3. Sosial təşkilatların formal və qeyri-formal növləri Müxtəlif təşkilatlar adətən bu və ya digər fəaliyyət və ya xidmət növünə görə ixtisaslaşırlar. Bu öz
növbəsində on-ların arasında funksiyaların dəqiq bölgüsünü zəruri edir. Həmin əsasda texnoloji əlamətlərə görə
təşkilati strukturlar yaradılır ki, onlar da müəyyən funksiyaları yerinə yetirirlər. Sosiologiyada belə strukturlar üfüqi
strukturlar adlandırılır. Əməyin funksional bölgüsünə əsaslanan təşkilatlar formal təşkilatlar adlanır. Onlara
aşağıdakı xüsusiyyətlər xasdır: