4. Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi
sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün
yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutların sosial sərhədlərinin
genişləndirilməsi yolu ilə həyata keçirilir.
5. Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və
göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar
arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri
özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların
[180 - 181]
kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün
nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir;
bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da
vardır.
Əgər bu və ya digər sosial institut öz funksiyalarını aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı
dəyişikliklər və yenidən təşkilolunma gözləyir.