“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları


Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar



Yüklə 462,36 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix02.01.2022
ölçüsü462,36 Kb.
#41434
1   ...   21   22   23   24   25   26   27   28   29
MM-cavablarAZ1

5.5. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.  

Enerji  sistemlərində  zədələnmələr  tufan,  partlayış,  yanğın,  qurğunun  dağılması 

nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.  

     Nəqliyyat  sahəsində  qəzaların  ən  cox  baş  verən  hadisələrdəndir.  Dünyada  baş 

verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3  hissəsi  nəqliyyatda  baş  verən 

qəzalarla  xarakterizə  olunur.  Yerdə  qalan  digər  üçdə  bir  hissəni  sənaye  və  enerji 

obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil 

edir.  Hazırda  mövcud  olan  hava,  dəmir  yolu,  su,  avtomobil,  boru  kəməri,  habelə 

kosmik  nəqliyyat  növləri  arasında  avtomobil  nəqliyyatı  qəzaların  sayına  görə 

birinci  yer  tutur.  Nəqliyyat  vasitələrində  avtomobillərin,  dəmir  yolu  qatarlarının 

toqquşmasından,  tormozların  sıradan  çıxmasından,  yanğın  və  partlayışlardan  baş 

verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii 

fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur. 

      Respublikamızın  ərazisində  ümumən  0,08  min  kv.km  sahədə  kimyəvi 

zəhərlənmə  baş  verə bilər ki, burada  təxminən 231  min  nəfər  əhali  yaşayır.  Belə 

təhlükə  ən  çox  Abşeron  yarımadası,  Bakı,  Sumqayıt,  Şirvan  və  Gəncə  şəhərləri 

üçün  xarakterikdir.  Qeyd  etmək  kifayətdir  ki,  1992-1998-ci  illərdə  belə 

obyektlərdə  kimyəvi  təhlükəli  maddələrin  ətraf  mühitə  sızması  ilə  nəticələnən 

ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin, 

su hövzələrinin və torpaağın sənaye tullantıları və  digər maddələrlə çirklənməsi, 

zəhərlənmələrə  məruz  qalması  son  dərəcə  təhlükəlidir,  çünki  belə  hallar  təbiətdə 

ekoloji tarazlığı pozur. 

Müasir  sənaye  müəssisələrində  su  kəmərinin,  digər  energetika  və  kommunal  –

mühəndis  şəbəkələrinin    nə  demək  olduğu  bu  müəssisəiərdə  istehsalın  nəhəng 

enerji  tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı 

üçün  3  kub  metr,  poladın  istehsalı  üçün 20 kub  metr,  çuqun üçün 250 kub  metr, 

quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.



 

Yüklə 462,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin