4.5. Neft-qaz müəssisələrində və daşınmasında baş verən yanğınlar, qəzalar.
Neftçıxarma obyektlərində, neft mədənlərində və kəşfiyyat qazmaları zamanı
yanğın təhlükəsi daha yüksəkdir. Belə hallarda qumun və ya çınqıl hissəciklərinin
metal konstruksiyalara sürtünməsindən törəyən qığılcım nəticəsində neft və ya qaz
fontanı alışır. Belə hallar adətən quyunun ağzını kip örtmək mümkün olmadıqda
baş verir. Bu zaman ölümlə nəticələnən bədbəxt hadisələr və çox böyük maddi
itkilər baş verə bilər.
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda
mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik
nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yeri
tutur. Respublikamızda nəqliyyat vasitələri ilə hər il on miyonlarla ton yüklər
daşınır ki, bunların da 28%-i dəmir yol, 38%-i avtomobil, 13%-i dəniz
nəqliyyatının və 21%-i boru kəmərlərinin payına düşür. Qəza və partlayış zamanı
tutumların, sistemlərin, digər qabların və texnoloji boru kəmərlərinin
deformasiyaya uğraması və ya dağilması nəticəsində güclü təsirli zəhərli
maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı
yaşayış məntəqələrində ətraf mühitin, o cümlədən də havanın, suyun
zəhərlənməsinə, insanların, heyvanların və bitkilərin ciddi xəstəliklərinə və
məhvinə gətirib çıxarır.
Fövqəladə qəzalar arasında texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır.
Bunlar daha şox magistral boru kəmərlərində, dəmiryolu nəqliyyatında, çeşidli
mədənlərdə olan qəzalardır. Son 10 il ərzində dünyada belə olayların sayı təkcə
neft kəmərlərində 20 mini ötmüşdür. Bunun sonu olaraq millionlarla ton neft israf
olmuş, torpaqlar yayarsız olmuş, hava yanğınlar üzündən çirklıənmişdir.
Dəmiryolu nəqliyyatında qəzaların sayı çoxalmaqdadır. Demək olar, gündə bütün
dünyada 8-15 bu kimi qəzalar baş verir. Ən təhlükəlisi də, neft, kimyavi
maddələrlə dolu olan vaqonlardakı qəzalardır. Sənaye və nəqliyyatda qəzaların baş
vermə səbəbi avadanlıqların kohnəlməsi, işçilərin işlərinə biganə yanaşması,
təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın çağdaş normalara
uyğun olmaması, qananların olmaması və bu kimi başqa amillərdir. Ümumiyyətlə
nəqliyyatda və sənayedə baş verən qəza və fəlakətlər ətraf mühit üçün və insan
sağlamlığı üçün təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən
ekologiyanın dağılması baş verə bilər.
-nəqliyyatda ZM –in ətrafa yayılması ilə müşayət edilən qəzalar. Bakı, Sumqayıt
dəmir yol stansiyaları, Biləcəri stansiyası xüsusən böyük təhlükəli zona hesab
olunur;
-tez alışan maddələr istehsal, emal olunan və saxlanılan obyektlərdə yanğınlar
(partlayışlar). Respublikamızda 850-dən artıq belə obyekt var. Bakı, Sumqayıt neft
emalı və neft kimyası müəssisələri, neft-qaz mədənləri və neft bazaları xüsusən
təhlükəlidir;
-nəqliyyat vasitələrində yanğın və partlayışlar;
-hidrodinamik qəzalar –su qurğuları qovşaqlarında bəndlərin dağılması və fəlakətli
daşqın zonalarının yaranması.
Dostları ilə paylaş: |