65
Birincisi, bütövlükdə cəmiyyətin effektiv fəaliyyətini təmin etməyin zəruri şərti kimi əhalinin bütün
qruplarının, o cümlədən milli-etnik icmaların normal inkişafına əlverişli şərait yaradılması, etnik mühitdə
münaqişəli vəziyyətlərə, böhran hallarına yol verilməməsi və onların qarşısını almaq texnologiyalarının işlənib
hazırlanmasıdır.
Ikincisi, milli-etnik birliklərin və qrupların həyat tərzi ilə həmin ərazidə (kənddə, rayonda, vilayətdə və
bütün ölkədə) yaşayan milli azlıqların həyat şəraiti arasında uyğunluq yaratmağa yönələn fəaliyyətdir.
Etnik mühitdə sosial tərəfin xüsusiyyətləri, hər şeydən əvvəl, sosial-etnik birliklərin ayrı-ayn qruplarının
özünə-məxsusluğu ilə əlaqədardır. Bu həm problemin özünün, həm də əhalinin bu qruplarının etnik mühiti ilə
şərtlənən məsələlərin birgə həllini nəzərdə tutur.
Bütövlükdə etnik mühitin səmərəli təşkili işi bir - biri ilə sıx bağlı olan aşağıdakı üç səviyyədə aparıla bilər:
1. Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin
olunmalı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siyasət formalaşdırılmalı və həyata keçirilməlidir.
Etnik birliklərin inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik halları aradan qaldırılmalıdır.
2. Sözügedən müddəaların həyata keçirilməsi təmin edilməlidir. Xalqların milli özünəməxsusluğunun süni
surətdə silinməsinə aparan müasir texnoloji sivilizasiyanın, urbanizasiyanın və kütləvi mədəniyyətin yayılması ilə
bağlı proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı müxtəlif sosial-etnik
birliklərin nümayəndələri, yerli və gəlmə
sakinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına səy göstərilməlidir.
[158 - 159]
3. Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması,
təhsili, tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməlidir. Sonra, hər bir etnosun nümayəndələrinə öz
milli adət və ənənələrini, psixologiyasını və mədəniyyətinin etnik komponentlərini qoruyub saxlamaqda köməklik
göstərilməlidir. Xalqların öz ərazisində yerləşən və onların həyati tələbatını ödəyən təbii ehtiyatlardan müstəqil
istifadə etməsinə şərait yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün hakimiyyət orqanları, bütün
sosial institutlar, o cümlədən sosial xidmət müəssisələri böyük rol oynamalıdır.
Göründüyü kimi, milli-etnik problemlərin həllinin bütün aspektlərində başlıca rolu sosial siyasət oynayır.
Məhz buna görə də cəmiyyətin siyasi təşkili sistemində sosial-etnik birliklərin həyatının bütün tərəfləri ilə, o
cümlədən milli məsələlərlə məşğul olan orqanlar yaradılmalıdır. Bununla əlaqədar qeyd edək ki,
müstəqillik əldə
edildikdən sonra respublikamızda milli siyasət məsələləri üzrə dövlət müşaviri (1992-ci ildən bu günə qədər)
vəzifəsi məhz bu funksiyaların yerinə yetirilməsi məqsədilə yaradılmışdır. Bu qəbildən olan orqanların
fəaliyyətinin effektivliyi bütövlükdə cəmiyyətin inkişaf səviyyəsindən, ictimai proseslərin necə idarə
olunmasından, ölkənin inkişafının müxtəlif mərhələlərində dövlətin sosial siyasətinin məzmunundan və
istiqamətlərindən asılıdır.
Aydındır ki, millətlərarası və etnik münasibətlər cəmiyyət həyatının bütün sahələrində, ictimai
münasibətlərin müxtəlif səpkilərində təzahür edir. Buna görə də həmin sahələrin hər birində səmərəli, elmi milli
siyasət yeritmək tələb olunur. Məsələn, siyasi sahədə diqqəti mərkəzi və yerli hakimiyyətlər arasındakı
münasibətlərin qurulmasına, milli qurumların maraqlarının uyğunlaşdırılmasına yönəltmək lazımdır. Öz-özünü
tənzimləmə fəaliyyətini genişləndirmək problemi milli-dövlət quruluşu olmayan milli qrup və birliklər üçün daha
çox aktualdır.
Sosial sahədə milli-ərazi qurumlarında kadrların
seçilməsi
[159 - 160]
və yerləşdirilməsi məsələləri, bütün
xalqların nümayəndələrinin işgüzar və siyasi keyfiyyətlərinə görə rəhbər vəzifələr tutmasına bərabər imkanlar
yaradan, dövlət işçilərinin milli mənsubiyyətə görə seçilməsində ədalətsizliyi istisna edən tədbirlərin görülməsi
mühüm əhəmiyyət kəsb edir.
Siyasi strukturların mühüm vəzifələrindən biri milli-etnik münasibətlərin inkişafının proqnozlaşdırılması
kimi idarəedici funksiyanın həyata keçirilməsi olmalıdır. Bütün bunlar millətçi ruhlu elementləri vaxtında aşkar
etməyə, hadisələrin mənfi inkişafını qabaqlamağa imkan yaradır.
Milli-etnik münasibətlərin həllində, əhalinin müxtəlif sosial-etnik qruplarının hüquqlarına, sosial
müdafiəsinə həsr olunan və ya buna aid maddələri olan beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsi
mühüm rol oynayır. Belə sənədlər «İnsan hüquqlarının Ümumi Bəyannaməsi» (BMT-nin Baş Assambleyası
tərəfındən 10 dekabr 1948-ci ildə qəbul olunub), «Milli və ya etnik dini və dil azlıqlarına məxsus şəxslər haqqında
Bəyannamə» (İnsan Hüquqları Komitəsi tərəfındən 1993-cü ildə qəbul olunub) və s. aid edilə bilər.
Hər bir ölkə beynəlxalq sənədlərin əsas müddəalarını yerinə yetirməyə, eləcə də milli-etnik problemlərə aid
özünün milli qanunverici və digər sənədlərini həyata keçirməyə çalışmalıdır. Azərbaycanda bu qəbildən olan
məsələlər Konstitusiyada hərtərəfli əsaslandırılmış və hüquqi cəhətdən təsbit olunmuşdur.
Bundan əlavə, «Məcburi
köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» (1999) və «Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» (1999) və s. aktların da xüsusi rolunu qeyd
etmək lazımdır. Bu sənədlərdə söhbət cinsindən, irqindən, milliyyətindən, mənşəyindən və dil fərqindən asılı
olmayaraq insanların bərabər hüquqlarının təminatından, qaçqın, məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlara
qayğı göstərilməsindən gedir.
66
Beynəlxalq dünya birliyinə və keçmiş Sovet İttifaqına daxil olan ölkələrin təcrübəsi göstərdi ki, artıq
yaranmış və
[160 - 161]
kəskinləşən etnik konfliktlərə tezliklə, fövqəladə dərəcədə çevik reaksiya verən
mexanizmlərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu mexanizmlər münaqişəli vəziyyətlərin qarşısını ala
bilən xüsusi özünümüdafiə dəstələrinin yaradılmasını, ayrı-ayrı rayonlarda fövqəladə vəziyyətin elan edilməsini,
qanunsuz silahlı birləşmələrin buraxılmasını, cinayət işlərinin dərhal açılmasını və s. birləşdirə bilər. Tam
qətiyyətlə demək olar ki, əgər bu tədbirlərin bir hissəsi vaxtında Dağlıq Qarabağda (Xankəndində)
tətbiq edilsəydi,
vəziyyət nəzarətdən çıxmaz və məlum hadisələr baş verməzdi. Bu baxımdan etnik, millətlərarası münaqişələrin
həlli ilə bağlı beynəlxalq və ölkədaxili təcrübənin nəzərə alınması vacibdir.
Milli-etnik münaqişələrin qarşısının alınmasında müxtəlif yönümlü ictimai birliklər, sosial institutlar, elm və
incəsənət xadimləri, görkəmli yazıçılar, tanınmış mədəniyyət xadimləri mühüm rol oynaya bilərlər. Təəssüflə qeyd
etməliyik ki, Dağlıq Qarabağla bağlı məlum hadisələr zamanı erməni ziyalıları bu proseslərdə tamamilə əks-
fitnəkar mövqedən çıxış etmişdilər.
İqtisadi sahədə sosial-etnik birliklər arasındakı qarşılıqlı münasibətlər, iqtisadi - təsərrüfat əlaqələri təbii-
coğrafiı, milli-tarixi və tarixən yaranmış əmək bölgüsünü nəzərə alaraq yaradılmalıdır. Xüsusilə bazar
münasibətlərinin formalaşması şəraitində millətlərarası iqtisadi münasibətlər etnik birliklərin iqtisadi tələbatının
təmin olunmasına yönəlməlidir.
Azsaylı və kiçik xalqların əksəriyyətinin yaşadığı ərazilərə xüsusi diqqət verilməlidir. Burada insanların
sosial vəziyyətinə təsir edən təbii iqlim şəraitinin, demoqrafik situasiyanın nəzərə alınması sözügedən
zəmində
yarana bilən münaqişələrin qarşısının alınmasını şərtləndirən mühüm vasitələrdən biridir.
Mənəvi, ideoloji fəaliyyət sahəsində etnik konfliktlərin qarşısının alınmasına tarixin «ağ ləkələrin»in aşkar
edilməsi, ayrı-ayrı etnik birliklərin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin
[161 - 162]
öyrənilməsi və həqiqəti
əks etdirən elmi əsərlərin, dərsliklərin yazılması köməklik edə bilər. Bütün bunlar xalqların mənəvi sahədə
qarşılıqlı zənginləşməsinə, eyni zamanda onların milli özünəməxsusluğunun saxlanılması və inkişafına zəmin
yaradır. Milli mənəvi mədəniyyət adətən kifayət qədər zəngin, eləcə də çoxplanlı hadisə olmaqla, cəmiyyətdəki
iqtisadi, siyasi, əxlaqi, dini və digər ictimai münasibətlər
kontekstində inkişaf edir, öz üzərində onların təsirini hiss
edir, hətta müəyyən dərəcədə onlardan asılıdır.
Sosioloji tədqiqatlar göstərir ki, insanlarda milli özünüdərk, sağlam, sivil münasibətlər mədəniyyəti erkən
yaşlarda formalaşmağa başlayır. Buna görə də ailədə, uşaq müəssisələrində, məktəblərdə və s. müvafiq tərbiyəvi
işlər aparılmalıdır.
Milli-etnik qrupların nümayəndələrinin bir-biri ilə ünsiyyət məsələlərinin həllində kütləvi informasiya
vasitələri mühüm rol oynayır. Bu, başlıca olaraq aşağıdakı amillə izah edilir. Azlıq təşkil edən etnik qruplar həm
bir-birindən
fərqləndiyi üçün, həm də yerli əhalinin dilini pis bildiyi üçün onların ünsiyyəti əsas etibarilə yerli
millətin nümayəndələri vasitəsilə həyata keçirilir. Ona görə də kütləvi informasiya vasitələrinin nəinki yerli millətin
dilində, həm də bu ərazidə yaşayan digər milli-etnik birliklərin dillərində fəaliyyət göstərməsi məqsədəuyğundur.
Etnik münasibətlərlə bağlı problemlərin nəzərdən keçirilən həlli yollarının reallaşmasında konkret sosioloji
tədqiqatlar əhəmiyyətli rol oynayır. Onlar cəmiyyət həyatının konkret siyasi, iqtisadi, sosial və mənəvi sahələrində
etnik münasibətlərin daha aktual aspektlərini aşkar etməyə, bununla da bu münasibətlərin gələcəkdəki inkişafını
proqnozlaşdırmağa kömək edir.
Milli-etnik münasibətlərin bütün kompleksinin ahəngdarlığının təmin olunması yalnız xalqlar arasındakı
sosial-siyasi və digər münasibətlərin demokratikləşdirilməsi şəraitində mümkündür. Bu istiqamətdə görülən işlər
bütün xalqların
[162 - 163]
mənafeyinə cavab verir və millətlərarası münasibətlərin obyektiv inkişaf meyllərinin
təsir imkanlarını genişləndirir. Həmin meyllərdən biri millətlərin iqtisadi və siyasi müstəqilliyinin inkişafında,
dövlətçiliyin təkmilləşməsində və onların mənəvi mədəniyyətinin inkişafında ifadə olunur. Başqa
bir meyl böyük
və kiçik xalqların qarşılıqlı surətdə bir-birinə yaxınlaşmasında, onların əməkdaşlığının dərinləşməsində, iqtisadi və
siyasi strukturların inteqrasiyasında özünü göstərir.
Bir-biri ilə qarşılıqlı əlaqədə olan bu meyllər bütün dünyada gedən milli proseslərdə təzahür edir. Hər bir
dövlət özünün milli strategiyasını işləyib hazırlayarkən və həyata keçirərkən bu meylləri nəzərə almalıdır.
Dostları ilə paylaş: