Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi
və ya icazəsi tələb olunur. Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş
ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır.Sənədlərin surətlərinin
aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir.Sənədin
surətləri kompüter (makina) üsulu ilə təşkilatın blankında deyil, adı vərəqdə
hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə
olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda
möhürlənir.Surətlərin təsdiq edilməsi üçün sənədin “İmza” rekvizitindən aşağıda sol
sahədə “Düzdür” təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi,
onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur
Düzdür:
Kargüzarlıq xidmətinin rəhbəri
(imza) (adı və soyadı)
(tarix).
Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir,
surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və
çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.
Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları
hazırlanır, müvafiq qaydada rəsmiləşdirilir və kargüzarlıq xidmətində saxlanılır.
Rəhbərliyin tapşırığı ilə müvafiq səs yazısını əks etdirən audio, video yazılar və
elektron daşıyıcılarda olan yazılar daimi saxlanmaq üçün arxivə verilə bilər və ya
maqnitsizləşdirmək yolu ilə silinə bilər. Bu barədə akt tərtib olunur və ya müvafiq
kitabda qeydiyyat aparılır
Əgər stenoqramlar səsyazan maqnit daşıyıcıları vasitəsi ilə qeydə alınıbsa, bu
zaman həmin materiallar kargüzarlıq xidmətində saxlanılır.
Dostları ilə paylaş: