4.1.Sülh dövründəki Fövqəladə Hallar və Dövlət sisteminin müxtəlif rejimdə
iş fəaliyyəti.
Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə sülh
dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti
pozulur, onların nəticələri isə adamlara, ətraf mühitə və təsərrüfat obyektlərinə
ciddi zərər yetirə bilər. Yaranan vəziyyətdən asılı olaraq Dövlət fəaliyyət sistemi
müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə
işləyə bilər:
Birinci rejim- gündəlik fəaliyyət Respublikanın ərazisində, o cümlədən də
rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin
seysmik, hidrometroloji, sanitar–epidemik vəziyyət normal olan hallarda. Bu
zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə potensiallı obyektlərdə
daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq,
əhaliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür;
İkinci rejim- yüksək hazırlıq rejimidir, bu rejimə fövqəladə hallar baş verəcəyi
barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait,
epidemik vəziyyət və s. pisləşərkən keçilir.
Üçüncü rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların
nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının
qərarı ilə keçirilir. Bu zaman:
-əhalinin mühafizəsi təşkil edilir;
-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır;
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
|