1.2. Miqyasına görə fövqəladə halların təsnifatı.
FH-rı yayılma miqyası üzrə təsnifatlandırarkən, yalnız FH-ın təsirinə məruz qalmış
ərazinin ölçüləri deyil, həmdə onun ehtimal olunan ikinci dərəcəli nəticələrini də
nəzərə almaq lazımdır. Onlara aiddir: çox böyük məsafələrə təsir edən təşkilati,
iqtisadi, sosial və digər mühüm əlaqələrin agır pozuntuları. Bundan başqa, kiçik
ərazilərdə baş vermiş FH-n çox böyük və faciəli ola biləcək ağır nəticələri də
nəzərə alınır.
Lokal (qeyri-tipik) FH ərazidə və təşkilatca iş və ya sahə hüdudlarından, yolun
kiçik kəsiyindən, ev ətrafı yerlərdən və ya mənzildən kənara çıxмır. Lоkal FH-ra o
hallar aiddir ki, onların nəticəsində 10 nəfərə qədər adam zərər çəkmiş, və ya 100
nəfərə qədər adamın həyat fəaliyyətinin şəraiti pozulmuşdur, ya da onlara dəymiş
maddi ziyanın ölcüsü minimal əmək haqqının 1 min manata qədərini təşkil edir.
Dostları ilə paylaş: |