Antropogen amillərlə bağlı olanlar (toz burulğanları, erroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə
bağlı olur (yanğınlar, torpağın erroziyası, uçqunlar və s.)
2.1.
Geofiziki təhlükəli təzahürlər. Onların baş vermə səbəbləri.
Zəlzələ- ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz, idarə olunmaz təbbi
fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və
yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez yayılan fövqəladə hallara aiddir. Bu zaman ərzində təxlyə və qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və
bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı
zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış
zəlzələ eramızdan 2050- il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər
nəticəsində 4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali
və s. şkalaları üzrə müəyyən edilir.
Dostları ilə paylaş: |