4.2 Sülh dövründəki fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması
ardıcıllığı və rəhbər orqanların vəzifələri.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-
obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar
zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ
qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika
Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı
ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi
və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən
istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir.
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün
kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların
hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa
olması.
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə
işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
Dostları ilə paylaş: |