67
ermənilərin qəsdi daha intensiv xarakter alır. Lakin Ermənistan öz məqsədlərini pərdələməklə həmin ideyaların
həyata keçirilməsi istiqamətində konkret addımlar atsa da, birbaşa ərazi iddiaları ilə çıxış etməmişdir. Uzun illərdən
bəri Azərbaycan torpaqlarının ələ keçirilməsinə yönəlmiş planın ilkin mərhələsində Ermənistanda
yaşayan
azərbaycanlıların kütləvi surətdə öz yurdlarından qovulması Azərbaycan və Ermənistan arasındakı münasibətlərin
daha da kəskinləşməsinə səbəb oldu.
[163 - 164]
Tədricən Ermənistanın ərazi iddiaları özünü açıq şəkildə büruzə
verməyə başladı. Bu, rəsmi ifadəsini Ermənistan SSRİ Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək
haqqında qərarında tapdı. Münaqişənin sonrakı mərhələsində ermənilər açıq təcavüzə keçmiş və Dağlıq Qarabağda
apardıqları işğalçı müharibə və etnik təmizləmə siyasətinin nəticəsində respublikamızın ərazisinin 20%-ni işğal
etmiş, 18 mindən çox həmyerlimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çox həmyerlimiz əlil
olmuş, 4 min-dən yuxarı həmvətənimiz isə itkin düşmüşdür. Müharibə nəticəsində 4 mindən çox sənaye və kənd
təsərrüfatı müəssisəsi, 600-dən artıq məktəb və uşaq bağçası, 250
xəstəxana, 724 şəhər, kənd və qəsəbə dağıdılmış
və yandırılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti talan
edilmişdir. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.
Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ilk təşəbbüslər
erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı əraziləri zəbt etdiyi dövrdən başlamışdır. Məlumdur ki,
münaqişə ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 30 aprel 1993-cü il tarixli 822 saylı
və 29 iyul 1993-cü il 853 saylı qətnamələrdə «vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu törətməsi», 14
oktyabr 1993-cü il 874 saylı və 11 noyabr 1993-cü il 884 saylı qətnamələrdə isə vəziyyətin gərginləşməsindən
yaranan narahatçılıq hissi ifadə olunurdu.
Sənədlərin öyrənilməsi göstərir ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və ona bitişik bir sıra
rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, qətnamələrdə atəşin biryolluq dayandırılması
məqsədilə bütün hərbi əməliyyatların qarşısının alınması və işğalçı qüvvələrin Kəlbəcər, Ağdam rayonlarından,
eləcə də Azərbaycanın işğal edilmiş başqa rayonlarından dərhal çıxarılması tələb edilir.
1
Xeyli
müddət keçdiyinə
baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri indiyə kimi icra edilməmişdir. Bütün bunlar dünyada hələ
də müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını göstərir.
Problemin həllini əngəlləyən digər bir mühüm səbəb münaqişəyə dair 4 qətnamənin hamısının BMT
Nizamnaməsindəki «Mübahisələrin dinc yolla tənzimlənməsi» adlanan VI fəslə aid olduğundan onların yalnız
tövsiyə xarakteri daşımasıdır. Əgər həmin qətnamələr «Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı
tədbirlər» adlanan VII fəslə uyğun olaraq qəbul edilsəydi, onda qətnamələrin yerinə yetirilməsi məcburi xarakterli
olardı. Qətnamələrdə Ermənistan - Azərbaycan münaqişəsi sözügedən tərəflər arasında mübahisə kimi
qiymətləndirilmişdir. Bu, ilk növbədə, münaqişədə iştirak edən tərəflərin tanınması və
[165 - 166]
onların
bir-birinə
qarşı iddiaları ilə bağlıdır.
Ermənilər bu münaqişədə xalqların və millətlərin öz müqəddəratını həll etməsi prinsipinə istinad edirlər.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən bütün üzv dövlətlər öz
1
Abdullaev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004, s. 140.
68
beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud
Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və
gücün tətbiqindən çəkinməlidirlər. Ona görə də dünya təcrübəsində ərazi bütövlüyü və millətlərin öz müqəddəratını
təyin etməsi prinsipləri bir-biri ilə ziddiyyət təşkil edərsə, həmişə ərazi bütövlüyü prinsipi əsas götürülür. Onu da
qeyd etmək zəruridir ki, müqəddəratı təyin etmək hüququndan danışarkən nəzərə almaq lazımdır ki, bu hüququn
subyekti milli azlıqlar deyil, xalqdır. Yalnız xalq öz müqəddəratını təyin etmək hüququna
malikdir və onun iradəsi
ilə dövlət ərazisinin dəyişdirilməsi həyata keçirilə bilər.
Beləliklə, Azərbaycan ərazisinə əsasən XIX əsrin əvvəllərində köçürülmüş ermənilər milli azlıq olduqları
üçün öz müqəddəratlarını təyin etmək hüququna malik deyillər. Milli azlıq təşkil edən ermənilərin ərazi dəyişikliyi
ilə bağlı etdikləri cəhdlər yalnız separatizm xarakteri daşıyır, beynəlxalq hüquq normalarına ziddir və qətiyyətlə dəf
edilməlidir.
Həm ərazi bütövlüyü prinsipi, həm millətlərin öz müqəddəratını təyin etməsi prinsipi, həm də milli
azlıqların hüquqları insan hüquqları ilə qırılmaz surətdə bağlıdır. Məhz bu baxımdan insan hüquqlarının müdafiəsi
mexanizminə malik olan Avropa Şurasının belə məsələlərdə müstəsna rolu vardır. Azərbaycan və Ermənistan
Avropa Şurasının üzvləri olduqdan sonra sözügedən təşkilatın orqanları tərəfindən Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına yönəlmiş bir sıra
aktlar qəbul edilmiş, eləcə də Ermənistan təcavüzkar dövlət kimi tanınmışdır.
Lakin bütün bunlar BMT qətnamələri kimi tövsiyə xarakteri daşıyır və münaqişənin həllinə kömək etmir. Təəssüflə
qeyd etmək lazımdır ki, münaqişənin tənzimlənməsi prosesində də ikili yanaşmalar mövcuddur. Nədənsə, Dağlıq
Qarabağ ərazisində yaşayan ermənilərin hüquqları dünyanın əksər dövlətləri tərəfindən tanınıb müdafiə edilsə də,
erməni təcavüzü nəticəsində öz ata-baba torpaqlarından didərgin düşmüş və hazırda çətin sosial-iqtisadi şəraitdə
yaşayan 1 milyondan artıq həmyerlilərimizin hüquqları kifayət qədər tanınmır və müdafiə edilmir.
ATƏT-in Minsk qrupu və onun üzvləri olan ABŞ, Rusiya və Fransa Ermənistan - Azərbaycan və Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində bir sıra təkliflərlə çıxış etmişlər. Birinci təklif (18
iyul 1997-ci il) «Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş», ikincisi (2 dekabr
1997-ci il) «Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş», üçüncüsü isə (7 noyabr 1998-ci
il) «Dağlıq Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqında» adlanır. Bu təkliflərin bəziləri
Ermənistan, bir qismi isə Azərbaycan tərəfindən qəbul edilməmişdir. Yalnız 2-ci təklifə,
yəni mətbuatda mərhələli
həll variantı kimi tanınmış saziş layihəsi hər iki dövləti qismən razı salırdı. Lakin Ermənistanda baş verən siyasi
hadisələr, bu münaqişənin həllinə mane olan xarici dövlətlərin mövqeyi, Ter-Petrosyanın istefası problemi xeyli
dərinləşdirdi, yeni hakimiyyətə gələn qüvvələr isə sözügedən saziş layihəsini rədd etdilər. Bu münaqişədə mühüm
məsələlərdən biri də Dağlıq Qarabağın statusu ilə bağlıdır. ATƏT-in Minsk qrupu Azərbaycana axırıncı dəfə
«Ümumdövlət» təklifini vermişdir. Aydındır ki, bu yalnız erməni dövlətinin mənafeyinə xidmət edir. İstər
ermənilər, istərsə də onun bir sıra havadarları, o cümlədən bəzi beynəlxalq təşkilatlar problemə yalnız ikili
standartla yanaşaraq münaqişənin həllini qəsdən dolaşığa salır, həlli müşkül olan problemə çevirirlər. Təbii ki,
ümumi dövlət ideyası ilə bağlı layihəni ümummilli liderimiz Heydər Əliyev «qaradan da qara» sayaraq,
mahiyyətində Azərbaycanda
ikinci erməni
[167 - 168]
dövləti yaratmaq niyyəti duran bu təklifı qətiyyətlə rədd
etmişdir.
Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzacağını başa düşür. Bu ölkənin
Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi beynəlxalq layihələrdən kənarda qalması, Bakı-Tiflis-Qars dəmir
yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması iqtisadi sahədə qazandığı «uğurlar»dır.
Məlum olduğu kimi, Azərbaycan dövləti bütün rəsmi və qeyri-rəsmi səviyyələrdə keçirdiyi görüşlərdə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yalnız beynəlxalq hüquq normaları əsasında mümkünlüyünü
bəyan etmişdir. Azərbaycan işğal olunmuş ərazisinin qeyri-şərtsiz azad edilməsi, beynəlxalq hüquq normalarına
tam uyğun olaraq, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarəetmə statusunun
verilməsi əsasında münaqişənin ədalətli həllinə nail olmağa çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında və müxtəlif səviyyəli görüşlərində
dəfələrlə bəyan
etmişdir ki, Azərbaycan heç zaman «mövcud reallıqlar» əsasında həll variantı ilə razılaşmayacaq və
torpaqlarının bir qarışını belə heç kimə verməyəcəkdir. Azərbaycan üçün Ermənistanla başa çatmamış müharibə
təxirəsalınmaz xarici və daxili sosial-siyasi problemdir və yeni müstəqil dövlət kimi ölkəmiz bütün sahələrdə,
xüsusilə hərbi sahədə öz mövqelərini daha da möhkəmləndirməlidir.
[168 - 169]