F. Q. Vahidov, T. B. Ağayev


bəzi xüsusiyyətlərinə, eləcə  də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə67/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   131
sosiologiya

bəzi xüsusiyyətlərinə, eləcə  də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit 
məcmusudur. 
[150 - 151]
 
Etnosun  əsas  əlamətləri - dil, xalq incəsənəti, adətlər,  ənənələr, mərasimlər, davranış normalan və 
vərdişlərdir, yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti 
formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, 
həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan 
etnik qruplara aiddir. Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər. 
Sosial-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarından keçərək bu 
günə gəlib çatmışdır. 
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna 
əsaslanırdı. Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət və 
etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri 
əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu. 
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik 
birlik forması  təşəkkül tapdı. Qəbiləyə xas olan əsas  əlamətlər (qan qohumluğu, dil və  ərazi ümumiliyi, adət və 
etiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox 
insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid 
mədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi. 
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai 
həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, 
ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik 
[151 - 152]
 birliyin yaranmasını zəruri edirdi. Bu 
tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı. 
Sinfı münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox 
xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada, Amerikada 
və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü 
biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır. 
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və  mədəniyyət 
əlaqələrinin ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq 
sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb 
etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və  mədəniyyətin inkişafında 
mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da birlik forması kimi məhdudluğu özünü 
göstərməyə başladı. Nəticədə feodalizmin dağılması  və kapitalizmin təşəkkülü dövründə insanların keyfiyyətcə 
yeni birliyi - millət yarandı. 


63 
 
Müasir sosioloji ədəbiyyatda milli-etnik problemlər təhlil edilərkən daha çox «millətlərarası» və ya «milli 
münasibətlər» terminlərindən istifadə edilir. Həqiqətən də, XX əsrdə məhz millətlərarası münasibətlər müasir sosial 
münasibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki, tarixi birliklər arasındakı münasibətlərdən 
söhbət gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin