“Mülkü müdafiə” fənni üzrə kollokvium
suallarının cavabları
1.1.Fövqəladə hal və onun növləri.
Fövqəladə vəziyyət – bu qəza, təhlükəli təbii təzahürlər, faciə, kortəbi və ya
digər bədbəxt hadisə nəticəsində yaranmış, insan tələfatına, insanların sağlamlığına
və yа ətraf mühitə zərər yetirilməsinə, xeyli maddi itkilərə və insanların həyat
fəaliyyəti şəraitinin pozulmasına səbəb ola bilən və ya olmuş şəraitdir.
Bütün fövqəladə hadisələri ilk növbədə münaqişəli və münaqişəsiz hadisə
növlərinə ayırmaq lazımdır. Münaqişəli fövqəladə hallara hərbi toqquşmalar,
ekstremal siyasi mübarizə, milli və dini münaqişələr, terrorizm və s. münaqişəsiz
fövqəladə hadisələrə isə təbii, texnogen və ekoloji xarakterli fəlakətlər aid edilir.
Ekstremal hadisə - bu proseslərin və ya hadisələrin normasından kənara çıxmasıdır.
Qəza – bu konstruktiv, istehsalat, texnoloji və ya istismar səbəbləri üzrə,
yaxud da təsadüfi xarici təsirlərdən baş vermiş və texnиkи qurğuların və ya
avadanlıqların zədələnməsi, sıradan çıxması, uçulması ilə nəticələnmiş texniki
xarakterli ekstremal hadisədir.
İstehsalat və ya nəqliyyat faciəsi – insanların tələfatı, xeyli maddi ziyan və ya
digər ağır hallarla nəticələnən boyük qəzadır.
Təhlükəli təbiət təzahürləri – bu özünün intensivliyinə, yayılma miqyasına və
uzunsürənliyinə görə, insanların həyaт fəaliyyəti, iqtisadiyyat və təbii mühiт üçün
mənfi nəticələr doğura bilən təbiət mənşəli öz-özünə hasil olan hadisədir.
Təbii fəlakət – bu çоxsaylı insan tələfatına, böyük maddi zərərə (itkilərə) və
digər ağır nəticələrə gətirə bilən faciəli təbii təzahür və ya prosesdir.
Ekoloji fəlakət (ekoloji bəla)– bu xüsusilə böyük miqyaslarda, qurunun,
atmosferin, hidrosferin və biosferin vəziyyətinin dəyişməsi (antрopoloji amillərin
təsiri altında) ilə əmələ gələn, canlı orqanizmlərin kütləvi məhvi və iqtisadi
itkinlərlə müşayiət olunan fövqəladə hadisədir.