Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


 Sənədlərin hazırlanması üçün ümumi tələblər



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#41197
1   ...   17   18   19   20   21   22   23   24   25
karguzarliq-senedlerinin-tertibi-qaydalari

14. Sənədlərin hazırlanması üçün ümumi tələblər 

Təşkilatlarda  sərəncam  mahiyyətli  sənədlərin  (qərarlar,  sərəncamlar,  əmrlər) 

yaranmasının hüquqi əsasları aşağıdakılardır: 

7.1. qüvvədə olan normativ hüquqi aktların tələbləri; 

7.2. yuxarı təşkilatların konkret tapşırıqları; 

7.3.  təşkilat  tərəfindən  onun  üzərinə  düşən  vəzifələrin  icra  edilməsi  üçün, 

səlahiyyətləri  daxilində  cari  təşkilati-sərəncamverici  və  ya  inzibati-təsərrüfat 

fəaliyyətinin həyata keçirilməsi

7.4.  təşkilatın  aparatının  işini  hüquqi  baxımdan  tənzimləmək  zərurətinin 

yaranması. 

8.  Sənədlərin  hazırlanması  üçün “işlətmək  üçün  kağız  formatları” -  9327  -  60 

dövlətlərarası standart üzrə A4 (210x297 mm) və A5 (210x148 mm) formatlı blank 

və kağızlardan istifadə edilir. 

9.  Sənəd  dövriyyəsi  böyük  olan  təşkilatlarda  ayrı-ayrı  sənəd  növləri  üçün 

blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, 

protokol, əmr və s.) yazılır. 

İki  və  ya  daha  artıq  təşkilat  adından  hazırlanan  sənədlər  blanksız  tərtib 

edilir. Həmin  sənədlər  təşkilat  rəhbərinin  imzası  və  təşkilatın  gerbli  möhürü  ilə 



təsdiqlənir 

Sərəncam  mahiyyətli  sənədlər  üçün  blanklar “Sərəncam  sənədləri  sistemi. 

Formulyar-nümunə” - 6.38-90 dövlətlərarası standart üzrə hazırlanır. 



Blanklar  1  nömrəli  ağ  yazı  kağızından  hazırlanmalıdır.  Müstəsna  hallarda  açıq 

rəngli, zəif boyalı kağız işlətməyə yol verilir. 

10.  Təşkilatlarda  tez-tez  təkrarlanan  birtipli  sənədlər  (bildiriş,  məktub  və  s.) 

tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq 

edilə bilər. 

11.  Təşkilatların  mətbəə  üsulu  ilə  hazırlanan  blanklarında  aşağıdakı  rekvizitlər 

çap edilir: 

11.1.  Azərbaycan  Respublikasının  Dövlət  Gerbi  (“Azərbaycan  Respublikası 

Dövlət  Gerbinin  təsvirinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının 

2018-ci  il  2  noyabr  tarixli  1332-VKQ  nömrəli  Konstitusiya  Qanunu  ilə  müəyyən 

edilmiş təsvirə uyğun olaraq); 

11.2. Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı; 

11.3. təşkilatın tam adı; 

11.4.  təşkilatın  poçt  indeksi,  ünvanı,  məlumat  almaq  üçün  telefon  nömrəsi, 

faksın nömrəsi və elektron poçtu (əgər varsa). 

Rekvizitlər  blankların  yuxarı  hissəsində eninə, bir  qayda  olaraq,  Azərbaycan 

Respublikasının dövlət dilində çap edilir (1 nömrəli əlavə). Xarici dildə çap edilmiş 

rekvizitlərə malik blanklardan istifadə edilməsinə yalnız sənədin mətni həmin blankı 

göndərən təşkilat tərəfindən xarici dildə yazıldıqda yol verilir. 

12. Plan, maliyyə, statistika sənədləri və başqa xüsusi sənədlər qanunvericiliklə 

müəyyən edilmiş qaydada hazırlanıb tərtib edilir. 

13. Sənədlər hazırlanarkən təşkilatın adının (bir qayda olaraq sənədin blankında 

əks etdirilir) və sənəd növünün adının (məktublar istisna olmaqla), sənədin başlığının 

(mətni A5 (210x148) formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər 

istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə qoyulması, 

mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi, habelə 

sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir

[

 

14. Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə 



sənədin  hazırlanması  üçün  əsas  götürülmüş  faktların  və  hadisələrin  təsviri  verilir. 

İkinci hissədə nəticələr, təkliflər, qərarlar və sərəncamlar ifadə olunur. 




Sənədin  yaranması  üçün  başqa  sənəd  əsas  olduqda,  birinci  hissədə  bu  sənədin 

hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi, tarixi 

və mətnin başlığı göstərilir. 

İkinci  hissənin  mətni  hərəkətlərin  xarakterinə,  icraçılara,  müddətlərə  görə  və 

başqa meyarlar əsasında ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə 

bölünə bilər. 

Ayrı-ayrı hallarda sənədin mətni yalnız son hissədən (əmrdən, göstərişdən və s.) 

ibarət ola bilər. 

15.  Sənədlərin  mətnləri,  mətn  hissələri  və  ya  ayrı-ayrı  cümlələri  vahid  şəklə 

salına bilər. Mətnlərin vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat 

sənədləri üçün dil trafaretlərinin işlənib hazırlanmasından ibarətdir. 

16. Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır. 

Sənədlərin başlığı maksimum qısa, dəqiq olmalı və “nə haqqında” sualına cavab 

verməklə  feli  ismin  köməyi  ilə  ifadə  edilməlidir  (“...  ciddi  nöqsanlar 

haqqında”, “...tədbirləri  haqqında”, “...yerinə  yetirilməsi  haqqında”, “...  işinin  təşkil 

edilməsi haqqında” və s.). 

17.  Göndərilən  sənədlərdə  (məktublarda,  məlumat  xarakterli  arayışlarda, 

məlumat  vərəqələrində)  ünvan  sahibinin  rekvizitləri  dəqiq  göstərilir.  Bu  məqsədlə 

aşağıdakı tələblərə əməl edilməlidir: 

17.1.  sənəd  göndərilən  təşkilatın,  onun  struktur  bölməsinin  adı,  vəzifəli  şəxsin 

adı və soyadı yazılır; 

17.2. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya 

onun  struktur  bölməsinin  adı  yönlük  halda  yazılır  (məsələn:  Azərbaycan 

Respublikasının Yanacaq və Energetika Nazirliyinə); 

17.3.  sənəd  konkret  vəzifəli  şəxsə  ünvanlanırsa,  o  zaman  təşkilatın  adı  yiyəlik 

halda,  sənədin  ünvanlandığı  vəzifəli  şəxsin  adı  və  soyadı  isə  yönlük  halda  yazılır 

(məsələn:  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  _________________ 

(struktur bölməsinin rəhbəri) cənab ________); 

 məktub  göndərilənin  poçt  ünvanı  (poçt  indeksi,  şəhər  (rayon),  qəsəbə  (kənd), 

küçə və evin nömrəsi) tam şəkildə göstərilir. 




Sənəddə  dörddən  çox  ünvan  olmamalıdır.  Sənəd  dörddən  çox  ünvana 

göndərilərkən göndəriş siyahısı tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir. 

18.  Sənədin  düzgün  tərtibi,  məzmununun  aydın  ifadə  edilməsi  və  üslubu, 

tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir. 

19. Sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab 

edilir. 


Sənədin tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur. 

Sənədin  tarixi,  həmçinin  sənədin  məzmununda  olan  tarixlər  rəqəmlə 

yazılmalıdır.  Tarixin  elementləri  eyni  sətirdə  ardıcıllıqla  yazılır:  ayın  tarixi,  ay,  il 

(məsələn: 15.12.03., 15.12.2003-cü il və ya 15 dekabr 2003-cü il). 

20. Sənədin  qeydiyyat  nömrəsi  işin  nomenklatur  nömrəsindən  və  sənədin  qeydə 

alınmasının  sıra  nömrəsindən  ibarətdir,  sənədin  qeydə  alınması  zamanı  verilir  və 

qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir

[

 

Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü 



daxilində verilən qeyd nömrələri onların nömrələridir. 

21.  Sənədin  məqsədəuyğunluğunu  və  ya  əsaslılığını  qiymətləndirmək  zəruri 

olduqda, sənədin razılaşdırılması tələb olunur. Razılaşdırma təşkilat daxilində və ya 

müxtəlif  təşkilatlar  arasında  həyata  keçirilir.  Bunun  üçün  sənədlər  imzalanmazdan 

əvvəl, onlara müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir. 

22.  Təşkilat  daxilində  razılaşdırma  müvafiq  struktur  bölmələrinin  rəhbərləri 

arasında həyata keçirilir. 

Sərəncam  mahiyyətli  sənədlərin  layihələrində  icraçı  tərəfindən  birinci  nüsxədə 

mətnin  axırıncı  vərəqinin  arxasında  viza  qoyulur.  Göndərilən  sənədlərdə  vizalar 

təşkilatda qalan nüsxədə qoyulur. 

Vizanın  tərkibinə  viza  verən  şəxsin  soyadı  və  adı,  onun  şəxsi  imzası  və  tarix 

daxildir. 

Sənədlə əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi 

göstərilir: 

(imza) (adı və soyadı) (tarix) 

Qeydlər əlavə olunur. 




23. Sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması müvafiq təşkilatların 

rəhbərləri  tərəfindən  razılaşdırılma  qrifinin  qoyulması,  razılaşdırılma  sənədinin 

alınması  və  ya  kollegial  orqanın  iclasında  sənəd  layihəsinin  müzakirəsinin 

protokolunun təqdim edilməsi vasitəsilə həyata keçirilir. 

Razılaşdırılma  qrifi “Razılaşdırılmışdır” və  ya “Razıyam” sözündən,  sənədin 

razılaşdırıldığı  şəxsin  vəzifəsindən,  adından  və  soyadından,  şəxsi  imzasından  və 

tarixdən ibarətdir (məsələn: 

  

“Razılaşdırılmışdır” 



Azərbaycan Respublikasının səhiyyə naziri 

(imza) (adı və soyadı) 

(tarix). 

  

Razılaşdırılma qrifi sənədin titul vərəqinin yuxarı sağ küncündə yerləşdirlməlidir 



  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin