözündən çox istifadə edirik, lakin onun mənasına lazımınca diqqət
yetirmirik. Bu anlayışın məzmunu ilə yaxından tanış olduqda görürük ki, o, heç də birmənalı izah edilmir.
Hakimiyyətdən bəhs etdikdə çox zaman siyasəti düşünürük. Əslində isə hakimiyyət adi həyatımızda da hər birimizə
aiddir. Əgər biz kiməsə tabe oluruqsa, bunu ona görə edirik ki, o, bizim üzərimizdə hakimiyyətə malikdir.
Valideynləri, müəllimləri, polis işçilərini, məşqçiləri və s. xatırlayaq. Onlar müqabil tərəfı vacib, zəruri hesab
etdiklərini yerinə yetirməyə məcbur edirlər. Təsadüfü deyildir ki, təsir, nüfuz və ya qüdrət haqqında mühakimələr
yürüdürkən çox zaman həmin anlayışlarla məhz hakimiyyəti ifadə edirik.
Görkəmli sosioloq M. Veber hakimiyyəti öz iradəsini digər adamların arzularına, istəklərinə rəğmən qəbul
etdirmək imkanı və ya qabiliyyəti kimi nəzərdən keçirirdi. Bu və ya digər hərəkəti o zaman hakimiyyətin təzahürü
adlandırmaq olar ki, həmin hərəkət insanı nə isə etməyə məcbur
[204 - 205]
edir, sövq edir, halbuki həmin insan öz
iradəsi ilə başqa cür hərəkət edərdi. P. Morris isə qeyd edir ki, hakimiyyət sadəcə olaraq kiməsə və ya nəyəsə təsir
göstərmək qabiliyyəti deyildir, kiminsə və ya nəyinsə dəyişilməsinə yönəlmiş fəaliyyətdir, prosesdir.
Araşdırmalar göstərir ki, hakimiyyətin təbiətinə dair müxtəlif konsepsiyalar, mövqelər bir-birindən fərqli
olsa da, onlardan birinin digərini inkar etməsi qənaətinə gəlmək olmaz. Çünki belə fərqlilik hakimiyyət
fenomeninin ayrı-ayrı aspektlərini əks etdirir. Müasir politoloji və sosioloji ədəbiyyatda hakimiyyətin minimum üç
aspekti ayırd edilir:
- Direktiv aspekt. Bu halda hakimiyyət əmrlərin, direktivlərin, sərəncamların yerinə yetirilməsini təmin edən
fenomen kimi başa düşülür. Məlum cəmiyyətin yüksək hakimiyyət instansiyasından bəhs edərkən məhz bu mənanı
əsas tuturlar. Hakimiyyətin direktiv aspekti adətən aparıcı hesab olunur.
- Funksional aspekt. Bu halda hakimiyyət ictimai idarəetmə funksiyasını reallaşdırmaq qabiliyyəti və
bacarığı kimi başa düşülür.
Kommunikativ aspekt. Bu aspekt nəzərdə tutur ki, hakimiyyət hər iki tərəf (idarə edən və idarə olunan) üçün
anlaşıqlı olan ünsiyyət və dil vasitəsilə reallaşır.
Yeri gəlmişkən qeyd edək ki, məhşur Amerika politoloqu və idarəetmə nəzəriyyəçisi, iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı Q. Saymon qeyd edirdi ki, kommunikasiyasız nə hakimiyyət, nə də təsir mövcud olmazdı.
Q. Saymon kommunikasiyanı təkcə nitq qarşılıqlı təsiri kimi yox, bu sözün geniş mənasında başa düşürdü.
Sosial nəzarətin ikinci struktur ünsürü normalardır. Normalar elə tələblərdir ki, onlar cəmiyyətdə özünü
düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir. Bu tələblər fərdə və qrupa istiqamətlənməklə nəyi isə
1
Кравченко А. И. , Тюрина И. О. , Социология управления. М., 2004, с. 320.
83
etməyə icazə verir, nəyi isə etməyi qadağan edir. Normalar cəmiyyətdə idarəetmə sistemində yüksək
qiymətləndirilir; onlar cəmiyyətin
[205 - 206]
sıx birləşməsində əvəzsiz rol oynayır, ictimai xaosun baş verməsinə
mane olur, sabitliyin güclənməsinə kömək edir. Elmi ədəbiyyatda belə bir fikir söylənilir ki, normalar hakimiyyətin
birinci silahıdır. Həmin normaların icrası üzərində nəzarət isə onun ikinci silahıdır. Bu qənaətlə bütövlükdə
razılaşmaq olar. Çünki məhz normalar dəyərlərimizin qoruyucusu, mühafizədir. Hətta davranışın ən sadə normaları
da qrup və bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilən cəhətləri özündə əks etdirir. İnsanın həyat
fəaliyyətinin müxtəlif sahələrini nəzərdən keçirdikdə aydın olur ki, onların hər birinin ümumi və spesifik normalar
sistemi mövcuddur.
Sosial normalar müvafiq davranış tələbləri, tapşırıqları və gözləmələridir. Sosial normaların meydana
gəlməsi və fəaliyyəti, cəmiyyətin sosial-siyasi təşkilində yeri ictimai münasibətlərin nizama salınmasına olan
obyektiv tələbatla müəyyən olunur.
Sosial normaların (bunları çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər
şeydən əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial
qarşılıqlı təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını tələb edir ki, onlar müvafiq ictimai
münasibətlərin iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun
sayəsində sosial normalar özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə
imkan yaradır ki, onlar ictimai münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz
davranışını müvafiq qaydada nizama salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun
davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə həmin davranışın qiymətləndirmə miqyasına çevrilir.
Sosial normalar bir sıra spesifik əlamətlərə malikdir:
- onlar rasional baxımdan dərk olunmuş və məntiqi cəhətdən formula edilmiş qaydalar şəklində ifadə oluna
bilər;
[206 - 207]
bu halda vasitələrə məqsədlərə, yaxın məqsədlər uzaq məqsədlərə və s. tabe edilir;
- sosial normaların əksəriyyəti üçün xarakterik cəhət onların çox zaman ictimai şüurda göstərilən
elementlərə (məqsədlər, vasitələr) ayrılmasıdır. Başqa sözlə, onlar bütöv nümunələr, stereotiplər (davranış
standartları) kimi mövcud olur, məhz bu cür qavranılır, davranışda təkrar istehsal edilir;
- sosial normaların məzmunu fərdlərin və sosial qrupların real davranışından hasil edilir;
- həmin normaların fəaliyyi çox zaman kortəbii təzahür edərək, insanların şüurunda heç də həmişə dolğun
əksini tapa bilmir;
-sosial normalar insanların davranışını nizama salır, ictimai münasibətlərin ən rəngarəng növlərini
tənzimləyir. Bunlar müəyyən normalar iearxiyası kimi təşəkkül tapır, sosial əhəmiyyət baxımından fərqlənir və
spesifik xüsusiyyətlər kəsb edirlər;
- sosial normalar fəal qarşılıqlı təsirə malik olan fenomendir. Məsələn, siyasi normalar ideoloji sərvətlər
sistemi ilə birbaşa bağlıdır, iqtisadi xarakterli normalara təsir göstərir; iqtisadi xarakterli normalar texniki
normalara təsirsiz qalmır və s. Ailə münasibətləri və əxlaq sahəsinə aid olan normalar əslində sosial cəhətdən
əhəmiyyətli davranış aktlarının bütün məcmusunu əhatə edir. Hüquqi normalar qeyd edilən normaların ən
mühümlərini birləşdirir və əlaqələndirir.
İnsanların qarşılıqlı ictimai təsirləri prosesi sosial normaların işlənib hazırlanması üçün başlıca zəmindir.
Təkrar olunan, sabit qarşılıqlı təsirlər müəyyən nizam, qayda yaradılmasını tələb edir, başqa sözlə, ictimai
tələbatlarla şərtlənən sosial qarşılıqlı təsirlər müvafiq standartlar işləyib hazırlamağı zərurətə çevirir.
Aydın məsələdir ki, sosial qarşılıqlı təsirlər birbirindən təcrid olunmuş fərdlər arasında deyil, sosial
qruplarda, təbəqələrdə birləşmiş insanlar arasında həyata keçirilir. Sabit sosial təşəkküllərin yaranmasının özü
qarşılıqlı təsirlərin ayrı-ayrı
[207 - 208]
kateqoriyalarının nizama salınması sayəsində, yəni insan birgəyaşayışını
istənilən formaları üçün zəruri olan əsas tələbləri əks etdirən sosial normaların meydana gəlməsi sayəsində
mümkün olur.
Sosial normaların institusional xarakteri onlara sosial mənada son dərəcə mühüm xüsusiyyət bəxş edir: onlar
nisbi sabitliyə, daimilik xüsusiyyətinə malik olur; əgər onlar hüquqda təsbit edilmişdirsə, ən ümumi xarakter
daşıyır. Lakin məhz bu xüsusiyyət onları mobillikdə, yeniləşən sosial-iqtisadi şəraiti nəzərə almaqla özbaşına
dəyişilmək imkanından məhrum edir. Dəyişən sosial şəraitlə fərqlilik artdıqca institusional sosial normaların
tənzimedici funksiyasının səmərəliliyi azalır. Başqa sözlə, reallıqdan ayrı düşmək müvafiq normaların sosial
səmərəliliyini sarsıdır. Bu şəraitdə ictimai münasibətlər sahəsində spontan olaraq, özbaşına yeni, qeyri-institusional
sosial normalar meydana gəlir. Onlar bir tərəfdən dəyişilmiş şəraiti adekvat əks etdirə bilər, digər tərəfdən isə
institusional nəzarətdən kənarda qalaraq, ümumi məcburilik xarakteri kəsb etmədiyindən legitimləşməyərək, hüquq
pozulmalarına və cinayətkarlığa yol aça bilər. Çox zaman müəyyən məhdud, lokal mənada adekvat olan həmin
normalar bütövlükdə iqtisadiyyat miqyasında disfunksiyalara gətirib çıxara bilər. İqtisadiyyat isə institusional
tənzimləməyə məhz ona görə möhtacdır ki, o, bütün cəmiyyət üçün qarşlıqlı surətdə əlaqəli vahid sistemdir.
Normaların belə institutlaşması iqtisadi inkişafın yeni, dəyilmiş obyektiv şəraitinə, hər şeydən əvvəl isə cəmiyyətin
məhsuldar qüvvələrinin yeni, qabaqcıl xarakteristikalarına adekvat olmalıdır.
84
Sosial nəzarətin strukturunun üçüncü ünsürü sanksiyalardır. Sanksiyalar insanların sosial normalara riayət
etməsini stimullaşdıran mükafatlandırma və cəzalandırma vasitəsidir.
Etiraf etməliyik ki, sanksiya sözünü işlədəndə adətən daha çox onun neqativ aspektinə diqqət yönəlir.
Halbuki yuxarıda qeyd etdiyimiz kimi, sanksiyalar təkcə cəzanı (neqativ
[208 - 209]
aspekti) yox, həm də
mükafatlandırmanı (pozitiv aspekti) nəzərdə tutur. Sanksiyalar sosial normaların qoruyucularıdır. Diqqət yetirsək,
görərik ki, normalar həm dəyərlər, həm də sanksiyalar tərəfindən müdafiə olunur.
Sosial sanksiyalar bütöv, çoxşaxəli sistemdir. Bu sistem normaların yerinə yetirilməsi üçün, yəni
konformizm üçün (onlarla razılaşma) mükafatları, normalardan kənara çıxmaya görə, yəni deviantlığa görə cəzaları
nəzərdə tutur.
Konformizm (latınca conformis - oxşar, uyğun deməkdir) üçün uyğunlaşma, mövcud qaydaları, hökmran
rəyləri passivcəsinə qəbul etmək, öz mövqeyinin olmaması, ən güclü təzyiq qüvvəsinə malik istənilən nümunəyə
qeyritənqidi yanaşma xarakter cəhətdir. Bu halda şəxsiyyət qrupun real və ya təsəvvür olunan təzyiqinə itaətkarlıq
göstərir. Lakin unutmaq olmaz ki, konformizm ümumən qəbul edilmiş qaydalarla zahiri razılıqdır. İnsan daxilən
həmin qaydalarla Razılaşmaya bilər, bu barədə heç kəsə məlumat verməyə bilər. Konformizm sosial nəzarətin
məqsədi ola bilər, lakin o, sosiallaşmanın məqsədi deyildir. Çünki sosiallaşma ümumən qəbul edilmiş normalarla
daxili razılaşmanı, onların «qəbul olunmasını» nəzərdə tutur. Deviantlıq (latınca deviatio - kənara çıxma deməkdir)
məlum cəmiyyətdə ümumən qəbul edilmiş normaları və qaydaları pozan davranışı ifadə edir. Göründüyü kimi, hər
iki davranış tərzi normalarla bilavasitə bağlıdır.
Sosial sanksiyalar sosial nəzarət sistemində çox mühüm rol oynayır. Ozü-özlüyündə normalar heç nəyə
nəzarət etmir. Normalara əsaslanmaqla adamların bir qismi digərinin davranışına nəzarət edir. Normalara əməl
olunması, habelə sanksiyaların yerinə yetirilməsi bizim davranışımızı məqbul məcraya yönəldir. Bizim hər birimiz
yaxşı bilirik ki, mühüm elmi kəşf üçün rəsmi mükafat, ağır cinayət əməli üçün həbs gözlənilir. Biz başqa bir
adamdan müəyyən hərəkət gözləyəndə ona ümüd edirik ki, o, təkcə mövcud normanı yox, həm də onun yerinə
yetirilməsi (yerinə yetirilməməsi)
[209 - 210]
üçün müvafiq sanksiyanı da bilir.
Deməli, normalar və sanksiyalar vahid bir tam halında birləşmişdir. Hər hansı bir normanı müşayət edən
sanksiya yoxdursa, onda norma şüara, dəvətə, çağırışa çevrilir, real davranışı nizamlaya bilmir. Bu halda norma
sosial nəzarət ünsürü olmaqdan qalır.
Sosial sanksiyaların tətbiqində spesifik məqamlar mövcuddur. Elə hallar olur ki, sanksiyaların tətbiqi kənar
şəxslərin iştirakını tələb edir. Elə hallar da olur ki, buna ehtiyac qalmır. Sanksiyaların tətbiqi baxımından spesifik
şəraiti aydın başa düşmək üçün iki situasiyanı müqayisə etmək kifayətdir:
1-ci situasiya - işçi başqa bir müəssisədə daha münasib işə getmək istəyir. O, ərizə ilə müdiriyyətə müraciət
edir, ilkin sərəncam və ya əmr hazırlanır. Həmin işçinin işdən çıxması müəssisənin (təşkilatın) kadrlar şöbəsi
tərəfındən rəsmiləşdirilir.
2-ci situasiya - müəyyən cinayət əməli üçün həbs. Bu situasiya ilkin istintaqı, məhkəmə dinləmələrini,
yuxarı instansiyalara verilmiş şikayətlərə baxılmasını və nəhayət, son qərar qəbul olunmasını nəzərdə tutur. Başqa
sözlə, bu situasiya uzunmüddətli mürəkkəb proseduranı şərtləndirir.
Sanksiyalara və onların tətbiqinə aid olan bəzi məqamları xüsusi qeyd etməyə ehtiyac vardır.
Əvvəla, insanın özünün özünə sanksiyalar tətbiq etməsi heç zaman baş vermir. İnsan müəyyən hadisə və
prosesi daxilən təhlil edərək müəyyən qənaətə gəlir: özünü ya təqsirli bilir, ya da təqsirsiz hesab edir. Həmin qənaət
özünə münasibətdə sanksiya tətbiqi ilə nəticələnmir.
Sanksiyaların tətbiqi insanın özünə doğru istiqamətlənmişsə, daxili təhlil aparılırsa, belə nəzarət formalarını
özünənəzarət adlandırmaq daha düzgün olardı.
İkincisi, qrup vərdişlərini pozanlara tətbiq edilən sanksiyalar az sayda adamların olmasını tələb edir. Bu işə
çoxsaylı adamların cəlb olunması nəzarətin təsirliliyini zəiflədə
[210 - 211]
bilər, lüzumsuz səs-küy doğura bilər.
Beləliklə, sanksiyaların fəal, qüdrətli təsir, nəzarət imkanları vardır. Həmin imkanlardan düzgün, vaxtında
və səmərəli istifadə olunmalı, konkret vəziyyət diqqətlə, hərtərəfli araşdırılmalıdır.
Dostları ilə paylaş: |