ərazisi ilə məhdudlaşmışdırsa (yəni sanitar-müdafiə zonası hüdudlarından kənara
çıxmasa) və onların qüvvə və resursları ilə ləğv edilə bilirsə, onda bu kimi FH-r
Yerli FH. Əgər FH-rın nəticələrinin yayılması, yaşayış məntəqələrinin, şəhərin
(rayonun) hüdudları ilə məhdudlaşıрsa və onların qüvvələri ilə məhdudlaşırsa, yerli
FH-r adlanır. FH-ın nəticəsində zərər çəkənlərin sayı 10 nəfərdən yuxarı, lakin 50
nəfərdən çox olmadıqda, ya da həyat fəaliyyatı pozulmuşların sayı 100 nəfərdən
yuxarı, lakin 300 nəfərdən çox olmadıqda, ya da maddi zərərin ölçüləri minimal
əmək haqqının 1000 manatından yuxarı, lakin 5 min manatından yuxarı olmadıqda
oнlar yerli FH-ra aid edilir.
Regional FH. Bir neçə rayonun ərazisinə yayılmış FH-dır. Belə FH-n nəticələrini
ləğv etmək üçün bu ərazilərin, eləcə də respublika qüvvələrinin birgə səyi lazımdır.
FH-n nəticəsində zərər çəkənlərin sayı 50 nəfərdən 500 nəfərə qədərdirsə ya da
500 nəfədən 1000 nəfərə qədər insanın həyat fəaliyyəti pozulmuşdursa,ya da maddi
zərər minimal əmək haqqının 0,5 ÷ 5 mln.manata qədərini təşkil edirsə, onlar
reqional FH-ra aid edilir.
Milli FH. Ölkənin geniş ərazilərini əhatə edir,lakin onun sərhədlərindən kənara
şıxmыr. Burada ölkənin bütün qüvvələri, vasitələri və resursları istifadə
edilir.Əksər hallarda xarici köməyə müraciət edilir.Milli FH-n nəticəsində zərər
çəkənlərin sayı 500 nəfərdən yuxarı, ya da həyat fəaliyyəti pozulmuşlar 1000
nəfərdən çox, ya da maddi zərər minimal əmək haqqinin 5 mln. manatından
çoxunu təşkil edirsə, onlar milli FH-ra aid edilir.
Dostları ilə paylaş: