“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları


Texnogen xarakterli FH-ın  baş vermə səbəbləri



Yüklə 462,36 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix02.01.2022
ölçüsü462,36 Kb.
#41434
1   ...   21   22   23   24   25   26   27   28   29
MM-cavablarAZ1

 

5.1. Texnogen xarakterli FH-ın  baş vermə səbəbləri. 

Texnogen  xarakterli  fövqəladə  hallar  dedikdə  ümumlikdə,  insanın  sənaye  və 

təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.    

   Elmi-texniki  tərəqqi  inkişaf  etdikcə,  onun  nailiyyətləri  artdıqca  ortaya  çıxan 

texnogen  mənşəli  fəlakət  və  hadisələrin  sayı  da  artmış  olur.Təbiətdə  baş  verən 

fəlakətlər,  həmçinin  sayca  çoxalan  texnogen  mənşəli  qəzalar  insanları  bu  barədə 

daha  çox  düşünməyə  vadar  edir.Son  illərdə  sayı  bir  neçə  dəfə  artan  texnogen 

mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. 

   Dünyada  baş  verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3hissəsi 

nəqliyyatda  baş  verən  qəzalarla  xarakterizə  olunur.Yerdə  qalan  digər  üçdə  bir 

hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər 

texnogen fəlakətlər təşkil edir  

Texnogen  xarakterli  fövqəladə  hallara  radiasiya,  yanğınlar,  partlayışlar  bina  və 

qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə 

əlaqədar  qəzalar,  elektroenergetika  sistemlərində,  həyat  təminatlı  kommunal 

sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, 

magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir. 

Azərbaycan  Respublikasının  ərazisində  yüksək  dərəcədə  texnogen  təhlükələr 

mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. 

 Bunların əsas səbəbləri aşağıdakılardır: 

-istehsalat 

sahələrihdə  təhlükəsizliyin  dövlət  tərəfindən  tənzimlənməsi 

mexanizminin    zəifləməsi;  respublikada  iqtisadiyyatın  sturukturca  yenidən 

qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və 

texnoloji  intizamın,  habelə  istehsalatda  qəzaya  qarşı  davamlılıq  tədbirlərinin 

zəifləməsi; 

-bəzi  sənaye  sahələrində  istehsalat  vasitələrinin,  xüsusən  də  texnoloji 

avadanlıqların,  nəqliyyat  vasitələrinin,  əsas  istehsalat  fondlarının  yol  verilməz 

dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 

-sənaye  istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan  məhsulun 

keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 

-istehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 

amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 

onların keyfiyyətsiz olması; 




-ölkədə  həyat  fəaliyyətinin  təmin  olunması  sahələrində  aparılan  əsaslı  və  tətbiqi 

tədqiqatların keyfiyyətinin aşağı olması; 

-partlayış, 

yanğın,  kimyəvi,  radiasiya,  bioloji  təhlükəli  maddələr  və 

texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi

-potensial  təhlükəli  istehsalat  və  obyektlərin  vəziyyətinə  nəzarət  və  müşahidənin 

kifayət dərəcədə olmaması; 

-qəza  və  fəlakətlərin  aradan  qaldırılması  üçün  lazımi  həcmdə  ehtiyatların 

olmaması; 

-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.   

 


Yüklə 462,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin